Siyavuş Novruzov: Seçki rəqabətinin bərabər aparılması üçün pulsuz efir vaxtından imtina etdik
10.10.2015 [12:49]
Dünəndən etibarən noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat mərhələsi başlayıb. Seçkiqabağı təbliğat-təşviqat mərhələsi ilə bağlı bəzi sualları cavablandırması üçün teleqraf.com saytı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzova müraciət edib:
- Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat kampaniyasını necə aparacaq, hansı yeni vasitələrdən istifadə edəcək?
- Biz artıq təbliğat-təşviqat kampaniyasının aparılması ilə bağlı işlərimizi başa çatdırmışıq. Yeni Azərbaycan Partiyasının bütün namizədlərinin vahid formada plakatları hazırlanıb. Bu gün (dünən - S.Həmid), demək olar ki, bütün məntəqələrin ərazisində yerləşdirilən lövhələrdə bu plakatlar asılıb. Bununla bağlı böyük bir kampaniya keçirilib. Bundan əlavə, partiyanın seçki proqramı ilə əlaqədar bukletlər, həmçinin digər təbliğat-təşviqat sənədləri hazırlanıb, çap olunub və bu görüşlərdə paylanıb. Həmçinin, bizim mətbuat orqanlarında, habelə digər internet səhifələrində Yeni Azərbaycan Partiyası öz təbliğat-təşviqat işini aparacaq. Partiyanın Gənclər Birliyi ilk dəfə səs verəcək gənclərlə çoxsaylı görüşlər keçirib. Qadınlar təşkilatı qadın namizədlər və qadın seçicilərlə görüşlər keçirir. Yəni partiya hərtərəfli şəkildə qanunvericiliyin imkan verdiyi bütün üsul və vasitələrdən istifadə edəcək. Biz xüsusilə seçicilərlə görüşlərə üstünlük veririk. Dairə seçki komissiyaları tərəfindən ayrılmış yerlərdə seçicilərlə görüşlərimizi keçirəcəyik. O cümlədən müvafiq yerlər var ki, o yerlərlə müqavilə bağlayıb həmin yerlərdə də görüşlər keçirəcəyik. Bu görüşlər zamanı partiyanın proqramı, fəaliyyəti, həmçinin dövlətin gördüyü işlər, cənab Prezidentin apardığı siyasət və digər məsələlərlə əlaqədar seçicilərə məlumat və mesajlar çatdırılacaq. Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib. Seçkiləri müşahidə etmək üçün isə dairə seçki komissiyalarına 125 nəfər müşahidəçi, daha 125 nəfər məşvərətçi səs hüquqlu nümayəndə, seçki məntəqələrinə müşahidəçi kimi 5415 nəfər, məşvərətçi səs hüquqlu nümayəndə qismində də 5415 nəfər təyin edilib. Beləliklə, Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkiləri təxminən 11 min nəfər müşahidəçi ilə izləyəcək.
- YAP-ın seçki şüarı “Yeni hədəflərə doğru”dur. Yeni hədəflər nələrdir, nə kimi planlar var?
- Hədəflərimiz, platformamız seçkilərlə bağlı yeni fəaliyyətə başlayan www.yap.az saytına qoyulub. Saytda hansı hədəfləri seçdiyimiz açıq şəkildə göstərilib. Yəni bu hədəflər tezis şəklində verilib və bizim bukletlərdə bu hədəflər öz əksini tapıb. Biz çoxsaylı yeni hədəflər müəyyənləşdirmişik və onlara doğru addımlayırıq.
- YAP-ın pulsuz efir vaxtından imtina etdiyinə dair xəbər yayılıb...
- Bəli. Yeni Azərbaycan Partiyası pulsuz efir vaxtından imtina etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Məsələ ondadır ki, seçkidə 15 siyasi partiya, bir seçki blokunun namizədləri və müxtəlif siyasi partiyalardan fərdi qaydada namizədliyini irəli sürənlər var. Ancaq onların heç birinin 60 dairə üzrə namizədi qeydə alınmadığı üçün pulsuz efir vaxtından istifadə etmək hüququnu qazanmayıblar. Yeni Azərbaycan Partiyasının isə 116 dairə üzrə deputatlığa namizədi qeydə alındığı üçün pulsuz efir vaxtı, həmçinin dövri nəşrlərdə ödənişsiz təbliğat kampaniyası aparmaq hüququ qazanıb. Lakin biz seçki rəqabətinin bərabər aparılması üçün pulsuz efir vaxtından imtina edirik və bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Əks halda, pulsuz efir vaxtında debatlar alternativlər olmadan keçiriləcəkdi. Biz bunun bərabər rəqabətə zidd olduğunu düşünürük. Yəqin ki, Mərkəzi Seçki Komissiyası müraciətə baxıb bununla bağlı qərar verəcək.
- “Milli şura”nın sədri Cəmil Həsənlinin açıqladığı məlum siyahıya münasibətiniz nə cürdür?
- Bu, təbii ki, adi bir haldır. Bütün dünyada seçki ərəfəsində belə proseslər gedir. Cəmil Həsənli də dairələr üzrə irəli sürülən namizədlərdən daha çox şanslının adını götürüb siyahıya salıb, bunu cəmiyyətə təqdim edib. Burada yeni Amerika kəşf olunmayıb. Yəni hər hansı münəccimlikdən söhbət getmir. Burada, sadəcə olaraq, dediyim kimi, ən şanslıların adlarını siyahıya daxil etməkdən söhbət gedir. Özü də siyahıya elə adamların adlarını daxil edib ki, onlar heç qeydiyyatdan keçməyib. Bu bir daha göstərir ki, Cəmil Həsənli seçki prosesinin üzərinə kölgə salmaqdan ötrü bu addımı atıb. Digər tərəfdən, Cəmil Həsənli özü iki dəfə Milli Məclisin deputatı seçilib. Əgər belə bir hal var idisə, parlamentin tərkibi qabaqcadan müəyyənləşirdisə, gedib Mərkəzi Seçki Komissiyasından mandat alardı. Niyə seçki keçirilməsini, vətəndaşların səsverməyə gəlməsini gözləyirdi? Bilirsiniz ki, üçüncü dəfə rəqabət şəraitində Milli Məclisin hazırkı deputatına uduzub. Bununla da məsələlər bitib. Ondan sonra seçki haqqında başqa fikirlər söyləyib. Əgər belə hallar var idisə, niyə seçildiyi dövrdə bir dəfə də olsun çıxış edib onları qeyd etmirdi?
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

