Qax Dövlət Kukla Teatrı bu il 4 yeni tamaşa hazırlayacaq
10.03.2025 [21:57]
Qax Dövlət Kukla Teatrının kollektivi Azərbaycan milli teatrının yaranmasının 152-ci ildönümünü yeni yaradıcılıq uğurları ilə qarşılayır. Bu il teatrda 4 yeni tamaşanın hazırlanması nəzərdə tutulur. Hazırda yaradıcı kollektiv 2025-ci ilin repertuar planına daxil edilən Rafiq Səməndərin “Çətin məsələ” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqləri davam etdirir. Teatrın baş rejissoru Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Yeni tamaşa apreldə uşaqlara təqdim olunacaq.
AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 10 Mart – Milli Teatr Günü münasibətilə Qax Dövlət Kukla Teatrında tədbir keçirilib. Rayon ictimaiyyəti nümayəndələrinin, teatrsevərlərin, uşaqların iştirak etdiyi tədbirdə bu sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə danışılıb. Bildirilib ki, 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb.
Tədbirdə çıxış edənlər kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonra tədbir iştirakçılarına Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri əsasında səhnələşdirilmiş tamaşa təqdim olunub.
Hazırda teatrda Novruz bayramı münasibətilə uşaqlar üçün “Keçəlin sehri” adlı əyləncəli proqram üzərində məşqlər də davam edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

