Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Musiqilərdə yaşayan ömür

Musiqilərdə yaşayan ömür

07.11.2023 [11:16]

Tofiq Quliyev - 106!

“Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Ögey ana”, “Görüş”, “Bəxtiyar” filmləri müasir Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Hər dəfə bu filmləri seyr etdikcə İsmayılın və Kamilin mahnıları, neftçi Bəxtiyarın ifa etdiyi “Zübeydə”, “Bakı”, “Üzüyümün qaşı firuzədəndir” və digər mahnılar uzun müddət yaddaşlarımızdan silinmir. Bəs “Möcüzələr adası” filmindəki şanlı Bakı neftçilərinin fədakar əməyini tərənnüm edən “Neftçi mahnısı”nı dinləyib sevməyən var?! Bu mahnılar indi də yeni tərtibatda müasir Azərbaycan dinləyicisinə təqdim olunur, sevilir. Dərin ideya məzmunu, əlvanlığı və melodiya gözəlliyi ilə diqqəti cəlb edən bütün bu mahnıların müəllifi isə ötən əsrdə Azərbaycan bəstəkarlar pleyadasının görkəmli nümayəndələrindən olmuş Tofiq Quliyevdir.

Tofiq Quliyev mahnı janrında yaratdığı şedevr əsərləri ilə sadəcə olaraq bu sahədəki ənənələri davam etdirməklə kifayətlənməmiş, eyni zamanda, musiqisevərlərin çox sevdikləri bu janrı öz qəlbinin hərarəti ilə zənginləşdirmiş, yeni axtarışlardan, musiqi boyalarından cəsarətlə istifadə edib. Buna görə də görkəmli bəstəkarın yaratdığı istənilən mahnı canlı obraz və əsl həyat lövhəsi kimi nəzərimizdə canlanır.

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. On yaşı olanda artıq özünün ilk mahnılarını bəstələməyə başlayır. 1931-ci ildə 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şeirinə mahnı bəstələyir. Buna görə də məktəbi bitirdikdən sonra onun konservatoriyaya daxil olması gözlənilməz qarşılanmır. O eyni zamanda iki fakültədə - dirijorluq və fortepiano fakültələrində təhsil almağa başlayır.

Bəstəkar özünün çox sevdiyi mahnı janrına bütün yaradıcılığı boyu sadiq qalıb, bu sahədə məhsuldar fəaliyyət göstərib. 200-dən artıq mahnı yazan Tofiq Quliyevin mahnılarında poetik obraz hər zaman ön planda olub. O, publikanın mühakiməsinə verdiyi musiqilərində xalqımızın qədim və əbədiyaşar incəsənətini müasir dünyaya münasibət prizmasından keçirərək ikisini bir arada birləşdirməyi bacarıb. Bəstəkar hər bir mahnısında melodik və ritmik xallarla dinləyicilərin qəlbini oxşayır. Bu mahnılar uydurma hisslərdən uzaq olub, cəlbedici və səmimidir.

1966-cı ildə məşhur fransız bəstəkarı, şair və müğənnisi Fransis Lemark Bakıda qastrolda olarkən Tofiq Quliyevlə görüşür. Qonağı evinə dəvət edən Tofiq Quliyev öz əsərlərindən melodiyaları ona ifa edir. Bu melodiyalar fransalı qonağın o qədər xoşuna gəlir ki, F.Lemark həmin melodiyalara fransız dilində mətn yazmaq və onları fransalı dinləyicilərə təqdim etmək üçün özü ilə Fransaya aparmaq qərarına gəlir. Beləcə Tofiq Quliyevin altı mahnısı Xəzərin sahillərindən Senanın sularına qədər uzaq bir səfərə yollanır. Yarım ildən sonra isə bu mahnılar ikinci həyat qazanaraq və bu dəfə artıq fransız dilində vallarda Vətənə qayıdır.

İstedadlı bəstəkarın yaradıcılığında Azərbaycan xalq mahnı və melodiyalarını işləyib tərtib etmək və onları nota köçürmək işi də əhəmiyyətli yer tutur. Tofiq Quliyev bəstəkar Zakir Bağırovla birlikdə ilk dəfə 1936-cı ildə  “Rast”, “Dügah”, “Segah zabil”muğamlarını məşhur tarzən Mirzə Mənsur Mənsurovun ifasında nota yazıb. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyov o vaxt yazırdı: “Muğamların nota yazılması Azərbaycanın musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.

1990-cı ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və ömrünün sonuna kimi buvəzifədə çalışıb. Tofiq Quliyevin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illərdə respublikanın musiqi sənətinininkişafında mühüm rol oynayan musiqi festivalları, Ümumittifaq və respublika müsabiqələri, “Musiqi baharı”, “Bakıpayızı” festivalları keçirilirdi. Bu tədbirlərdə Tofiq Quliyev həmişə münsiflər heyətinin üzvü, sədri olub.

1998-ci ildə Tofiq Quliyev Azərbaycanın yüksək dərəcəli ordenlərindən biri - “İstiqlal ordeni” ilə təltif olunub. Səhhəti ilə əlaqədar xəstəxanada olan bəstəkara bu ordeni Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev şəxsən özü təqdim edib.

İllər ötür,  zaman, dövran dəyişir, yeni zövqlər, yeni tələblər meydana çıxır. Lakin Tofiq Quliyevin böyük ilham və yaradıcılıq eşqi ilə bəstələdiyi, Azərbaycan xalqının ən gözəl hiss və arzularını tərənnüm edən mahnıları hafizələrdən silinmir, yaddaşlarda əbədi məskən salır. Bu ecazkar könül mahnıları ilə bərabər dahi bəstəkarda unudulmur, gözəl pianoçu, təkrarsız mahnıların müəllifi kimi daim xalqımızın qəlbində yaşayır.

AYSU

Paylaş:
Baxılıb: 929 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31