Avropa İttifaqı böyük geosiyasətdə hələ ki, səmərəli oyunçu rolunda çıxış edə bilməz
09.03.2010 [09:41]
- Fransa Prezidenti Nikola Sarkozi Rusiya lideri Dmitri Medvedevlə danışıqlarının yekunları ilə bağlı bildirib ki, Rusiya və Fransa Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə əməkdaşlığı sıx şəkildə davam etdirmək niyyətindədır. Nə üçün Fransanın təşəbbüsü məhz indi səslənib? Fransanın rolunun artması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir göstərəcək?
- Zənnimcə, təşəbbüs ona görə səslənib ki, bu, Moskva və Paris arasında mövqelərin üst-üstə düşdüyü təhlükəsiz mövzulardan biridir. Tərəflər bu bəyanatdan heç nə itirmirlər. Lakin tərəflərin hazırkı strateji mövqelərinin dəyişdirilməsi üçün Rusiya və ya Fransanın Ermənistana dair təklif edə biləcəkləri real təzyiq vasitəsini görmürəm. Bu bəyanat status-kvonu dəyişmir və belə bəyanat Yerevanın mövqeyini dəyişməyəcək.
- Son vaxtlar tez-tez ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanı Avropa İttifaqının əvəzləyə bilməsini mümkünlüyü barədə bəyanatlar səslənir. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun işində hansı dəyişiklik edə bilər? Bu dəyişiklik Azərbaycana nə verə bilər?
- Belə dəyişiklik Avropa İttifaqı tərəfindən “örtüyün Parisdən Brüsselin üzərinə salınması” ilə bağlı yöndəmsiz cəhd olardı. Bir halda ki, Minsk qrupunda bu sədrlik Paris üçün birinci dərəcəli prioritet deyil, ola bilsin ki, o, buna getsin. Bu, Aİ strukturları və Aİ üzvü olan milli dövlətlər arasında sırf bürokratik oyundur. Brüssel öz müstəsna hüquqlarını gücləndirməyə çalışır, lakin bu, Minsk qrupu daxilində avropalı nümayəndənin statusunu azaldacaq. Bununla da, rusiyalı nümayəndənin statusu artacaq. ABŞ isə hazırda “maraqlı vəziyyətdədir”. çünki, Cənibi Qafqazın prioriteti Barak Obama administrasiyası üçün azalıb. Beləliklə də, bundan ancaq Rusiya qazanacaq. Belə dəyişiklik Azərbaycana heç nə verməyəcək, çünki o, həminki Ermənistanla üz-üzə qalacaq.
Problem ondadır ki, Avropa İttifaqı bu gün faktiki olaraq səmərəli xarici siyasi oyunçu kimi fəaliyyət göstərmir. Onun dəqiq koordinasiya olunmuş xarici siyasi kursu yoxdur və belə kursun həyata keçirilməsi üçün mexanizmi zəifdir. Hər paytaxt öz maraqları uğrunda mübarizə aparır. Prezidentin və xarici işlər nazirinin statusu aşağıdır.
Nə qədər ki, Avropa İttifaqı, sanksiyaların tətbiqi də daxil olmaqla - hələ ümumi silahlı qüvvələr haqqında danışmırıq - xarici siyasi qərarların hazırlanması və icrası ilə bağlı səmərəli prosesə malik deyil, o, böyük geosiyasətdə səmərəli oyunçu rolunda çıxış edə bilməz.
- ABŞ və Rusiya arasında münasibətlərin “yenidən yüklənməsi” ilə bağlı son hadisələr Vaşinqtonun İranın nüvə proqramı məsələsində Moskvanın dəstəyini qazanmaq istəyindən xəbər verir. Siz bu prosesin perspektivlərini necə qiymətləndirirsiniz?
- Bir halda ki, ABŞ-ın vəzifəsi nüvə proqramına dair məsələni həll etmək, uranın zənginləşdirilməsini və nüvə silahının hazırlanmasını dayandırmaqdır, deməli, ABŞ BMT-nin sanksiyalarının dəstəklənməsi üçün Moskvanın Tehrana qarşı güclü mövqeyindən istifadə etməyə çalışır. Nüvə proqramına dair məqsədə nail olunduğu halda, Moskva İranın digər sektorlarında öz mövqelərini gücləndirərsə, ABŞ buna olduqca sakit yanaşacaq.
Rusiya indiyədək kimin tərəfində - kəskin sanksiyaların tərəfdarı olan ABŞ və Avropa İttifaqının, yoxsa, bu sanksiyaları ya tamamilə dayandırmağa, ya da səmərəsiz edərək zəiflətməyə çalışan çin və İranın tərəfində olduğunu dəqiq açıqlamır.
Hesab edirəm ki, Rusiyanın daxilində müxtəlif maraqlar toqquşur - bir tərəfdən ölkə rəhbərliyinin İranı nüvə silahı ilə görmək istəməməsi, digər tərəfdən isə ABŞ-a “pislik edərək” onun Fars körfəzində təsirini zəiflətmək və İranda öz nüfuzlu mövqeyini saxlamaq.
- Ukrayna yeni Prezidenti Viktor Yanukoviç Ukraynanın “Şimal axını” layihəsində iştirak etmək istəyini dəfələrlə bəyan edib. “Qazprom” tərəfindən “Şimal axını” boru kəməri marşrutunun dəyişdirilərək Ukrayna ərazisindən çəkilməsinin mümkünlüyünü nə dərəcədə real hesab edirsiniz?
- Enerji iqtisadiyyatı baxımından belə mövqenin heç bir əsası yoxdur. Bu gün Ukraynanın qaz kəməri sisteminin mövcud gücü Avropada qaza tələbatın azalması ilə əlaqədar tam yüklənməyib. Odur ki, “Şimal axını”nın Ukraynaya şaxələnməsinin mənası yoxdur. “Şimal axını” Ukrayna, Belarus, Baltikyanı ölkələr və Polşadan yan keçməklə qazın birbaşa Almaniyaya və digər Qərbi Avropa ölkələrinə satılması üçün nəzərdə tutulub. “Şimal axını”nın şaxələnməsinin Polşa üçün əhəmiyyəti var və polyaklar bu barədə Rusiya ilə danışıqlar aparır. Zənnimcə, biz Kiyevin daha da ruspərəst mövqeyinin şahidi olacağıq. Lakin məsələ Ukraynanın “Şimal axını”nda iştirakına gedib çıxacaqmı və ya söhbət digər hansısa başqa variantdan (məsələn, Ukrayna qaz kəməri sisteminin “Qazprom” tərəfindən qismən alınması) gedəcəkmi? Mən bunu mümkün sayıram, lakin bu, gələcəyin işidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Dekabr 13:25
Dünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36

