Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
20.02.2020 [09:50]
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində Koventri Universitetində “Yaradıcı sənayelər: imkanlar və çağırışlar” mövzusunda mühazirə ilə çıxış edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əbülfəs Qarayevi universitetin tələbələrinə təqdim edən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzinin rəhbəri professor Maykl Hardi əvvəlcə ölkəmizdə həyata keçirilən “Bakı Prosesi” təşəbbüsü, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və qlobal müxtəlifliyin idarəolunması proseslərində Azərbaycanın rolu barədə tələbələrə məlumat verib.
O qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən bir sıra istiqamətlərdə uğurlu işlər həyata keçirilir. Bu işlərdən ən mühüm istiqamət ölkədə yaradıcı sənayelərin inkişafı ilə bağlı mövcud məsələlərin həlli və strategiyaların formalaşdırılmasıdır. M.Hardi bildirib ki, Koventri Universitetinin fəxri doktoru və ziyarətçi professoru olan Əbülfəs Qarayev bu sahədə tələbələrlə fikirlərini bölüşmək məqsədilə universiteti ziyarət edib.
Daha sonra Ə.Qarayev Azərbaycan tərəfindən mədəniyyət sahəsində həyata keçirilən çoxsaylı layihələr və bu istiqamətdə yeni bir çağırış olan yaradıcı iqtisadiyyatın formalaşdırılması ilə bağlı tələbələr qarşısında mühazirə ilə çıxış edib. Nazir qeyd edib ki, Azərbaycan bir çox istiqamətlərdə mühüm addımlar atıb, hazırda dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin baş katibi tərəfindən dünyada ən vacib qlobal platforma elan edilib. Nazir bildirib ki, son 20 ildə Böyük Britaniyada xüsusilə inkişaf edən mədəniyyət, texnologiya və iqtisadiyyatın uzlaşmasından ibarət yeni sənaye növü olan yaradıcı sənayelər ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Nazir hazırda dünyada vacib istiqamətlərdən biri olan bu sənayenin ən inkişaf etmiş regionlarının Cənub-Şərqi Asiya, Avropa və Amerika olduğunu bildirərək Azərbaycanda da bu istiqamətdə layihələrin həyata keçirilməsinə başlandığını bildirib. O, “Kreativ Azərbaycan” portalının təsis edildiyini və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən şirkət və fərdlərin bu portal vasitəsilə Mədəniyyət Nazirliyi ilə əlaqə yaratdığını qeyd edib. Bununla yanaşı Ə.Qarayev yaxın zamanda “Kreativ Azərbaycan Könüllülər Hərəkatı”nın da təsis ediləcəyini və Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişafına dair İnkişaf Proqramının hazırlanması istiqamətində iş aparıldığını vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə Britaniya Şurası (British Council) və Britaniyanın digər aidiyyəti təşkilatları ilə əməkdaşlıq edilir.
Mühazirədən sonra tələbələrin sualları cavablandırılıb.
Həmin gün nazir Əbülfəs Qarayev Böyük Britaniyanın yaradıcı sənayelərin inkişafında xüsusi töhfəsi olan “Yaradıcı İngiltərə” (Creative England) təşkilatının rəhbəri, eyni zamanda, Yaradıcı Sənayelər Federasiyasının rəhbərliyində təmsil olunan Karolin Norburi (Caroline Norbury) ilə görüşüb. “Yaradıcı İngiltərə” hazırda İngiltərədə sənaye sahələri ilə biznes qurmaq istəyən, həmçinin investisiya qoyan və investisiya axtarışında olan insanlar arasında körpü rolunu oynayır. Bu təşkilatın əsas funksiyalarından biri məhz yaradıcı sənayelərin inkişafında dövlətə dəstək olmaqdır. Təşkilat çoxsaylı layihələr həyata keçirir ki, bu layihələr xüsusilə gələcək iqtisadiyyatın ən mühüm istiqamətləri hesab olunur.
“Yaradıcı İngiltərə”nin rəhbəri təşkilat barədə ətraflı məlumat verib və təşkilatın öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib. O, hazırda təşkilat tərəfindən yaradıcı sənaye sahəsinin problemlərinin araşdırıldığını və dövlət qurumları qarşısında qaldırıldığını qeyd edib. K.Norburi dövlət və özəl sektor nümayəndələrinin Yaradıcı Sənayelər Federasiyasında birgə təmsil olunduğunu, “Yaradıcı İngiltərə” təşkilatının da bu federasiyada təmsil olunduğunu və yaradıcı sənayenin problemlərinin bu federasiya vasitəsilə dövlət qarşısında qaldırıldığını qeyd edib.
Nazir Ə.Qarayev bildirib ki, yaradıcı sənayedə mövcud olan problemlərin araşdırılması və biznes strukturları ilə əlaqələrin yaradılmasına dəstək məqsədilə Azərbaycanda Kreativ Biznes Mərkəzinin açılması nəzərdə tutulub. Bununla yanaşı, nazir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması barədə məlumat verib. Qeyd edib ki, agentliyin yaradılması yaradıcı sənayenin inkişafına öz töhfəsini verəcəkdir.
Sonda “Yaradıcı İngiltərə” və Britaniya Şurasının nümayəndələrinin Azərbaycana səfər etməsi və əməkdaşlığın istiqamətlərini müəyyən edəcək yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

