Dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Los-Ancelesi fəth edib
10.09.2013 [09:38]
Xəbər verdiyimiz kimi, sentyabrın 8-də dünya kinosunun paytaxtı Los-Ancelesin səhnəsində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının premyerası olub.
AzərTAc xəbər verir ki, “Arşın mal alan” operettasının ilk dəfə ABŞ-da səhnələşdirilməsi Azərbaycanın və Amerikanın mədəni həyatında əlamətdar hadisə olub.
Bu, ölkəmizin rəhbərliyinin respublikamızın xaricdə təbliği, Azərbaycan haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında yorulmaz fəaliyyəti, Heydər Əliyev Fondunun Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği istiqamətində gördüyü işlər sayəsində mümkün olub. Buna görə də Azərbaycan incəsənətinin təbliğində dövlət siyasətinin növbəti uğurunu əminliklə qeyd etmək olar.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə səyləri sayəsində Azərbaycan klassik musiqisinin korifeyi Üzeyir Hacıbəylinin əsəri Amerikanı fəth edib. Artıq 100 ildir ki, bütün dünyanı dolaşan bu səhnə əsəri Amerika Birləşmiş Ştatlarında böyük rezonans doğurub.
Buna qədər premyeranın təbliği məqsədilə xüsusi internet səhifə açılıb, videoçarx hazırlanıb. CBC telekanalının xüsusi müxbiri Ceyhun Əsgərov isə əsərin səhnələşdirildiyi “Doroti Çendler Pavilyon” teatrından reportaj hazırlayıb, aktyor və tamaşaçılardan eksklüziv müsahibələr alıb.
Operettanın Amerika tamaşaçısının qəlbini fəth edəcəyi şübhə doğurmurdu. Tamaşaya qədər rejissor Maykl Şnakın rəhbərliyi altında aktyor truppası bir neçə ay gərgin məşqlər edib. Sonuncu əsas məşq isə əsərin tamaşaçıya yüksək səviyyədə təqdim olunacağından xəbər verirdi. Məşqlər zamanı çətinlik yaradan isə ariyaların Azərbaycan dilində oxunmasına hazırlıq olub. Aktyorlar tələffüzün ideal səviyyədə olması üçün çox çalışıblar.
Ariyaların sözlərini, onların mənasını öyrənməyə çox vaxt sərf etdiyini bildirən Əsgər rolunun ifaçısı Ceyms Cudd deyib: “Onları çalışdıqca daha dəqiq tələffüz etmək istəyirdim. Bugünkü səviyyəyə çatmaq üçün biz böyük yol keçdik. Orijinalda bir çox şeyləri saxladıq, amma həm də əlavələr etdik, axı bu əsərin 100 yaşı vardır”.
Gülçöhrə rolunun ifaçısı Aşa Lindsey 7 il əvvəl bu əsəri səhnələşdirəndə, o dövr Azərbaycan qadınları, İslam dini və təbii ki, xalqımızın mədəniyyəti haqqında çox şey öyrəndiyini bildirib. O deyib: “Hazırda mənim çoxlu azərbaycanlı dostlarım var. Hətta mən özüm bu qeyri-adi ölkə haqqında çox şey danışa bilərəm. Qəhrəmanımın nə istədiyini yaxşı bilirəm, əgər Gülçöhrə indiki dövrdə yaşasaydı, çox cəsur və mərd olardı”.
Əsəri Amerika tamaşaçısına böyük ustalıqla təqdim edən rejissor Maykl Şnak deyib ki, amerikalıların ənənələrə öz yanaşması var. ABŞ-da böyüməkdə olan nəsil də yenilikləri qəbul etməyə hazırdır. Azərbaycan həm də ona görə maraqlıdır ki, o vaxtlar bu müsəlman ölkəsinə Qərbin təsiri güclü idi.
Yüz il bundan əvvəl Üzeyir Hacıbəyli bu əsərini neft maqnatı Hacı Zeynalabdin Tağıyevin köməyi ilə bütün dünyaya təqdim edib. Simvolik olaraq isə 100 ildən sonra dahi Ü.Hacıbəylinin bu əsəri ABŞ-da dünya enerji ehtiyatları bazarlarında öz sözünü demiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilində, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun da rolu böyükdür. Bu əsəri mənimsəmək istəyən ermənilər 1937-ci ildə məhz Los-Ancelesdə “Arşın mal alan” müziklini yaradaraq onu erməni əsəri kimi təqdim ediblər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bildirib ki, Kaliforniyada 1,5 milyondan çox erməni yaşayır, onların əksəriyyəti isə Los-Ancelesdə məskunlaşıb. Baş konsul deyib: “Erməni lobbisi bizə qarşı güclü mübarizə aparır. Onların təsirini azaltmaq üçün biz Azərbaycan haqqında həqiqətləri Amerika cəmiyyətinə çatdırmalıyıq və bunu da edirik. Bu işdə ən yaxşı vasitə isə Azərbaycanın zəngin mədəni irsini təbliğ etməkdir”.
Los-Ancelesin ən məşhur konsert zallarından olan “Doroti Çendler Pavilyon” teatrının zalının tamaşa başlamamışdan əvvəl tam dolması premyeranın uğurla keçəcəyindən xəbər verirdi. Üç min tamaşaçı iki saat ərzində musiqi və yumorla müşayiət olunan bu sevgi əhvalatının sonunu gözləyirdi. Tamaşanı heyranlıqla izləyən insanların üzlərində müxtəlif ifadələri hiss etmək çətin deyildi. Kimi Şərq musiqisindən zövq alır, kimi sevgililərə görə həyəcan keçirir, kimi də Azərbaycanın milli geyimlərinə heyran qalıb. Amma sonda təəssürat eyni idi: ifaçıları hamı bir nəfər kimi ayaq üstə alqışlayırdı.
Tamaşadan sonra zalı tərk edən tamaşaçılar hələ də səhnədə gördüklərini müzakirə edirdilər. Əminliklə demək olar ki, indiyədək Azərbaycan haqqında az da olsa eşidənlər, bundan sonra bu kiçik Şərq ölkəsinə əsl maraq göstərməyə başlayıblar. Əsərin tamaşaçılarda yaratdığı düşüncələr, hisslər o qədər güclü idi ki, onlar gördüklərini furşetdə davam etdirirdilər.
Los-Anceles sakini xanım Kalma Blumber: “Bu, fantastikdir. Gözəl musiqi, qeyri-adi geyimlər, çox maraqlı əhvalat. Mən özüm üçün Azərbaycan, onun tarixi haqqında çox şeyi kəşf etdim, öyrəndim. Bu, əsl sensasiyadır”.
Avstriyanın Los-Ancelesdəki konsulu xanım Liliana Popova: “Möhtəşəm, valehedici musiqi idi. Mənim qardaşım pianoçudur. O, Bakıda simfonik orkestrlə çalışıb və mənim bununla bağlı çox xatirələrim var. Bu gün isə mən çox xoşbəxtəm. Bu axşamkı tamaşa mənə çox böyük təəssüratlar bəxş etdi”.
Los-Anceles sakini Cim Kerkman: “Bu həqiqətən də bizə Şərqin gözəl dünyasına qapı açan əlamətdar hadisədir”.
“Arşın mal alan” Los-Ancelesi fəth etdi. Bunu isə heç də hər əsər edə bilməz. Çünki Los-Anceles həm də Hollivud hesab olunur. Hollivudu isə təəccübləndirmək elə də asan deyildir.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45

