Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Seçenov Universitetinin Bakı filialında poeziya gecəsi keçirilib

Seçenov Universitetinin Bakı filialında poeziya gecəsi keçirilib

27.12.2019 [10:27]

Dekabrın 26-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək tələbələrin poeziyaya marağının artırılmasına dəyərli töhfəsinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.
Leyla Əliyeva çıxışında ən çətin və humanist peşələrdən biri olan həkim peşəsinin əhəmiyyətini vurğulayıb.
Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri Lalə İsayeva, Nuranə Ələkbərova, Vüsalə Hüseynova Leyla Əliyevanın “Dünyanın ən gözəl insanı, haradasan?”, “İnanmırıq” və “Zaman, xahiş edirəm, dayan” şeirlərini oxuyublar. Gələcəyin həkimləri - Tamerlan Rüstəmov, Lalə İsayeva və Yaqub Kərimov da öz şeirlərini oxuyublar.
Leyla Əliyeva gecənin sonunda tələbələrə öz kitablarını hədiyyə edib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

Paylaş:
Baxılıb: 828 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30