Görkəmli rəssam Tahir Salahovun Parisdə fərdi sərgisi açılıb
01.03.2014 [11:54]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edib
Fevralın 27-də Parisdə görkəmli rəssam, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, SSRİ Xalq Rəssamı Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Paris sərgisinin açılışında iştirak etmək üçün Fransa İnstitutuna gələn Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva əvvəlcə tədbirin keçirildiyi Fransa İncəsənət Akademiyasının fəaliyyəti ilə tanış olub. Akademiyanın daimi katibi Arno Dotriv bildirib ki, 1662-ci ildə əsası qoyulan Fransa İnstitutu özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr və elmi araşdırmalar həyata keçirir.
Nadir memarlıq quruluşuna malik olan bina Sena çayının sahilində yerləşir və onun memarı Lui Lövodur.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa İncəsənət Akademiyası, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, həmçinin ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılışında iştirak edib.
Arno Dotriv dünyada kifayət qədər tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirib. O qeyd edib ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransada bu sərginin açılmasını Azərbaycan mədəniyyəti üçün tarixi hadisə kimi dəyərləndirib. “Fransa İncəsənət Akademiyasında ilk dəfədir ki, Azərbaycan rəssamının sərgisi açılır”, - deyən nazir, görkəmli fırça ustası Tahir Salahovun yaradıcılığının bütün bəşəriyyətə məxsus olduğunu vurğulayıb. Nazir deyib ki, Parisdə sərgilənən bu əsərlər bir daha Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.
Xalq rəssamı Tahir Salahov onun fərdi sərgisinin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq edib, Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb. Sərginin açılışının həyatının ən unudulmaz günlərindən birinə çevrildiyini deyən Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.
Sonra qonaqlar - Fransanın görkəmli mədəniyyət xadimləri, Parisdə akkreditə olunmuş diplomatik korpusun və Fransa hökumətinin nümayəndələri sərgi ilə tanış olublar.
Dünyanın mədəniyyət mərkəzlərindən biri olan Parisin mədəni həyatında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması əsil hadisəyə çevrilib. Bu sərgi, ilk növbədə, sənətsevərlərin çoxdandır yolunu gözlədiyi fırça ustasının yaradıcılığına bir daha nəzər salmaq baxımından mühüm əhəmiyyət kəsb edib. Bu, həm də Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malikdir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətini yüksək səviyyədə dünyada təmsil edən Xalq Rəssamı, “İstiqlal” və “Heydər Əliyev” ordenlərinə layiq görülən Tahir Salahov bu sərgisi ilə xalqımızın malik olduğu yüksək mədəni dəyərləri bir daha Qərb tamaşaçılarının diqqətinə çatdırıb. Bu il 85 yaşını qeyd edən xalqımızın böyük oğlu Tahir Salahovun Parisdə açılan fərdi sərgisinin bir özəlliyi də təbii ki, onun sənətkarlığının dünyəvi mahiyyətə malik olmasıdır. Bu cəhət sərgidə nümayiş etdirilən əsərlərdə də özünü göstərir. Qara Qarayev, Mstislav Rostropoviç, Anar, Soljinitsin kimi dünya şöhrətli şəxsiyyətlərin portretləri, Parisə həsr olunmuş “Həmişə Eyfel qülləsi ilə” rəsmləri böyük maraqla qarşılanıb və bəzi əsərlərinin xalça versiyası da sənətkarın daxili zənginliyindən xəbər verir. Odur ki, kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevən Tahir Salahovun sərgiyə təqdim etdiyi əsərlərini izlədikcə, özünü də tabloda əks olunan mühitdə görürsən. Bir-birindən fərqli mövzulara müraciət edərək, bu fərqliliyi, Şərq ilə Qərbin sintezini məharətlə əks etdirən rəssam əslində xalqımızın simasını, onun hissini, duyğusunu yaradıb və buna uğurla müvəffəq olub.
Tahir Salahovu “Ürəklə şəkil çəkən rəssam” da adlandırırlar. Çünki onun əsas sərvəti xalqına sonsuz dərəcədə bağlı olan qəlbidir. Bu sərginin dəyərini artıran ən mühüm amil də rəssamın öz sərgisində qonaqları ilə elə öz xalqının dilində danışması olub.
* * *
Fevralın 27-də UNESCO-nun Parisdəki mənzil qərargahında qurumun baş direktoru İrina Bokovanın bu vəzifəyə yenidən seçilməsi münasibətilə rəsmi qəbul təşkil olunub.
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51

