Keçmişi gələcəyə bağlayan körpü
06.09.2023 [10:51]
Azərbaycançılıq ideologiyası dövlətçilik təlimi rolunda
Üç onilliyi əhatə edən müstəqillik illərində məhz azərbaycançılıq ideologiyasına əsaslanaraq reallaşdırılan ardıcıl və məqsədyönlü siyasət ana Vətənlə bağlı olan bütün məsələlərin dünya azərbaycanlılarının həyat amalına, yaşam kredosuna çevrilməsini şərtləndirib. Bu gün biz müasir dövrün reallıqlarından çıxış edərək tam qətiyyətlə deyə bilərik ki, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların sevinci də, kədəri də birdir. Onlar harada yaşamalarından asılı olmayaraq həmişə Azərbaycanın uğurlarına qəlbən sevinir, ümumi kədərimizi bölüşür, çətinliklərin aradan qaldırılmasına yardımçı olurlar. Dünya azərbaycanlılarının sıx həmrəyliyi ölkəmizin milli gücünü artırır, bizi yenilməz edir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı vahid amal - ana Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə, tarixdən gələn ənələrimizə bağlılıq ruhunda birləşdirən azərbaycançılıq Azərbaycan dövlətinin ideoloji əsasını təşkil edir. Bu ideologiyanın banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu Öndər hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik edərkən dilimizin qorunmasını, ədəbiyyatımızın, mədəniyyətimizin zənginləşməsini, bütün sahələrdə milli kadrların yetişməsini, təhsilin inkişafını təmin etməklə dünya azərbaycanlılarında milli qürur hissini gücləndirməyə nail oldu. Sonrakı mərhələdə - 1993-cü ilin yayında müstəqil Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra isə ulu öndər zamanında böyük uzaqgörənliklə yaratdığı zəmin üzərində dünya azərbaycanlılarının birliyini təmin edəcək ideologiyanı dövlət siyasəti səviyyəsinə yüksəltdi.
Ona görə də “Heydər Əliyev İli”ndə Heydər Əliyevin bizə miras qoyduğu bütün digər dəyərlərlə bərabər azərbaycançılıq ideologiyasının da öyrənilməsi və təbliği aktual məsələlərdən biridir. Bu həm də milli kimliyin və sosial harmoniyanın davam etdirilməsi baxımından mühüm və vacib məsələdir. Hazırda bütün dünyada milli-etnik müstəvidə misli görünməmiş bir özünəqayıdış və milli kimliyin yenidən dərkedilməsi prosesi gedir. Bu mənada “Heydər Əliyev İli” təkcə onun yaratdığı böyük siyasi irsi yenidən öyrənib və gənc nəslə öyrədəcəyimiz il kimi deyil, həm də əslində milli dövlətçilik yaddaşımızın təzələnməsi ili kimi yaddaşlarda qalacaq. Azərbaycançılıq ideologiyası birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz onun dövründə həqiqi siyasi-ideoloji məzmun qazanaraq, mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə yüksəldi.
Milli Məclisin üzvü professor Musa Qasımlı bildirib ki, azərbaycançılıq ideologiyası millətimizin tarixi keçmişi və bu günü ilə sıx bağlıdır: “Xalqımız milli kimliyini dərk etdiyi zamandan bəri azərbaycançılıq müxtəlif enişli-yoxuşlu yollardan, tarixi dövrlərdən keçərək inkişaf edib, zənginləşib. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarını tək vətən, tək dövlət, tək bayraq, tək millət ətrafında bərabər şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ilə dövlətimizin və millətimizin bu günü və gələcəyi sıx bağlıdır. Azərbaycanda etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşlar Azərbaycan millətidir. Ona görə də azərbaycançılıq ilk növbədə ailədən, uşaq bağçasından, məktəbdən və cəmiyyətdən gəlməlidir. Rəhmətlik Mirzə Cəlil yazırdı ki, millətin gələcəyi anaların əlindədir. Azərbaycançılıq təkcə şüar olaraq deyil, məzmun və mahiyyətinə görə dərsliklərimizdə hakim olmalıdır. Fikrimcə, azərbaycançılıq bu və ya başqa səviyyədə təhsil müəssisələrində, KİV-də təbliğ edilir. Lakin onun təkmilləşdirilməsinə ciddi ehtiyac olduğu qənaətindəyəm. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyəti böyükdür. Hesab edirəm ki, azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin olduğu yerdə onun sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq tərəqqisi və təhlükəsizliyi üçün çalışması deməkdir. Vətəndaşlarımızı birləşdirən bu ideologiyanın inkişafı yolunda əngəl olan, xüsusən, millətimizin birliyi və ölkəmizin bütövlüyünə qarşı yönəldimiş bütün, ən xırda cəhdlərin qarşısı amansızlıqla alınmalıdır”.
Deputatın dediyinə görə, azərbaycançılıq ideyasının təbliği dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykənir: “Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət də Azərbaycan Respublikasıdır. Həmin dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan ərazisində yaşayan hər bir kəs Azərbaycan bayrağına, gerbinə, himninə, konstitusiyasına hörmət etməlidir”.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği - “Heydər Əliyev İli” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

