"Xalçalarda yaşayan tariximiz” - Reportaj
04.05.2024 [12:56]
Mayın 3-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illiyinə həsr olunmuş “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgi açılıb.
Sərgidə müxtəlif sahələrdə çalışan elm adamları, incəsənət xadimləri, rəssamlar və media nümayəndələri iştirak ediblər. Qonaqlara muzeydə quraşdırılmış xüsusi monitorda rəssamın müxtəlif illərdə yaratdığı əsərlər nümayiş olunub. Bu xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət nümunələridir.
Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Heydər Əliyev Fondunun Humanitar siyasət məsələləri departamentinin rəhbəri Afət Əliyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, AMEA Memarlıq və İncəsənət İnstitutunun professoru, Əməkdar elm xadimi Kübra Əliyeva, Tahir Salahovun Ev-Muzeyinin direktoru Səadət Mirzəyeva, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, Azərbaycan dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış edərək Taryer Bəşirovun fəaliyyətindən, özünəməxsus yaradıcılıq yolundan danışıblar.
Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu təqdim edib.
Ə.Qoşalı çıxışından sonra sərgi haqqında təəsüratlarını bizimlə bölüşüb: "Bu gün çox gözəl bir tədbirdə şahidlik edirik. Eyni zamanda 4-5 mayda Milli Xalça Festivalı baş tutacaq. Çox şükür ki, may ayında sevincimizi bölüşmək üçün daha çox imkanlar əldə edirik. Qarşıdan 8 May tarixi gəlir. Əvvəlki illərdə bu tarixdə kədərə bürünmüşdüksə, bu il Şuşaya köçün sevincini yaşayacağıq. Belə bir ayda 65 yaşlı rəssamın ilk sərgisinə yığışmağının ayrı bir ecazı var. Bizi xüsusilə cəlb edən, sərginin bu qədər diqqətli və maraqlı olmasıdır. Rəssamın əsərlərində əcdadlarımıza qarşı nə qədər sayğının olduğu nümayiş olunur. T. Bəşirova daha böyük uğurlar və nailiyyətlər arzulayırıq".
Sonra tədbir iştirakçıları Taryer Bəşirovun müəllifi olduğu “Heydər Əliyev Fondu-20” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə qatılıblar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə “Xalçaçı günü” ərəfəsində keçirilən sərgidə müəllifin ornamental, portret, süjetli xalçaları, xalça eskizləri, eləcə də orijinal tərzdə işlənmiş nəbati və həndəsi naxışlı, süjetli çətənləri nümayiş olunur. Bu sənət əsərləri Azərbaycan Milli Xalça Muzeyinin, Tahir Salahovun Ev-Muzeyinin, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin və T.Bəşirovun şəxsi kolleksiyasındandır.
Xalçaçı-rəssam əsərlərində xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi inciləri, milli irsimizi, dövlətçilik tariximizi əks etdirməyə üstünlük verib. Buna bariz nümunə kimi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr etdiyi “Zəfər” (2021), “Tarixin salnaməsi” (2023) kimi xalçaları göstərmək olar.
Sərgidə iştirak edən daha bir qonaq - Azərbaycanın Əməkdar artisti Aydın Əliyev Taryer Bəşirovla uzun illərdir dostluq əlaqələrinin olduğunu bildirib və ona uğurlar arzulayıb: "Bu gün onun yubileyi ilə bağlı belə bir sərginin təşkil olunması bizi çox sevindirdi. Onu təbrik etməyə gəlmişik. Əsərlərini təxmini bilirdik, lakin tam detallı məlumatım yox idi. Rəssama yeni-yeni uğurlar arzulayırıq".
Taryer Bəşirovun “Türkün inancı, xalqın qazancı” (2016), “Beşiyim əbədiyyətim” (2024), “Müqəddəs üçlük” (2023) xalçaları qədim türk mədəniyyətindən, inanclarından bəhrələnərək yaradılıb. Orijinallığı ilə diqqət çəkən “Bəhram Gur və Dürsəti” (2024) xalçası isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunub.
Taryer Bəşirov 1986-cı ildə müəllimi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 80 illiyi münasibətilə yaratdığı “XX əsrin korifeyi” adlı çətəndə ilk dəfə nəbati naxışlar tətbiq edib. O, həm də çətəndə ilk dəfə qızılı saplardan istifadə edən sənətkardır.
Özünəməxsus dəsti-xətti ilə təkrarolunmaz sənət nümunələri ərsəyə gətirən, yaradıcılığında daim müxtəlif yeniliklər edən xalçaçı-rəssamın sərgisinə dair kataloq da nəşr olunub, onun fəaliyyətinə həsr edilən mühazirə keçirilib.
Qeyd edək ki, “Xalçalarda yaşayan tariximiz” sərgisi 12 may tarixinədək davam edəcək.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

