Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal ünsürlər Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyindədir

Radikal ünsürlər Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyindədir

01.07.2020 [09:52]

Pərviz Sadayoğlu

Ekspertlərin qeyd etdikləri kimi, anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən marginal qruplaşma “Azərbaycan dövləti üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır” düşüncəsi ilə yaşayır
“Müxalifətçilik” anlayışını xalqına düşmənçilik kimi dərk edən radikal müxalifət anti-Azərbaycan dairələrin siyasi sifarişlərini yerinə yetirir, dövlətə qarşı “qara piar” kampaniyası aparır. Əslində, həmin marginal qruplaşmanın siyasi siması Azərbaycan xalqına yaxşı tanışdır. Hələ1990-cı illərin əvvəlində ölkəmizi uçuruma sürükləyən, torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına şərait yaradan bu antimilli ünsürlər bu gün də korporativ maraqlara xidmət etdiklərini ortaya qoyurlar. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sevinc Hüseynova radikal müxalifət düşərgəsində təmsil olunan marginal qrupların hər zaman Azərbaycanın milli maraqlarına düşmən kəsildiyini bildirib. Onun sözlərinə görə, vaxtilə siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan bu marginal qrupların üzvləri bu yolda hətta suverenliyimizi belə təhlükə altına atmaqdan çəkinməmişdilər. Millət vəkili bildirib ki, həmin qruplaşmalarda təmsilolunan şəxslərin hakimiyyət hərisliyi torpaqlarımızın işğalına, ölkədə vətəndaş qarşıdurmasının yaranmasına və suverenliyimizin təhdid alıtna düşməsinə səbəb oldu: “Məhz onların xəyanətkar fəaliyyəti nəticəsində Dağlıq Qarabağın strateji nöqtələri-hansı ki, heç bir zaman işğal oluna bilməzdi, ermənilər tərəifndən ard-arda ələ keçirildi. Həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi və Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. 1992-ci ilin mayında Şuşa və Laçının işğalından sonra qanunsuz yollarla hakimiyyəti zəbt edən Xalq Cəbhəsi ölkəni dağıtmağa başladı. Bu hakimiyyətin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımızın işğalı ilə yanaşı, ölkədə kütləvi talançılıq baş alıb gedirdi. 1993-cü ilin iyununda Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi həm xalqımızı, həm dövlətimizi xilas etdi. Bu gün özünü “müxalifət” adlandıran, əslində isə, hər zaman xəyanətlə məşğul olmuş radikal ünsürlərin kimliyi xalqımıza yaxşı tanışdır”.
Milli Məclisin deputatı Kamilə Əliyeva da bu şəxslərin ötən 27 ildə də xəyanətkar fəaliyyətlərindən əl çəkmədiklərini deyib. Millət vəkili bildirib ki, bu marginal qruplar illərdir ki, anti-Azərbaycan dairələrin irəli sürdükləri direktivləri, verdikləri sifarişləri sözsüz yerinə yetirirlər: “Radikal müxalifətin bir təfəkkürü var- onlar üçün durum yaxşı olsun, Azərbaycanda vəziyyət pis olsa da olar. Dünya bazarında neftin qiymətinin düşməsinə bir Ermənistan, bir də özünü “müxalifət” adlandıran radikal ünsürlər sevindi. Bu,bir daha həmin şəxslərin xain xislətə malik olduqlarının göstəricisidir. Bu marginal qruplaşma nəyin bahasına olursa-olsun, Azərbaycanda vəziyyəti pisləşdirmək istəsə də, onların buna nə gücü, nə də ağlı çatır. Onların bu arzuları hər zaman puça çıxıb və xalqa, dövlətə qarşı düşmənçilik edən dağıdıcıların layiqli cavabı hər zaman Azərbaycan xalqı tərəfindən verilib”.

Paylaş:
Baxılıb: 290 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30