Şuşa qısa müddətdə dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevriləcək
12.11.2021 [20:17]
Milli Məclisin deputatı Ceyhun Məmmədov
- Ceyhun müəllim, tarixi Zəfərimizin birinci ildönümünü qeyd edirik. Zəfər bayramında prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı Şuşaya səfəri hansı tarixi məqamlarla yadda qaldı?
- Bildiyiniz kimi, bu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya ilk səfəri deyil. Artıq bir neçə dəfədir Möhtərəm Prezidentimiz və Mehriban xanım Şuşaya səfər edirlər. Hər səfərdə biz yeni sosial obyektlərin açılışlarının həyata keçirildiyinin və ya təməlinin qoyulduğunun şahidi oluruq. Bu da öz növbəsində Prezident İlham Əliyevin prinsipiallığını, qətiyyətini, dövlətimizin gücünü və qüdrətini göstərir. Bir daha əmin oluruq ki, Azərbaycan qısa müddətdə Şuşanı dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevirəcək.
Qalib Sərkərdə İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə Zəfər Günündə Şuşaya səfərləri bir çox məqamlarla yadda qaldı. Ali Baş Komandan İlham Əliyevin hərbçilər qarşısında tarixi çıxışı, gənc nəslin tərbiyəsi ilə bağlı məsələləri xüsusi vurğulaması, Ermənistana növbəti dəfə ciddi mesajlar verməsi, Şuşada təşkil edilən möhtəşəm atəşfəşanlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
- Bugünümüzün əsas məsələsi sülh müqaviləsinin imzalanması və regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bununla bağlı fikirlərinizi bilmək istərdik…
- Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür. 30 illik münaqişəni 44 günə həll edən Azərbaycan Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Ermənistan dövləti çox ağır durumda idi. Baş nazir Nikol Paşinyanın demək olar ki, kömək istəmədiyi qurum, müraciət etmədiyi dövlət qalmamışdı.
Cənab Prezident illər ərzində BMT-nin 4 qətnaməsi-sülhə məcburetmə siyasəti ilə yanaşı ordumuzun ən müasir silahlarla təmin edilməsini təmin etdi. Siyasi zamanlama sərkərdəmizin güclü və uzaqgörən siyasətinin nəticəsidir. “Nəyi necə, nə vaxt etmək lazımdır, mən yaxşı bilirəm” deyən Ali Baş Komandan Ermənistan dövlətinin Azərbaycana qarşı ədalətsiz, qərəzli, məkrli siyasətinə son qoydu.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan müharibəni ləyaqətlə apardı. Ermənistanın mülki əhalisini hədəfə almadı. Ermənistanın hərbi birləşmələri isə Azərbaycanda dinc əhaliyə raketlərlə zərbələr endirir, münaqişə zonasından kənar yerlərə atəş açırdı. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti sülhün və əmin-amanlığın, humanizmin tərəfdarıdır.
Hesab edirəm ki, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində Ermənistan zamanla sülh müqaviləsini imzalayacaq və bölgəyə sülh gələcək. Ermənistan anlamalıdır ki, başqa yol yoxdur. Prezident İlham Əliyev heç zaman öz prinsipial və qətiyyətli mövqeyindən çəkinməyəcək.
- İşğaldan azad edilmiş ərazilərimizin bərpasında əsas hədəf tarixin qorunması fonunda müasirliyin, yeniliyin tətbiqidir. Heydər Əliyev Fondu tərəfindən tarixi və dini abidələrimizin bərpası istiqamətində atılan addımları necə şərh edərdiniz?
- 90-ci illərin əvvəli çətin və mürəkkəb dönəmlər idi. Hər birimiz o dövrü yaxşı xatırlayırıq. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə xalqlararası münasibətlər, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətin güclənməsinə dair çox ciddi addımlar atdı. Sonrakı dövrdə də cənab Prezident bu siyasəti uğurla davam etdirdi.
Hazırda Azərbaycanda bütün dinlər üçün şərait yaradılıb. Bu gün cəmiyyətimizdə multikultural dəyərlər hökm sürür. Biz İkinci Qarabağ müharibəsində bir daha şahid olduq ki, Ermənistan dövləti bizim dini abidələrimizə - məscidlərimizə, əzizlərimizi dəfn etdiyimiz qəbirlərə qarşı vandallıq törədib. Azərbaycanda isə dövlət siyasətinin əsasında bütün dinlərə hörmət və tolerant yanaşma mövcuddur.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nin və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hər zaman dünya miqyasında qeyri-maddi mədəni irsin qorunmasına müstəsna töhfələr verir. Eləcə də ölkəmizdə dini tolerantlığın qorunmasında yaxından iştirak edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə musiqi beşiyi, musiqi məbədi olan Şuşada Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalını xatırlatmaq yerinə düşər. Sevinc, qürur və bayram əhval-ruhiyyəsində izlədiyimiz bu mötəbər tədbirin arzusunu uzun illər idi ki, qururduq.
Birinci xanım Mehriban Əliyevanın nəzarəti altında Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin bərpası istiqamətində çox ciddi işlər görülür. Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi məhz Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. İllər əvvəl Heydər Əliyevin təşəbbüsü ilə ucaldılan Vaqif məqbərəsi Fond tərəfindən öz tarixi görkəminə qayıdıb.
Ermənistan dövləti Yuxarı Gövhər Ağa məscidini milli identikliyi pozaraq qanunsuz olaraq təmir etmiş və “öz maraqları” naminə istifadə etmişdi. Heydər Əliyev Fondu bu qanunsuzluğu da aradan qaldırdı və tarixi irsimizi yenidən bərpa etdi. Hazırda işlər davam etməkdədir və yaxın zamanda biz bir çox tarixi abidələrimizin bərpası ilə bağlı işlərin icrasına şahid olacağıq.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

