Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Beyindəki şəkər dəyişiklikləri depressiyaya səbəb ola bilər - TƏDQİQAT

Beyindəki şəkər dəyişiklikləri depressiyaya səbəb ola bilər - TƏDQİQAT

06.10.2025 [10:42]

Yeni tədqiqat beyindəki zülallara bağlı şəkər zəncirlərindəki (O-qlikanlar) pozulmaların depressiyaya səbəb ola biləcəyini göstərib. Tədqiqat C.Justin Lee və Lee Boyoung rəhbərliyində Təməl Elmlər İnstitutunda (IBS) aparılıb.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat “Science Advances” jurnalında dərc olunub.

Alimlər aşkar ediblər ki, xroniki stres prefrontal korteksdə zülalların şəkər zəncirlərini pozur, bu da beyində emosional tarazlığı qoruyan neyron əlaqələrini zəiflədir. Bu dəyişiklik depressiyaya bənzər davranışlara, yəni motivasiya itkisi, narahatlıq və sosial çəkilməyə səbəb olur.

Tədqiqat zamanı “St3gal1” adlı fermentin azalması depressiv simptomlarla birbaşa əlaqələndirilib. Siçanlarda bu fermentin səviyyəsi azaldıqda, depressiyaya bənzər davranışlar müşahidə edilib. Əksinə, fermentin artırılması depressiya əlamətlərini yüngülləşdirib. Mütəxəssislərin fikrincə, bu nəticələr depressiyanın yalnız serotonin kimi neyrotransmitterlərdən asılı olmadığını, eyni zamanda, zülallardakı şəkər dəyişikliklərinin də əsas rol oynadığını göstərir. Tədqiqatçılar ümid edirlər ki, bu kəşf müalicəyə davamlı depressiya üçün yeni diaqnostik və terapevtik yanaşmaların inkişafına kömək edəcək.

Direktor C.Justin Lee bildirib: “Bu nəticə yalnız depressiyanın deyil, həm də travma sonrası stress pozğunluğu və şizofreniya kimi xəstəliklərin müalicəsində yeni imkanlar aça bilər”.

Paylaş:
Baxılıb: 72 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Xəbər lenti

Minorla major arasında

05 Oktyabr 14:40

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31