“Azercell”dən xəbərdarlıq
15.07.2022 [10:27]
Xarici kodlarla gələn zəngləri açmayın - Smartfonunuz heklənə bilər
Günel ABBAS
Son günlər kiber hakerlər sərhədləri aşmağa davam edirlər. Hakerlər hazırladıqları zərərli proqram təminatı ilə istifadəçiləri hədəfə alır və həssas məlumatları oğurlamağa çalışırlar. Təhlükəsizlik mütəxəssisləri “WhatsApp”da indiyə qədərki ən böyük boşluqlardan birini aşkar ediblər. Həmin boşluq səbəbindən istifadəçilərin mesajları oğurlanır. Digər üsul isə zənglər vasitəsilə istifadəçilərin məlumatlarını ələ keçirməkdir. Hazırda istifadəçilər sosial mediada öz şikayətlərini dilə gətirir, problemdən əziyyət çəkənlər mütəxəssislərdən məsləhət alırlar.
Məsələnin kütləvi hal alması “Azercell Telekom”u da narahat edib. Şirkət bütün abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırıb. Qurumdan bildirilib ki, müvafiq məzmunun “Azercell”ə heç bir aidiyy?t? yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmamağı tövsiyə edib.
İT mütəxəssisi Pərvin Əsədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, smartfon şəbəkələri, interkonnekt sistemindəki zəifliklərə görə uzaqdan casusluq etməyə imkan verir: “Hakerlər bir daha nümayiş etdirdilər ki, bir insanın təhlükəsizlik sistemini qurmasından asılı olmayaraq, onların yerini izləmək, telefon zəngləri və mesajlarına casusluq etmək nə qədər asandır. Bütün mobil cihazlar müxtəlif təhlükələrə qarşı həssasdır. İllər keçdikcə bu təhlükələr böyüyür və sonrakı illərdə mobil cihaz istifadəçiləri üçün böyük risk yaradır. Xüsusilə SMS hücumları bütün mobil istifadəçilər üçün ciddi təhlükə yaradır. SMS hücumları istifadəçinin mobil cihazını hədəf almaq üçün kibercinayətkarlar tərəfindən hazırlanmış zərərli proqramların yaradılması və yayılmasını nəzərdə tutur. Bu troyan istifadəçinin xəbəri və ya razılığı olmadan icazəsiz zənglər etmək və ya mesaj göndərmək üçün nəzərdə tutulub. Bu zənglər və mesajlar daha sonra ödənişli SMS mesajlaşma xidmətlərinə və ya kibercinayətkar tərəfindən idarə olunan premium nömrələrə yönləndirilir”.
Smartfonları zərərli proqramlardan necə qoruna bilərik?
Mütəxəssisin fikrincə, zərərli proqram əleyhinə effektiv proqram quraşdırmaqla mobil cihazları SMS hücumlarına və icazəsiz zənglərə səbəb olan troyanlardan müdafiə etmək mümkündür: “Kaspersky Mobile Security Android smartfonları üçün yüksək səviyyəli qoruma təmin edir, Kaspersky Tablet Security isə planşetinizi troyan proqramlarından və digər zərərli proqram hücumlarından qorumağa kömək edir. Qeyd edim ki, telefonun ələ keçirilməsi Android və iPhone da daxil olmaqla istənilən növ telefonda baş verə bilər. Hər kəs haker hücumuna məruz qala bildiyi üçün bütün istifadəçilərə cihazın təhlükəyə məruz qalıb-qalmadığını aşkar etməyi öyrənməyi tövsiyə edərdim.
