Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib

25.06.2021 [09:41]

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana fond tərəfindən Almaniyada nəşr etdirilən Türkiyənin görkəmli yazıçısı Ömər Seyfəddinin hekayələrindən ibarət ilk kitabını hədiyyə edib.
Fonddan AZƏRTAC-a bildirilib ki, kitab türk ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ömər Seyfəddinin 100-cü ildönümü münasibətilə yazıçının dəyərli sənət nümunələrini beynəlxalq aləmdə təbliğ etmək və zəngin bədii yaradıcılığını daha geniş auditoriyarla tanış etdirmək məqsədilə çap olunub. Kitab özündə alman və türk dillərində yazıçının ən məşhur 10 hekayəsini ehtiva edir. Nəşr Almaniyanın və Avropanın digər ölkələrinin dövlət kitabxanalarına, məktəblərinə də göndərilib.
Kitabın “Ön söz”ünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Hekayələri alman dilindən türk dilinə tərcümə edən türkoloq K. Hermann Kiel, redaktor Almaniyada yaşayan yazıçı Orxan Arazdır.

Paylaş:
Baxılıb: 665 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31