Bəhruz Quliyev: “Səs” qəzeti tarixə mübariz bir qəzet kimi düşüb
10.01.2015 [11:27]
“Səs” qəzeti bu gün öz missiyasını şərəflə yerinə yetirir”
“Səs” qəzetinin 24 yaşı tamam olur. Bəs qəzet bu dövrdə hansı uğurlara imza atıb, hansı layihələr həyata keçirib, hansı planları var? “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev SİA-ya müsahibəsində qəzetin tarixi missiya yerinə yetirdiyini söyləyib...
- “Səs” qəzetinin keçdiyi yolu necə xarakterizə etmək olar?
- “Səs” qəzeti olduqca mürəkkəb bir tarixi dövrdə həyata vəsiqə alıb. 1990-cı illərin əvvəlləri Azərbaycanın çox təlatümlü dövrü idi. Həmin dövrdə Azərbaycan yenicə müstəqillik əldə etmişdi. Eyni zamanda, qarşıda köhnə sistemin dağılması, milli dövlətçiliyin yaranması kimi çox ciddi bir tarixi vəzifə dururdu. İnsanların yaddaşlarından silinməyib ki, sovet imperiyasının dağılmasının real olduğu bir zamanda Azərbaycanda bir sıra qüvvələr moskvapərəst siyasətlərini davam etdirirdilər. Azərbaycanın yenə də hər hansı bir mərkəzdən idarə olunması ideyası tərəfdarları kimi çıxış edirdilər. Məhz belə bir çətin dövrdə araya-ərsəyə gələn “Səs” qəzetinin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhz o oldu ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini öz səhifələrinə gətirməklə, Azərbaycan xalq hərəkatında və milli-azadlıq hərəkatında fikir plüralizmini, söz və düşüncə azadlığını təmin etmiş oldu.
“Səs” qəzeti Azərbaycansevərlərin azadfikirli, sağlam düşünən ziyalıların səsini xalqa çatdırdı. Ən başlıcası isə “Səs” qəzeti cəsarətlə, təqib və təzyiqlərdən çəkinmədən, əsl milli mətbuat təəssübkeşliyi ilə nəşr olunmağa başladı. Bunun da nəticəsi idi ki, 1991, 1992, 1993-cü illərdə qəzetə qarşı o dövrkü hakimiyyət dairələri, ayrı-ayrı siyasi qüvvələr tərəfindən dəfələrlə basqılar, təzyiqlər, hücumlar edilirdi. Ona görə ki, “Səs” qəzeti müstəqil yönümlü idi, fikir plüralizmini, söz və düşüncə azadlığını ortaya qoymuşdu, Azərbaycan həqiqətlərini yazırdı, xalqın səsinə, harayına səs verirdi, onun mənafeyini ifadə edirdi. Milli azadlıq mübarizəsinin həqiqi mahiyyətinin ortaya çıxmasında və sağlam bünövrə üzərində müstəqillik ideyalarının insanlarımız arasında geniş yayılmasında qəzetin müstəsna xidmətləri var. “Səs” qəzetinin Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və əzəmətli xidmətlərindən biri də Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinin və ideyalarının Azərbaycan vətəndaşları arasında geniş şəkildə yayılması ilə bilavasitə əlaqədardır. Bunun nəticəsi idi ki, ölkə ziyalıları, sağlam düşüncə sahibləri o illərdə Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan, fəlakət və tənəzzüldən xilas etmək üçün 1992-ci ilin oktyabr ayında “Səs” qəzeti vasitəsilə xalqımızın yeganə ümid yeri olan Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdilər. Fərəhləndirici haldır ki, Ümummilli liderimiz Heydər Əliyevin ziyalılara ünvanladığı cavab da məhz “Səs” qəzetində dərc olundu.
