Azərbaycan-Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi
19.10.2026 [12:21]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycanın xarici siyasətində müxtəlif regionların dövlətləri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması və möhkəmləndirilməsi mühüm yer tutur. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri və Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından əlamətdar hadisə oldu. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, iqtisadi və humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün də mühüm imkanlar yaratdı. Prezident İlham Əliyev iki ölkə arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olduğunu, əlaqələrin qarşılıqlı hörmət və beynəlxalq platformalarda əməkdaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğuladı. Dövlət başçısının bəyanatında səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan mövcud siyasi münasibətləri konkret iqtisadi nəticələrlə möhkəmləndirməkdə maraqlıdır.
Görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, kənd təsərrüfatı, energetika və nəqliyyat sahələrində imkanların araşdırılması diqqət mərkəzində oldu. Hazırkı ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyini bildirən Prezident İlham Əliyev bu sahədə yeni imkanların mövcudluğuna diqqət çəkdi. Bakıda Azərbaycan-Laos biznes-forumunun keçirilməsi də işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və perspektivli layihələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə Laosla logistika sahəsində əməkdaşlıq üçün də yeni perspektivlər aça bilər. Bütün bunlarla yanaşı, humanitar əlaqələrin genişləndirilməsi də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindəndir. Vaxtilə Azərbaycanda iki mindən çox laoslu tələbənin təhsil alması xalqlarımız arasında formalaşmış əlaqələrin tarixi əsaslarını göstərir. Təhsil sahəsində yeni təşəbbüslərin həyata keçirilməsi, tələbə mübadiləsinin təşviqi və təqaüd imkanlarının yaradılması bu ənənənin davam etdirilməsinə xidmət edə bilər.
Səfər çərçivəsində mina təhlükəsi məsələsinə diqqət yetirilməsi də xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində minaların yaratdığı təhlükə insanların həyatına, təhlükəsizliyinə və bərpa-quruculuq prosesinə ciddi təsir göstərir. Bu sahədə təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının araşdırılması problemin həllinə töhfə verə bilər. Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Laos münasibətlərinin yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi, humanitar və digər istiqamətlərdə geniş əməkdaşlıq imkanlarına malik olduğunu bir daha nümayiş etdirdi. Əsas məqsəd mövcud dostluq münasibətlərini konkret layihələr, qarşılıqlı sərmayələr və davamlı tərəfdaşlıq vasitəsilə daha da möhkəmləndirməkdir. Bu baxımdan Laos Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəlməsi üçün mühüm zəmin yaradır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19

