Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / İşğal Muzeyinin yaradılması ilə bağlı təkliflər təqdim edilib

İşğal Muzeyinin yaradılması ilə bağlı təkliflər təqdim edilib

07.01.2022 [15:44]

Ağdam, Cəbrayıl və Füzuli rayonlarında Zəfər muzeyi və açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçirib. İşğal muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyəti ilə bağlı məlumatda deyilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı - Ərazilərin bərpası və yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanıb və aidiyyəti üzrə göndərilib.

Eyni zamanda, Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin. Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konsept və layihələr hazırlanıb, Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub.

Paylaş
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Sosial

Xəbər lenti

Yeni texnologiyalar

Xəbər lenti

Siyasət

Müsahibə

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31