“Səs” qəzeti tarixə mübariz bir qəzet kimi daxil olub, Azərbaycanın müstəqillik tarixində öz layiqli yeri, obyektiv mövqeyi ilə həmişə öndə gedən müstəqil mətbu orqan kimi yaddaşlara həkk olunub.
Bu gün böyük iftixar və fəxr hissi ilə qeyd etmək istərdim ki, Ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən söz və mətbuat azadlığının qorunması, inkişafı və gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu illər ərzində möhtərəm Prezidentimizin sərəncamları ilə 300 nəfərdən artıq mətbuat işçisi orden və medallarla təltif edilib, fəxri adlar alıb, Prezident Təqaüdünə layiq görülüblər. Sevindirici haldır ki, Dövlət mükafatları ilə təltif olunan mətbuat işçiləri arasında “Səs” qəzetinin əməkdaşları da var. Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad və müstəqil mətbuat mövcuddur və “Səs” qəzeti azad mətbuatın bir parçası olaraq, bu gün öz missiyasını şərəflə yerinə yetirir. Qəzetimiz öz ideyasına sadiq qalaraq, bundan sonra da xalqımızın Ümummilli lideri Heydər Əliyev ideyalarına və möhtərəm Prezidentimizin siyasi xəttinə sadiqlik nümayiş etdirəcək.
24 il “Səs” qəzeti üçün böyük bir tarixdir. Ümumən Azərbaycan mətbuatının 140 yaşı, ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın mətbuatının isə 24 yaşı var. Bu dövrə nəzər salanda görürük ki, qəzet müstəqillik uğrunda mübarizədə yaxından iştirak edib və öz yazıları ilə azərbaycançılıq ideologiyasının tərənnümçüsünə çevrilib. Yarandığı gündən 2005-ci ilə qədər qəzetə Ağabəy Əsgərov rəhbərlik edib, 2005-ci ildən isə mən rəhbərlik edirəm.
- Tarixi uğurları ilə seçilən qəzetiniz hansı layihələr həyata keçirir?
- “Səs” qəzeti müxtəlif layihələr həyata keçirir. Məsələn, 2007-ci ildən başlayaraq regionların iqtisadi inkişafı ilə bağlı regionlarda tədbirlər, dəyirmi masalar keçiririk. Redaksiyada ən aktual məsələlərin müzakirəsi ilə bağlı dəyirmi masalar təşkil olunur. Qonaqlarımız dövlət məmurları, ictimai-siyasi xadimlər olur. Qəzetimiz multimedia diskləri hazırlayaraq geniş ictimaiyyətə təqdim edib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümü ilə bağlı geniş və 3 dildə disklər hazırlayaraq ictimaiyyətə çatdırmışıq. O cümlədən, Xocalı faciəsi ilə bağlı 3 dildə multimedia diski hazırlanıb. Bu disklər həm də Novosibirskdə 10 min nüsxə ilə paylanıb.
“Səs” qəzeti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaranandan sonra bu Fondun dəstəyi ilə bir sıra layihələr həyata keçirib.
Onu da qeyd edim ki, 2008-ci ildə prezident seçkiləri ərəfəsində “Səs” qəzetinin bazasında cəmiyyətə obyektiv, qərəzsiz informasiya çatdırmaq məqsədi ilə “Səs” İnformasiya Agentliyi (SİA) yaradılıb. Hazırda SİA kifayət qədər hörmət qazanmış agentliklərdən biridir. 2011-ci il yanvarın 11-dən etibarən “siasport.az” saytı, fevral ayından isə “SƏSTV.az” internet televiziyası fəaliyyətə başlayıb. Bu da qəzetimizin cəmiyyətə bir töhfəsidir. İnşallah, yeni layihələrimiz var, onları da həyata keçirəcəyik.
- Bəs “Səs” qəzetinin prizmasından yanaşanda Azərbaycan mətbuatının bugünkü durumunu necə dəyərləndirirsiniz?
