Qiymətli müalicəvi sərvət...
29.09.2023 [14:02]
M.Bayramlı
Bu gün palçıq vulkanlarının müalicəvi xüsusiyyətlərindən söz açacağıq. Şübhəsiz, təbii metodlarla müalicə həmişə ən keyfiyyətli və ən etibarlı olaraq qalır. Palçıq vulkanları da bunların arasında ən faydalı biri kimi hesab olunur. Palçıq vulkanları minlərlə mikroorqanizmlə zəngindir. Mütəxəssislərin fikrincə, palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri mövcuddur.
Azərbaycanın vulkan palçığının üzvü komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən - naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb. Bundan başqa, palçıqlar bakterisid maddələr və digər birləşmələr özündə ehtiva edir ki, onlar orqanizmin müalicəsində müsbət rol oynayır. Palçıq iltihab əleyhinə təsir göstərir və sakitləşdirir. Eləcə də cavanlaşdırıcı və bərpaedici təsirə malikdir. Bronxit və amfizem üçün effektiv müalicəvidir.
Bundan başqa, osteoporozun, oynaqlar və bel kürəyinin digər xəstəliklərinin müalicəsində təsirlidir. Menstrual pozğunluqlar və sonsuzluq kimi ginekoloji problemlərdə effektiv təsir göstərir. Sədəf, atopik dermatit, ekzema kimi dermatoloji xəstəliklərlə mübarizədə faydalıdır. Mütəxəssislər də təsdiqləyir ki, vulkan palçığı tərkibli məhsullar ən effektli təbii kosmetik vasitələr sayılır. Son vaxtlar palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağları da üstələyir. Palçıq vulkanından hazırlanan kosmetik vasitələrin tərkibi çoxlu minerallar və kalsium, sink, manqan, gümüş, molibden kimi mikroelementlərlə zəngindir. Həmin maddələr dəriyə müalicəvi təsir göstərərək qan dövranını yaxşılaşdırır, dəridə geniş məsamələr əmələ gələndə onların kiçilməsinə və azalmasına səbəb olur.
Vulkan palçığından hazırlanan həmin məhsullar müxtəlif dəri problemlərinin həllində istifadə edilir. Kosmetoloqların fikrincə, ev şəraitində həftədə iki dəfə 15 dəqiqə ərzində həmin tərkibli məhsullardan istifadə etməklə yüksək nəticəyə nail olmaq mümkündür. Həmin məhsullar dəridə olan quruluq, yağlılıq, qırış və aknelərin qarşısını alır. Üstəlik, həmin palçıq həm də hipoallergen olduğuna görə allergik səpgilərin sakitləşməsinə də faydalı təsir göstərir.
İnsanların bəzən palçıq vulkanından kortəbii istifadə etməsi müəyyən təhlükə yarada, insan sağlamlığına zərər vura bilər. Odur ki, palçıq vulkanının ərazisində monitorinq keçirilməyibsə, vulkan məhlulunun insan sağlamlığına təsirinin müəyyən olunması məqsədilə analizlər aparılmayıbsa və radiasiya fonu ölçülməyibsə təhlükəli hesab edilir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

