Yeni tədqiqat: Siqareti atmaq beyin fəaliyyətini qoruyur
15.10.2025 [19:17]
London Universitet Kolleci alimlərinin yeni araşdırmasına görə, siqareti tərgitmək, hətta orta və ya yaşlı dövrlərdə belə beyin fəaliyyətinin daha yavaş zəifləməsi ilə əlaqələndirilir.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, “The Lancet Healthy Longevity” jurnalında dərc olunan tədqiqatda 12 ölkədən 40 yaş və yuxarı, ümumilikdə 9436 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, siqareti buraxanların yaddaş və şifahi rəvanlıq göstəriciləri, siqaret çəkməyə davam edənlərlə müqayisədə altı il ərzində daha az azalıb. Yaddaşda zəifləmə 20 faiz, şifahi bacarıqlarda isə iki dəfə daha yavaş olub. Mütəxəssislər bildirirlər ki, bu nəticələr siqareti buraxmağın demans (yaddaş itkisi və zehni zəifləmə) riskini azalda biləcəyini göstərir.
Tədqiqatın aparıcı müəllifi dr. Mikaela Bloomberg qeyd edib: “Siqareti buraxmaq, hətta 50 yaşdan sonra belə, uzunmüddətli koqnitiv sağlamlığı qorumağa kömək edə bilər. Görünür, beyin sağlamlığı üçün siqareti buraxmaq heç vaxt gec deyil”.
Alimlər bildirirlər ki, siqaretin beyin üçün zərəri əsasən ürək-damar sisteminə təsiri ilə bağlıdır, damarların zədələnməsi nəticəsində beyin oksigen çatışmazlığından əziyyət çəkir. Bundan əlavə, siqaret oksidləşdirici stress və iltihab yaradır, bu da beyin hüceyrələrinə birbaşa zərər verir.
Araşdırmanın həmmüəllifi professor Andrev Steptoe isə dyib: “Yaddaş və düşünmə qabiliyyətinin yavaş azalması demans riskinin aşağı olması ilə əlaqəlidir. Siqareti tərgitmək, demansın qarşısının alınması strategiyası kimi mühüm rol oynaya bilər”.
Alimlər əlavə edirlər ki, nəticələri tam təsdiqləmək üçün demansla bağlı daha geniş tədqiqatlara ehtiyac var. Bununla belə, bu araşdırma bir daha göstərir ki, siqareti buraxmaq həm bədən, həm də beyin sağlamlığı üçün heç vaxt gec deyil.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