- Mətbuatımız demokratik dəyərlərə əsaslanır və ölkə rəhbərliyi bu məsələyə xüsusi önəm verir. Mətbuat üzərində senzura məhz Ulu öndərin dövründə ləğv olunub. Bununla da Heydər Əliyev mətbuata azadlıq, onun inkişafına bir töhfə verib. Mətbuatın problemləri daim maddi bazasının zəifliyi, imkansızlığı ilə bağlı olub. Ümummilli lider Heydər Əliyev bir sıra mətbu orqanların “Azərbaycan” nəşriyyatına olan borcunu dondurub, əlavə dəyər vergisi ləğv edilib. Bu isə birbaşa mətbuatın inkişafına xidmət edən addımlar idi. Bu ənənəni Prezident İlham Əliyev davam etdirib. Mətbuatın inkişafı üçün müxtəlif illərdə dəfələrlə qəzetlərə birdəfəlik yardımlar ayrılıb. Bu gün 300-ə yaxın jurnalistə müxtəlif adlar və mükafatlar verilib. Mətbuat Şurasının yaranmasını tövsiyə edən Prezident İlham Əliyev bu addımla Ulu öndər Heydər Əliyev kursuna sadiq olduğunu bir daha ortaya qoyub. 2008-ci ildə mətbuatın inkişafı ilə bağlı Konsepsiyanın təsdiqlənməsi və 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Nəhayət, 2010-cu ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident dünyada analoqu olmayan bir Sərəncam verib. 2013-cü ildə, mətbuatın 138 illiyində 156 jurnalist bu Sərəncamdan yararlanaraq mənzillə təmin olunub. Bu, onu göstərir ki, ölkəmizdə mətbuat azaddır və onun inkişafı dövlətin daim diqqət mərkəzindədir. Mətbuat vətəndaş cəmiyyətinin inkişafında başlıca rol oynayan institut kimi qayğı ilə əhatə olunub. Prezident İlham Əliyev “Azərbaycan jurnalistlərinin dostu” mükafatını alarkən bildirdi ki, mətbuatın inkişafı istiqamətində də gələcəkdə belə addımlar atılacaq. Azərbaycan mətbuatı 1990-cı illərdən fərqli olaraq, çox sürətli bir inkişaf yolundadır.
- SİA və SƏSTV internet televiziyasının timsalında, bu gün Azərbaycanda media sahəsində uğur qazanmaq çətin deyil ki?
- Ümumiyyətlə, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatda da sağlam rəqabət hökm sürür. Bunun məntiqi nəticəsi kimi bir sıra media qurumlarının, onların törəmələrinin cəmiyyətə təqdim olunduğunu misal göstərə bilərik. Azərbaycan mətbuatında azad rəqabət mövcuddur. Bu gün yalnız rəqabətə tab gətirən qəzet və agentliklər fəaliyyətini davam etdirə bilir. Bu azad rəqabət mühitində “Səs” qəzetinin, “Səs” İnformasiya Agentliyinin, yaxud SƏSTV internet televiziyasının yaşaması uğurlu hadisədir və təqdir olunmalıdır. “Səs” qəzetinin bazasında bir neçə media qurumunun yaranması və “SƏS” Media Qrupuna çevrilməsi də bu qəbildəndir. Bu gün 80 adda gündəlik qəzet işıq üzü görür. Yaxud hər gün yeni agentliklər, saytlar, portallar yaranır. Onların sırasında rəqabətə davam gətirmək çətindir. Azad rəqabət şəraitində müasir tələblərə cavab vermək, inkişaf etmək lazımdır. “Səs” Media Qrupu da bunun öhdəsindən gəlməyə çalışır.
Əlbəttə, bizə qiyməti oxucular verirlər...
P.S. Biz də “Yeni Azərbaycan”çılar olaraq əqidədaşlarımızı və məsləkdaşlarımızı “Səs” qəzetinin fəaliyyətə başlamasının 24-cü ildönümü münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

