Əzrayılın bala paylaması...
24.09.2021 [15:29]
Pərviz Sadayoğlu
Yaxud, Makronun “bazar töhfələri”...
Azərbaycanda bir yaxşı el məsəli var. Bir uşağı olan kişiyə deyirlər ki, Əzrayıl bala paylayır, get sənə bir uşaq da versin. Kişi cavabında deyir ki, balama dəyməsin, verdiyini istəmirəm. İndi Fransa prezidenti Makronun qalib Bakı ilə məğlub İrəvanı danışıqlara “çağırması”, ələlxüsus Fransanın da Ermənistan və Azərbaycan arasında dialoqun “bərpa olunmasına” töhfə verməyə hazır olmasını deməsi elə Əzrayılın payladığı balanın əkizidir. 1997-ci ilin Milad bayramı günündən bəri ATƏT-in Minsk qrupunda həmsədr fəaliyyətinə başlayan Fransa ötən 24 il ərzində “cici-bacısı” Ermənistana niyə bu töhfədən bir boşqab çəkmirdi? İndi töhfəçilik eşqinə düşmüş Makron prezident olduğu ötən 4 il ərzində niyə dillənmirdi? Yaxşı, bunlar bir tərəfə, bu il iyunun 1-də Paşinyanla böyür-böyürə verdiyi “bəyanatlar”la Azərbaycanın ərazi bütövlüyünə qarşı yeni demarş etmək istəyən Makron niyə məhz indi - 30 il fəaliyyətsizlikdən başqa heç nə ilə yadda qalmayan Minsk qrupunu aktuallaşdırmağa, daha doğrusu “diriltməyə” çalışır. Axı, Qarabağ münaqişəsinin bitməsi ilə Minsk qrupu da demək olar ki, vasitəçi statusunu itirib. Deyəsən, Makronun budəfəki “töhfəbazlığı” “bəlkə də qaytardılar” xülyasına söykənir. Atalar sözünə bir balaca əl gəzdirsək, “daldan atılan daş topuğa belə çatmayanda dığırlanıb elə yerdəcə qalar”.
Hə, yadıma düşmüşkən, Fransa Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi ayırmaq fikrinə də düşüb. Maraqlıdır, deyilmi? Minalar harada basdırılıb - Azərbaycan torpağında. Basdıran kimdir - Ermənistan. Ortaya bir xeyli suallar çıxır. İnsan qətlindən başqa bir işə yaramayan bu minalar Ermənistan tərəfindən Azərbaycan torpaqlarına basdırılanda ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa hara baxırdı? Azərbaycan dövləti dəfələrlə Minsk qrupuna müraciətlər etmişdi. Həm minalarla bağlı, həm Ermənistanın Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma aparması ilə bağlı, həm də işğal altındakı ərazilərimizdə ekoloji tarazlığın pozulması ilə bağlı. Ən nəhayət, yüz minlərlə azərbaycanlının öz EVİNDƏ, YURDUNDA, TORPAĞINDA yaşamaq hüququnun pozulması ilə bağlı. O illərdə qulağını kar, gözünü kor edən, həqiqətin gözünə düz baxmağı özünə rəva belə bilməyən Fransa dövləti bir dəfə də olsun kiçiyi saydığı, yanından əskiltmədiyi Ermənistana bütün bunlarla bağlı qulaqburması vermişdimi? Yox. Həqiqət isə bu gün də ortadadır. Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdikdən sonra belə erməni təcavüzünə məruz qalıb. Onlarla vətəndaşımız, hətta iki jurnalist həmkarımız o minaların qurbanına çevrilib. Fransa bir dəfə bununla bağlı bəyanat veribmi? Yenə də yox. Demək ki, Ermənistanın törətdiyi bütün özbaşınalıqlarda ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın da məsuliyyəti var. Axı, onlar vasitəçi idi. Bəs nəyə vasitəçilik edirdi? Qarabağ probleminin həllində iynə ucu boyda bir fayda verməyən vasitəçilk nəyə yarayır? Axı, bu vasitəçilik Azərbaycana qarşı aparılan təcavüzkar siyasətin qarşısının alınmasında epizodik rol belə ala bilməmişdi. Fransanın vasitəçiliyi Ermənistanı dəstəkləməkdən başqa heç bir işə yaramamışdı...
Artıq nəinki regiondakı vəziyyət, hər şey dəyişib. Bu gün Azərbaycan bütün problemləri kimi Qarabağ probleminin həllinə də özü nail olub. Bundan sonra Makronun “töhfəsi” elə müsyo Jordanın çör-çöp yığmağından uzağa gedəsi deyil. Makron isə Qarabağa gəlsə-gəlsə elə babası müsyo Jordan kimi Hatəmxan ağaya yalnız qonaq gələ bilər...
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır
Özünün hüquqi dövlət...
09.05.2021 [00:34]
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

