Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəlib

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəlib

26.04.2026 [23:28]

Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" və "Fənərbağça" komandaları "Rams Park" stadionunda qarşılaşıb. Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"ın heyətində qolları Viktor Osimhen, Barış Alper Yılmaz və Lukas Torreyra vurublar. "Fənərbağça"da Anderson Talişka 14-cü dəqiqədə penaltidən yararlana bilməyib. Qonaqlar 62-ci dəqiqədə isə azlıqda qalıblar. Qapıçı Ederson ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarını 74-ə çatdıran "sarı-qırmızılar" çempionluq yolunda vacib addım atıb. "Sarı-lacivərdlilər" isə 67 xalla 2-ci pillədə qalıblar.

Qeyd edək ki, günün digər matçında "Gənclərbirliyi" evdə "Kocaelispor"u 1:0 hesabı ilə məğlub edib.

Paylaş:
Baxılıb: 360 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31