/ / BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin birinci iclası olub
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin birinci iclası olub
28.08.2015 [09:59]
Avqustun 27-də Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin birinci iclası olub.
AZƏRTAC xəbər verir ki, müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət Təşkilat Komitəsinin iclasında komitənin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu Təşkilat Komitəsinin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradıldığını vurğulayıb. Qeyd edib ki, sentyabrın 7-dən 10-dək BMT-nin işçi qrupu Azərbaycanda olacaq.
Nazir deyib ki, proses barədə məlumatlı olmaq və onlarla görüşlərdə qaldıracaqları məsələlər haqqında hazırlığı lazımi səviyyədə təmin etmək, həmçinin məşğul olacağımız işləri müəyyənləşdirmək məqsədilə bir araya gəlmişik.
Ə.Qarayev Bakıda artıq üç dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna diqqət çəkərək bu tədbirin bir ənənəyə çevrildiyini söyləyib. O, bu möhtəşəm tədbirin təşəbbüskarının şəxsən Prezident İlham Əliyev olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunur və dəstəklənir. Bu dünyada keçirilən yeganə forumdur ki, burada adətən bir-biri ilə rəqabət aparan, bu sahədə işlər görən təşkilatların vahid bir platformada birləşdirilməsinə nail olunub. Forumun yüksək səviyyədə keçirilməsi artıq Bakıda bu mövzuya uyğun silsilə tədbirlərin təşkilinə böyük maraq oyadır. Sözsüz ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda həyata keçirdiyi tolerantlıq, multikulturalizm siyasəti, Fond tərəfindən təşkil olunan silsilə tədbirlər, beynəlxalq konfranslar, forumlar artıq Azərbaycanı sivilizasiyaları birləşdirən bir məkana çevrilməsi istiqamətində mühüm addımdır.
Ə.Qarayev diqqətə çatdırıb ki, Azərbaycan daim belə tədbirlərin keçirilməsinə üstünlük verəcək.
Təşkilat Komitəsinin sədri Ə.Qarayev bildirib ki, BMTSA Forumu kifayət qədər ağır idarə olunan müxtəlif təbəqələri, nümayəndələri, qurumları əhatə edən müzakirə platformasıdır. Burada əsasən ölkələri dövlət başçıları və xarici işlər nazirləri təmsil edirlər. Paralel şəkildə bir sıra istiqamətdə müzakirələr aparılır. Bu tədbir artıq dünyanın ən böyük forumu kimi qəbul olunur. Ona görə də onun keçirilmə əhəmiyyəti tək bizim ölkənin deyil, artıq BMT-nin bir tapşırığı və vəzifəsidir. Nazir Bakıda keçiriləcək forumda BTM-nin baş katibi Pan Gi Munun iştirak edəcəyini söyləyib.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansı barədə təqdimatla çıxış edib. Təqdimatda alyansın yaranma tarixi haqqında məlumat verilərək bildirilib ki, qurum Qərb və İslam dünyası arasında gərginliyin aradan qaldırılması məqsədilə 2005-ci ildə yaradılıb.
Təşkilat Komitəsinin katibi, həmçinin alyansın strukturu, fəaliyyətinin prioritet istiqamətləri, BMTSA-Azərbaycan əməkdaşlığı, forumun Bakıda keçirilməsinin üstün cəhətləri və gözləntilər barədə ətraflı məlumat verib.
Daha sonra Əbülfəs Qarayev bildirib ki, forum müddətində müzakirə olunacaq məsələlərlə yanaşı, Azərbaycanın mövqeyini tanıtmaq üçün işlər görülməlidir.
İclas foruma hazırlıqla bağlı məsələlərin müzakirəsi ilə davam etdirilib.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2016-cı il aprelin 25-dən 27-dək Bakıda keçiriləcək.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

