Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub
12.04.2019 [10:00]
Mərasimdə “Kreml baleti” teatrı “Min bir gecə” baletini təqdim edib
Aprelin 11-də Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimi açan mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin iki xalqın həyatında əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Nazir deyib: “Bu gün dünya şöhrətli “Kreml baleti” teatrı görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edəcək. Qeyd etmək istəyirəm ki, bugünkü tamaşanın səhnə tərtibatçısı Azərbaycan mədəniyyətinin daha bir görkəmli nümayəndəsi - Xalq rəssamı Tahir Salahovdur. “Min bir gecə” baletinin nümayişi görkəmli fırça ustasının 90 illik yubileyinə həsr olunub. Vurğulamaq istəyirəm ki, Azərbaycanı və Rusiyanı bir çox sahələrdə səmimi mehriban qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər. İki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Bir daha burada toplaşanları bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri xanım Valentina Matviyenko səmimi qəbula və Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyinə görə Azərbaycan Respublikasının hökumətinə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Məhz bu, iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində gələcək əməkdaşlığına şərait yaradır. Federasiya Şurasının sədri deyib: “Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlərin olduğu prezidentlər Vladimir Putinin və İlham Əliyevin mühüm rolu var. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Federasiya Şurası və Milli Məclis uzun illərdir daimi qarşılıqlı fəaliyyət göstərirlər”.
Valentina Matviyenko Rusiya və Azərbaycanın yaxınlaşmasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində mühüm rola malik olan Bakı Beynəlxalq Humanitar Forumunu mötəbər dialoq məkanı adlandırıb. O deyib: “Azərbaycanda rus dilinin qorunub saxlanılmasını və təbliğini Rusiyada yüksək qiymətləndirirlər. Azərbaycanda Rusiyanın aparıcı ali məktəblərinin filialları, rus dilində təhsil verən məktəblər fəaliyyət göstərir, uzun illər ərzində Rus Dram Teatrı və digər mədəniyyət ocaqları işini davam etdirir. Bütün bunlara görə rusiyalıların hamısının adından Azərbaycan Respublikasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Sonra “Min bir gecə” baleti nümayiş olunub. Tamaşaçılar “Kreml baleti” teatrının artistlərinin ifasında Şəhrizadın nağıllarının sevimli personajlarını səhnədə görüblər.
Tamaşa böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30

