Müasir uşaqlar və kitab sevgisi...
20.05.2026 [10:14]
Reyhan Yusifqızı ilə söhbət
Müasir dövrdə uşaqları kitaba cəlb etmək əvvəlki illərlə müqayisədə daha çətin görünsə də, uşaq ədəbiyyatına marağın hələ də yaşadığının şahidi oluruq. Yazıçı Reyhan Yusifqızı ilə söhbətimizdə onun uşaqlar üçün yazmağa necə başladığından, müasir uşaqların maraq dairəsindən, kitabların vizual əhəmiyyətindən danışdıq.
- Reyhan xanım, necə oldu ki, məhz uşaqlar üçün yazmağa başladınız?
- Uşaq ədəbiyyatına başlama səbəb qızlarım oldu. Onlar lap kiçik yaşlarından danışdığım hekayələri çox sevirdilər. Hətta məktəbdə sinifdənkənar oxu dərslərində gedib həmin hekayələri müəllimələrinə danışırdılar. Bir gün qızımın müəlliməsi məni məktəbə dəvət etdi və bildirdi ki, bu hekayələr həm onun, həm də uşaqların çox xoşuna gəlir. Onları dərc etməyi tövsiyə etdi. Beləliklə, ilk kitab ideyası yarandı.
- Neçə ildir yazıçı olaraq fəaliyyət göstərirsiniz?
- Bu hadisə təxminən 2000-ci illərə təsadüf edir. Sonra daha ciddi şəkildə yazmağa başladım. Bir dəfə kiçik qızım səmadakı ulduzları bizə bənzətdiyini dedi və bu mənə yeni bir ideya verdi. Beləliklə, “Yaşıl gözlü qız” əsərini yazdım. Uğurlu bir əsər alındı. Dostum Yasemin Bayır əsəri oxumaq istədi, sonra onu tərcümə etdi və müsabiqəyə təqdim etdik. Nəticədə üçüncü yerə layiq görüldüm və Ankaraya dəvət olundum. Bu, mənim yazıçı kimi ilk uğurum idi.
- Bildiyim qədər, böyüklər üçün də yazırsınız.
- Bəli, böyüklər üçün də maraqlı hekayələrim var. Lakin uşaq ədəbiyyatı ilə məşğul olduqca gördüm ki, bu sahəyə ciddi ehtiyac var. Artıq uşaqlar üçün yazdığım kitablar təkrar-təkrar nəşr olunur.
- Həm uşaqlar, həm də böyüklər üçün yazırsınız. Bu iki istiqamət arasında hansı fərqləri görürsünüz?
- Uşaqlar üçün yazmaq daha çətindir. Onların dünyasına uyğun düşünmək və yazmaq lazımdır. Eyni zamanda, dil daha sadə və maraqlı olmalıdır.
- Məqsəd nə olmalıdır: əyləndirmək, yoxsa öyrətmək?
- Məncə, hər ikisi. Müasir uşaqlar daha çox əylənərək öyrənmək istəyirlər. Uşaq kitabı yazarkən mövzuya sərhəd qoymuram. Əsas odur ki, hər şey uşaqların dili ilə izah edilsin. Uşaq hər şey haqqında, amma yaşına uyğun şəkildə məlumat almalıdır. Əgər biz bunu düzgün formada çatdırmasaq, onlar başqa mənbələrdən öyrənəcəklər. Bəzən mənə iradlar da olur. Məsələn, bir valideyn zəng edib kitabımda sevgidən bəhs etdiyim üçün narazılıq bildirmişdi. Halbuki həmin kitab 12+ yaş qrupu üçün nəzərdə tutulmuşdu. Valideynlərə tövsiyəm odur ki, uşaqlara yaş kateqoriyasına uyğun kitab seçsinlər.
- Müasir dövrdə uşaqların telefon və kompüterdən asılılığı artır. Yazılarınızda bu mövzuya toxunursuz?
- Biz elə bir dövrdə yaşayırıq ki, onları internet dünyasından tamamilə uzaqlaşdırmaq mümkün deyil. Mən deməzdim ki, uşaqlar az oxuyur. Əksinə, onların kitaba marağı artır. Sadəcə, maraqlarına uyğun kitablar azdır. Seçim verilsə, əlbəttə ki, telefonu seçəcəklər. Çünki internet informasiyanı daha sürətli və hazır şəkildə təqdim edir. Kitab isə uşağı düşünməyə, analiz etməyə vadar edir.
- Kitablarda vizuallığa nə dərəcədə önəm verirsiniz?
- Əvvəllər kitablarımdakı illüstrasiyalar əsasən ağ-qara olurdu. Lakin son bir ildə nəşriyyat qərar verdi ki, şəkillər tam yenilənsin. İllüstrasiyalar “danışır”, məzmunu vizual şəkildə oxucuya çatdırır. Ən əsası isə uşaqları cəlb edir. Uşaqlar kitabı oxumadan əvvəl belə mövzu haqqında təsəvvür formalaşdırırlar.
- Bildiyim qədər, həmin şəkillərin müəllifi qızınızdır.
- Bəli, Aysel Şıxlı rəssamdır və daim öz üzərində çalışır. Nəşriyyat onu özü dəvət etdi.
- Yaxın günlərdə Bolonya kitab sərgisində iştirak etmisiniz. Təəssüratlarınızı bölüşərdiniz.
- Oradan çox xoş təəssüratlarla qayıtdım. Sərgidə kitab stendlərinin yanından keçərkən heyran qalırdım. Bir daha anladım ki, illüstrasiyalar kitabın sadəcə bəzəyi deyil, onun vacib hissəsidir. Hətta sərgidə illüstratorlar üçün ayrıca kafe zonası da var idi.
- Yaxın günlərdə ölkəmizdə də kitab sərgisi keçiriləcək. Bolonya sərgisindən hansı məqamları bizdə görmək istərdiniz?
- Bilirsiniz, bizim ölkədə sərgilər bir qədər fərqli formatda keçirilir. Mən istərdim ki, bizdə də daha çox interaktivlik, illüstrasiyalara xüsusi diqqət və oxucu ilə müəllif arasında daha canlı ünsiyyət imkanları yaradılsın. Ümid edirəm ki, gələcək zamanda kitab sahəsində düşüncələrimiz daha gözəl şəkildə özünü doğruldacaq.
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSiyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56

