Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Heydər Əliyev Sarayında “Beş qapı” olacaq

Heydər Əliyev Sarayında “Beş qapı” olacaq

08.12.2021 [12:45]

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, 29 dekabr 2021-ci il tarixdə Heydər Əliyev Sarayında “Beş qapı” tamaşası təqdim olunacaq. 

    Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında hazırlanan tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək. 

Heydər Əliyev Sarayının “Nizami Gəncəvi ili” çərçivəsində keçirəcəyi yekun tamaşanın ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.  

    Müəllifin “Xəmsə”yə müraciətinin məqsədi Nizami irsindən bəhrələnməklə yanaşı, ayrı-ayrı poemalarda əks etdirilən hadisələrin beş qapı vasitəsilə açılmasına və təbliğinə yönəlmişdir.Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə birləşdirən teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılmasını nəzərdə tutur.

  Qeyd edək ki, tamaşanın aktyor heyyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrdən ibarətdir. Layihənin yaradıcı heyyəti əmindir ki, ilk böyük səhnə təcrübələri olmasına baxmayaraq, gələcəyin aktyor və aktrisaların öz rollarının öhdəsindən məharətlə gələcəklər.

Paylaş:
Baxılıb: 497 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Nobel, yoxsa Abel?

27 Sentyabr 10:50

Maraqlı

“Google” 25 yaşında

27 Sentyabr 10:47

Xəbər lenti

43 ildir...

27 Sentyabr 10:45

Sosial

Prezident bu gün

Prezident bu gün

27 Sentyabr 10:30

Analitik

İranda nə baş verir?

27 Sentyabr 10:29

Xarici siyasət

MEDİA

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Bir il əvvəl...

27 Sentyabr 09:58  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30