Maestro Niyazinin xatirəsi ehtiramla anılıb
21.08.2013 [09:28]
Avqustun 20-də dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 101-ci ildönümü münasibətilə görkəmli sənətkarın xatirəsi anılıb.
AzərTAc xəbər verir ki, əvvəlcə Niyazinin mənzil-muzeyinin əməkdaşları Fəxri xiyabana gələrək maestronun məzarı önünə təzə-tər güllər düzüb, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra mənzil-muzeydə maestronun anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, pianoçu Ülviyyə Hacıbəyova Niyazinin əsərlərini ifa edib.
Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov bildirib ki, Azərbaycan mədəniyyət tarixində dünya musiqi xəzinəsinə daxil olmuş şəxsiyyətlər çoxdur. Belə sənətkarlar sırasında Niyazinin xüsusi yeri var.
Diqqətə çatdırılıb ki, 1912-ci il avqustun 20-də Tbilisidə anadan olmuş maestro Niyazinin doğum günü hər il muzey tərəfindən geniş qeyd edilir.
Bildirilib ki, Niyazi klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin, sözün əsl mənasında, davamçısı olmaqla öz gərgin əməyi və istedadı nəticəsində Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsinə çevrilib. Orijinal fitri istedad, yüksək musiqi mədəniyyəti, möhkəm iradə onun yaradıcılığı üçün səciyyəvidir.
Qeyd olunub ki, Niyazinin mənzil-muzeyinin açılışında Ümummilli lider Heydər Əliyev şəxsən iştirak edərək maestronun həm fitri istedadına, həm musiqi sənətində xüsusi üslubuna, həm də bənzərsiz yaradıcılıq yoluna görə digər bəstəkar və dirijorlardan seçildiyini söyləyib.
Nəzərə çatdırılıb ki, Niyazinin interpretasiyalarında klassik və müasir əsərlər daha dolğun, ifadəli, yüksək tempramentdə səsləndirilib. Onun repertuarında Qərbi Avropa, rus klassiklərinin və müasir xarici bəstəkarların əsərləri xüsusi yer tutub.
Xüsusi vurğulanıb ki, Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafında Niyazinin rolu böyük olub. Bundan əlavə, maestro Niyazinin ifaçılar nəslinin yetişməsində və formalaşmasında da xüsusi rol oynayıb. Fidan və Xuraman Qasımova bacıları, Lütfiyar İmanov, Firəngiz Əhmədova və başqa ifaçıları opera sənətinə məhz Niyazi gətirib və onlara dünya şöhrəti qazandırıb.
Niyazi “Rast” simfonik muğamının, “Xosrov və Şirin” operasının və “Çitra” baletinin, simfonik əsərlərin, kamera instrumental musiqilərinin, romansların müəllifidir.
Dünya şöhrətli musiqiçi onlarla xarici ölkədə qastrol səfərlərində olub, Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edib.
Mənzil-muzeyin şöbə müdiri Xanım Abdinova Niyazinin filmlərə bəstələdiyi musiqilər haqqında məlumat verib. Bildirib ki, sənətkar simfonik orkestr və fortepiano üçün əsərlər yazmaqla yanaşı, filmlərə, teatr tamaşalarına da musiqi bəstələyib. O, ilk olaraq “Almaz” filminə musiqi yazıb. Sonralar “Kəndlilər”, “Yeni horizont”, “Fətəli xan” və s. filmlərə musiqi bəstələyib. Niyazi bədii filmlərlə yanaşı, “Ordenli Azərbaycan”, “Arazın o tayından”, “Türk qadının baharı”, “Doğma xalqıma” kimi sənədli filmlərə də musiqi yazıb. Həmçinin bir çox sənədli və bədii filmlərin dirijorluq işi və musiqi tərtibatı Niyaziyə məxsusdur. Onun kino sahəsində sonuncu işi “Üzeyir ömrü” filmi olub.
Tədbir çərçivəsində musiqisini dahi Niyazinin yazdığı “Kəndlilər” filmi nümayiş etdirilib.
Avqustun 20-də, həmçinin Niyazinin doğum günü münasibətilə görkəmli sənətkarın mənzil-muzeyində “Açıq qapı” günü elan edilib.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45

