Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Konsertdə səslənən görkəmli Avropa bəstəkarlarının əsərləri tamaşaçılara xoş anlar bəxş edib

Konsertdə səslənən görkəmli Avropa bəstəkarlarının əsərləri tamaşaçılara xoş anlar bəxş edib

02.08.2014 [11:31]

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələdə Beynəlxalq Musiqi Festivalı artıq sona çatmaqdadır.
AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq avqustun 1-də Qəbələ şəhərindəki “Qafqaz Resort” otelinin kamera zalında keçirilən növbəti konsertdə görkəmli Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, skripka ifaçısı Janna Qandelman, VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski, tanınmış klarnet ifaçısı Yulian Milkis, “Denis Sunqo” şirkətinin yaradıcısı və prezidenti, gitara ifaçısı koreyalı musiqiçi Denis Sunqonun ifasında səslənən Falya, Piazolla, Brams və digər bəstəkarların əsərləri tamaşaçılara xoş anlar bəxş edib.

Paylaş:
Baxılıb: 757 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31