"Dünya var olduqca Üzeyir sənəti yaşayacaq"
20.08.2024 [09:13]
Üzeyir Hacıbəylinin ev muzeyini ziyarətə gələnlərin diqqətini ilk öncə evin ab-havası, sadəliyi cəlb edir. Evdə qəribə bir doğmalıq, istilik, hüzur və rahatlıq hiss olunur. Elə gələn ziyarətçilərin çoxu bunu deyir: "Bu ev doğma gəlir adama". Bəlkə də bunun sirri ondadır ki, Üzeyir bəyin evinin qapısı hər kəsə açıq olardı. Dahi bəstəkar qonaq qəbul etməyi çox sevərdi. O, kasıblara əl tutar, onları süfrəsinə dəvət edərdi. Ziyarətçilərin diqqətini çəkən başqa bir məqam isə, muzeyin maraqlı eksponatlarıdır. Xüsusən, bəstəkarın iş otağı və bu otaqdakı yazı masasının üstündəki Üzeyir bəyin yarımçıq qalmış "Azərbaycan" simfonik poemasının partiturası, "Bekker" markalı royalı, bəstəkarın skripkası, divardan asılmış kəfkirli saat... Bu saatda vaxt dayandırılıb. Bu da bəstəkarın əbədiyyətə qovuşduğu anı göstərir.
Üzeyir Hacibəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər üzrə şöbə müdiri Vəfa Bağırzadə deyir ki, ziyarətçilər xüsusən bu eksponatlar barədə tez - tez suallar verirlər: "Muzeydə bəstəkarın şəxsi və ev əşyaları, ad günlərində, yubileylərində və əsərlərinin yazılma tarixlərində hədiyyə edilmiş dəyərli əşyalar, ailə fotoları və rəsm əsərləri, əlyazmaları, not yazıları, kitab dolabları, müxtəlif dillərdə yazılmış kitablar, bəstəkara təqdim olunmuş orden və medallar, deputatlıq mandatı, professorluq attestatı, Elmlər Akademiyasının həqiqi üzvlük bileti saxlanılır. Qeyd edim ki, Stalinin göndərdiyi təşəkkürnamə telegramı (İkinci dünya muharibəsində Üzeyir bəy öz şəxsi vəsaitindən 100.000 rubl ayıraraq cəbhəyə tank alınması üçün göndərir və bununla əlaqədar Stalindən təşəkkürnamə telegramı alır), II dərəcəli iki Stalin mükafatı laureatı, (Üzeyir bəy iki dəfə Stalin mükafatı laureatı adına layiq görülmüşdü. "Koroğlu"operası və "Arşın mal alan" filminə görə.), bəstəkarın adına təsis olunmuş mükafat və medallar, opera və operettalarına aid fotoşəkillər, afişalar, librettolar, tələbələri ilə birlikdə fotoşəkilləri və s. eksponatlar saxlanılır. Muzeyə gələn ziyarətçilərin yaşından asılı olmayaraq hər kəsə Uzeyir bəyin evi maraqlı gəlir. Bunu ziyarətçilərimizin muzeyin hər bir eksponatına qarşı göstərdiyi diqqətdən, maraqla verdikləri suallarından bilmək olur. Amma elə ziyarətçilər olur ki, onlar daha fərqli mövqe nümayiş etdirirlər. Mühazirəni çox diqqətlə, maraqla dinləyir, hətta onun yaşadığı dövrü gözlərinin önünə gətirir, bəzən kövrəlir, o illərə dalıb gedirlər... Bir sözlə, Üzeyir bəyin yaşadığı evi dərindən hiss edirlər".
Bu ev nələrə şahid olub kim bilir... Bu evdə Üzeyir Hacıbəylinin hazırda dillər əzbəri olan möhtəşəm əsərləri bəstələnib. Həm də qarşımızdakı bu royalda... Bunu təsəvvür etmək belə həyəcanlandırır adamı. Bəli, professional musiqimizin və nəinki Azərbaycanda, eləcə də yaxın Şərqdə ilk operanın banisi olan Üzeyir Hacıbəylinin ev - muzeyinə maraq həmişə olmuş, var və olacaqdır.
V. Bağırzadə bildirir ki, muzeyin ziyarətçiləri arasında xaricdən gələn qonaqların sayı günü - gündən artmaqdadır. Onun sözlərinə görə, keçən ay Azərbaycanda səfərdə olan britaniyalı mədəniyyət işçisi Kört Piestrip və onun həyat yoldaşı öz amerikalı dostları ilə birgə muzeyi ziyarət etmiş, muzeyin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcovun qonağı olmuşlar: "Cənab Piestrip iyirmi il öncə dahi Üzeyir bəyin ölməz musiqisinin sorağı ilə Bakıya gələrkən bəstəkarın ev-muzeyıni ziyarət etdiyini, Şərqdə ilk operanın banisinin yaşadığı evin onda böyük maraq oyatdığını, təəssüratlarının çox zəngin olduğunu qeyd etmişdir. O, budəfəki səfərində həmin təəssüratları bir daha yaşadığını vurğulayaraq, muzeyin hər bir eksponatına maraq və diqqət nümayiş etdirmişdir.
Bir neçə gün öncə isə muzeyi Çin vətəndaşı ziyarət etmişdi. O, bildirmişdi ki, Üzeyir bəyin "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarını izləyib və bu onda böyük maraq oyadıb. Sonda isə demək istəyirəm ki, professional musiqimizin banisi olan dahi Üzeyir bəyin yaradıcılığına maraq və sevgi əsrlər keçsə belə əksilməyəcək. Dünya var olduqca Üzeyir sənəti yaşayacaq".
Məlumat üçün bildirək ki, Üzeyir Hacıbəyli bu evdə 27 il yaşayıb - yaratmış, "Koroğlu" operası, "Sənsiz" romansı, "Azərbaycan" himni kimi ən məşhur əsərlərini bu evdə, bəstələyib. Xatirə ev muzeyi 1975 - ci ilin 20 noyabr tarixində bəstəkarın 90 illik yubileyi günlərində həmin vaxt Azərbaycan Kommunist Partiyasının I katibi olmuş Heydər Əliyevin təşəbbüsü ilə açılıb. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilib.
Hazırki direktoru Xalq artisti Sərdar Fərəcovdur. Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09

