“Baş verənlər seçki prosesi üçün xoşagələn hal deyil”
21.09.2013 [10:11]
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sentyabrın 20-də “Media forum” saytına müsahibə verib:
- Sentyabrın 19-da İTV-dəki debat zamanı prezidentliyə namizədlər arasında baş verənləri necə qiymətləndirirsiniz?
- Prezidentliyə namizədlərin hərəkətləri, davranışları, işlətdikləri ifadələr, özlərini aparmaları, bir-birilərinə münasibəti nümunə olmalıdır. Onların hər biri Azərbaycanı idarə etmək iddiasında olan, bunun üçün çalışan insanlardır. Ona görə də prezidentliyə namizədlər davranış qaydalarına əməl etməlidirlər, xalq onlardan bunu gözləyir.
Hər halda İTV-dəki məsələ namizədlər arasında baş verən prosesdir. Hakimiyyət buna müdaxilə etmək niyyətində deyil. Bizim belə bir fikrimiz yoxdur.
- Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev neçə ildir Azərbaycanda keçirilən seçki debatlarının normal axarını pozur. Sentyabrın 19-da İTV-dəki debatın normal gedişini də o pozdu. İndi belə suallar səslənir: necə olur ki, Hafiz Hacıyev namizəd ola bilir?..
- Hakimiyyət nümayəndəsi olaraq prezidentliyə namizədlərin hər hansı hərəkət və davranışı haqda fikir bildirmək, rəy vermək istəmirəm. Çünki bu, istənilən halda yaxşı yozulmayacaq. Amma prezidentliyə namizədlərin oradakı hərəkətlərinə nəzər salsanız görərsiniz ki, yalnız Hafiz Hacıyev deyil, başqalarının da davranışlarında, debatda özlərini aparmalarında müəyyən qüsurlar var.
Bütövlükdə götürəndə baş verənlər seçki prosesi üçün xoşagələn hal deyil. Bu, Azərbaycanın imici üçün yaxşı hal sayıla bilməz. İnsanlar televiziya qarşısında oturur və prezidentliyə namizədlərin çıxışlarını gözləyir. Vətəndaşlar qarşıdakı illərdə onları nələr gözlədiyini, hansı alternativ layihələrin, təkliflərin olduğunu öyrənmək istəyirlər. İnsanlar namizədlərdən konkret təklif, layihə, inkişafa xidmət edən ideyalar gözləyirlər. Amma onların televiziyada qarşılıqlı şəkildə ittihamlarla çıxış etmələri, bir-birilərinə qarşı təsdiqini tapmamış kompromatlar irəli sürmələri, belə kompromatlarla günahlandırmaları ilə rastlaşanda vətəndaşlar bunu yaxşı qarsalamırlar, məyus olurlar.
- Prezident seçkisinin indiyədək olan mərhələsini necə qiymətləndirirsiniz?
- Kimin nə deməsindən asılı olmayaraq Azərbaycanda hazırkı seçki prosesi və durum tam normalıdır, dünya standartlarına uyğundur, azad, ədalətli, demokratik seçki keçirilməsinə imkan verir. Mərkəzi Seçki Komissiyası, o cümlədən dairə və məntəqə seçki komissiyaları seçkiyə hazırlığı başa çatdırıblar. Hakimiyyət olaraq biz üzərimizə düşən bütün məsələləri həll etmişik, yaxud da həmin işləri yekunlaşdırmaq üzrəyik. Azərbaycanda seçkiqabağı mühit tam şəffafdır, demokratikdir, namizədlər arasında bərabər yarış imkanları mövcuddur. Kimin nə deməsindən asılı olmayaraq biz prezident seçkisi ilə bağlı qanunvericiliklə tələb olunan bütün prosesləri, məsələləri həyata keçirmişik, yaxud da keçirib, yekunlaşdırmaq üzrəyik. Ona görə də biz qətiyyən narahat deyilik. Amma ortaya belə müəyyən hallar çıxır və onlar bütövlükdə seçkinin imicinə xələl gətirir.
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43