Bunu öyrənməyin bir çox yolları var. Telefonunuz tez boşalırsa, haker çox enerji sərf edən zərərli koddan istifadə edir. Cihazınız həmişəkindən daha yavaş işləyirsə, telefon bütün emal gücünü hakerin şübhəli fəaliyyətləri üçün istifadə edir. Bu, da telefonunun yavaşlamasına səbəb ola bilər. Gözlənilməz donmalar, qəzalar və yenidən yükləmələr də bəzən simptomların bir neçəsi ola bilər. Haker telefonunuzu ələ keçirdikdə, qiymətli hesablarınıza daxil olmağa çalışır. Sosial media hesablarınızı və ya elektron poçtunuzu parol sıfırlama cəhdləri, fərqli giriş yerləri və ya yeni hesab yaratma doğrulamaları üçün yoxlayın. Hakerlər telefonunuzu SMS troyanla dinləyə bilər. Bu zaman qohumlarınızdan şəxsi məlumatlarınızı oğurlamaq üçün sizi təqlid edə bilər. Bunlardan ehtiyatlı olun, çünki hər iki üsul göndərilən mesajlar kimi izlər buraxacaq. Sadaladıqlarımdan biri və ya bir neçəsi telefonunuzda baş verirsə, bu onun ələ keçirilməsinin əlaməti ola bilər”.
P.Əsədovun sözlərinə görə, şəxsi məlumatlarımızın əksəriyyəti rəqəmsallaşdıqca və mobil cihazlara qoşulduqca telefonun ələ keçirilməsinə qarşı təhlükəsizlik tədbirləri getdikcə daha vacib olur: “Haker üsulları daim inkişaf etdiyi üçün təhlükəsizlik mövzusunda həmişə ayıq olmaq lazımdır. Rəqəmsal mühitdə davranışımıza diqqət yetirmək özümüzü qorumağın ən yaxşı yoludur və hakerlik risklərini azaltmaq üçün sübut edilmiş bir çox məlum təcrübələr var. Etibarsız proqramları yükləməkdən çəkinməliyik. Telefonu daim yaxınlığımızda saxlamalıyıq. Fiziki giriş, hakerin telefonu ələ keçirməsinin ən asan üsuludur. Oğurluq və ya kiçik cəhd telefonun təhlükəsizliyini poza bilər. Həmişə ekran kilidi və mürəkkəb parollardan istifadə etmək lazımdır. Ad günləri, məzuniyyət tarixləri kimi asanlıqla təxmin edilən PİN kodlardan, “0000” və ya “1234” kimi standart parollardan istifadə etmək məsləhətli deyil. Mümkünsə, 6 simvoldan ibarət uzun ekran kilidindən istifadə etmək və eyni parolu birdən çox yerdə yazmamaq lazımdır.
Bununla yanaşı parolları cihazda saxlamaq da arzulunan deyil. Hər hesab üçün fərqli parolları yadda saxlamaq çətin ola bilər. Bunun əvəzinə Kaspersky Password Manager kimi təhlükəsiz parol menecerindən istifadə etmək olar. Bu xidmətlər bütün təhlükəsiz etimadnamələrini rəqəmsal seyfdə saxlayır, asan giriş və lazım olan təhlükəsizliyi təmin edir. İnternet tarixçəsini tez-tez təmizləmək də lazımdır. Brauzer tarixçəsindəki məlumatlardan istifadəçinin həyatındakı tendensiyaların profilini çıxarmaq asan ola bilər. İtirilmiş cihaz izləmə xidmətini aktivləşdirmək də üsullardan biridir. Beləliklə, cihazı çöldə olarkən itirsək, onun cari yerini müəyyən etmək üçün itirilmiş cihaz axtaran proqramdan istifadə edə bilərik. Bəzi telefonlarda bunun üçün daxili proqram var, digərləri isə bu funksiyanı əlavə etmək üçün üçüncü tərəf proqramı tələb edə bilər. Həmişə iki faktorlu autentifikasiyanı (2FA) aktiv saxlamaq lazımdır. Bu, paroldan istifadə etdikdən sonra ikinci yoxlama metodu tələb edən proqramdır. Apple ID və Google hesabları cihazdan icazəsiz istifadə halında 2FA metodu təklif edir. Buna görə də daha çox təhlükəsizlik üçün bu üsulu aktivləşdirmək yaxşı fikirdir. Barmaq izi və Face ID kimi biometrik məlumatlar getdikcə daha populyar seçimlərə çevrilir.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

