/ / Abdullah bin Fəhd əl-Hüseyn: Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həqiqətən qiymətli eksponatların qorunduğu nadir mədəniyyət ocağıdır
Abdullah bin Fəhd əl-Hüseyn: Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həqiqətən qiymətli eksponatların qorunduğu nadir mədəniyyət ocağıdır
30.05.2014 [09:04]
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi həqiqətən qiymətli eksponatların qorunduğu nadir mədəniyyət ocağıdır.
Bu sözləri mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ilə tanış olan Dünya Xəbər Agentlikləri Konqresinin sədri, Səudiyyə Ərəbistanı Krallığı Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd əl-Hüseyn deyib.
Qonağa məlumat verilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yenidən qurulan muzeyin binası 1850-ci ildə tikilib. Karvansara kimi istifadə olunan binaya 1915-ci ildə ikinci mərtəbə artırılaraq ondan mehmanxana kimi istifadə olunub. 1918-1920-ci illərdə burada Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yerləşib. 1939-cu ilin noyabrında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə respublika Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılıb. Muzeyin bu binada yerləşdirilməsi məqsədi ilə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsinə əsasən burada yenidənqurma işləri aparılıb, fasadda heykəllər qoyulub, daha iki mərtəbə əlavə edilib.
Bildirilib ki, yenidənqurmadan əvvəl muzeyin 120 mindən artıq eksponatından ekspozisiyada yalnız mini göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat var. Bütün ekspozisiya salonları kompyuterləşdirilib, tamaşaçıların müstəqil işləmələri üçün monitorlar quraşdırılıb, Azərbaycan, ingilis və rus dillərində informasiya bazası yaradılıb, audio-videomaterialları seyr etmək üçün 14 monitor və dinləmə qurğuları olan xüsusi böyük salon təşkil edilib. Muzeyin fondları zəruri texnika və avadanlıqla təmin olunub.
Abdullah bin Fəhd əl-Hüseyn Yaxın və Orta Şərqdə, eləcə də Avropada yeganə ədəbiyyat muzeyi olan bu mədəniyyət ocağının böyük konfrans salonunu, “Qədim dövr”, “Dədə Qorqud”, “Nizami Gəncəvi”, “Məhsəti Gəncəvi”, “Xaqani Şirvani”, “İmadəddin Nəsimi”, “Məhəmməd Füzuli”, “Şah İsmayıl Xətai” salonlarını gəzib. Muzeyin ekspozisiyası qədim zamanlardan müasir dövrədək Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verir. Burada Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin nadir əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, illüstrasiyalar, müxtəlif kitablar, qəzet və jurnallar, müasir Azərbaycan yazıçılarının əsərləri, təsviri sənət nümunələri və sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, Azərbaycan ərazisindən tapılan və müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, bədii xalçalar, saxsı və bürünc qablar, digər maddi mədəniyyət abidələri qorunur.
Qonaq üçüncü mərtəbədə nümayiş olunan maraqlı eksponatlar arasında Pənah xana məxsus, üzərində “Qurani-Kərim” ayələri yazılmış “gülləbatmaz” köynək, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Abdulla Şaiqin, Mir Cəlal Paşayevin, Nigar Rəfibəylinin və başqalarının şəxsi əşyaları, şəkilləri, habelə ötən əsrin 30-cu illərində repressiya qurbanı olmuş şair və yazıçıların sənədlərinin surətləri ilə tanış olub.
Muzeydən xoş təəssüratla ayrılan Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn xatirə kitabına ürək sözlərini yazıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

