Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır
09.05.2021 [00:34]
Pərviz Sadayoğlu
Özünün hüquqi dövlət quruculuğu və inkişafı prosesində daim islahatlara, yeniliklərə yer verən, siyasi dialoqun dərinləşməsi, siyasi qüvvələr arasında münasibətlərin daha yüksək səviyyəyə çatması üçün iradə nümayiş etdirən Azərbaycan hakimiyyətinin apardığı uğurlu fəaliyyət istər cəmiyyətimiz tərəfindən, istərsə də beynəlxalq müstəvidə yüksək dəyərləndirilməkdədir. Vurğulanmalıdır ki, ötən ilin fevralından ölkəmizdə yaranan yeni siyasi konfiqurasiya siyasi partiyalar arasındakı münasibətlərin yeni zəmində inkişafını təmin edib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik orqanı ilə əlaqələr şöbəsinin siyasi partiyaların rəhbərləri ilə keçirdikləri görüşlər siyasi qüvvələrin ümummilli məsələlərdə vahid siyasi platformadan çıxış etməsini, milli həmrəyliyi formalaşdırdı. Məhz bunun nəticəsi idi ki, istər 2020-ci ilin yayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatları zamanı, istərsə də Vətən müharibəsi dövründə ölkənin siyasi palitrasının mütləq əksəriyyəti vahid mövqedən çıxış etdi, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasi kursu dəstəklədiyini bildirdi. Bu milli həmrəylik Ermənistan üzərində qazanılan qələbədə mühüm rola malik oldu.
Qeyd edək ki, siyasi qüvvələr arasında dialoq mühitinin dərinləşdirilməsi istiqamətində addımlar bu gün də davam etməkdədir. Siyasi partiyaların qeydiyyata alınması, onların qərargahlarla təmin edilməsi bir daha yeni siyasi konfiqurasiyada yaranan yeni münasibətlərin təcəssümünə çevrildi. Təəssüfləndirici haldır ki, siyasi palitramızın mütləq əksəriyyəti bu gün də siyasi dialoqu inkişaf etdirmək və milli birliyi qorumaq üçün ümummilli məsələlərdə vahid platformada birləşsə də, radikal müxalifət, əsasən isə xain antimilli şura ənənəvi xislətinə uyğun olaraq, xarici ermənipərəst mərkəzlərin ölkəmizə qarşı apardığı şər-böhtan kampaniyasının “hissəsi” olmaqdan əl çəkmir. Marginal şuranın məqsədi xaricdən gələn hansısa fikirləri, tezisləri həyata keçirmək, ölkədəki siyasi sabitliyə, milli birliyə xələl gətirmək, işğaldan azad edilmiş regionlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinə kölgə salmaqdır. Bütün “gücünü” məhz bu kimi antimilli fəaliyyətə sövq etmiş radikal ünsürlər sosial şəbəkələrdə daimi olaraq milli maraqlara əks-mövqedən çıxış edir, yalan iddialar irəli sürür, ölkədəki siyasi birliyə və sabitliyə ləkə yaxmağa cəhd göstərirlər. Daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoqu, 30 ilə yaxın işğal altındakı torpaqlarımıza qovuşmanı, Böyük Qayıdışın qısa zamanda təmin edilməsinə istiqamətlənmiş fəaliyyəti hədəfə alan radikal antimilli şura və onun xəyanətkar üzvləri növbəti dəfə maddi gəlir üçün bütün yalanları danışmağa hazır olduqlarını ortaya qoyurlar. Pula, qazanca görə ermənipərəst mərkəzlərin yanında yer alan, milli birliyə düşmən kəsilənlərə isə xaindən başqa ad vermək mümkün deyil.
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45

