/ / Seçicilərimiz görülən işləri dəyərləndirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
Seçicilərimiz görülən işləri dəyərləndirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
26.10.2010 [00:42]
Tahir Süleyman oğlu Süleymanov 1948-ci il sentyabrın 24-də Dəvəçi (indiki Şabran) rayonunun Sumaqova-Qazma kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun taxıl məhsullarının saxlanması fakültəsini bitirib. “Şöhrət” ordeni ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev və “Qızıl buta” mükafatlarına layiq görülüb. 1981-ci ildən “Azərittifaq”ın Dəvəçi tədarük kontorunun direktoru işləyib. 1994-2000-ci illərdə Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru olub. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədi Tahir Süleymanov www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim ilk olaraq istərdik ki, Milli Məclisin deputatı və Aqrar siyasət daimi komitəsinin üzvü kimi parlamentin son beş ildəki fəaliyyəti ilə bağlı qənaətlərinizi bizimlə bölüşəsiniz.
- Parlamentin son beşillik fəaliyyəti həqiqətən də çox yaddaqalan oldu. Bir məsələni qeyd etmək istəyirəm ki, parlamentimiz ölkəmiz üçün vacib olan bir sıra qanunların hazırlanması, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi istiqamətində olduqca mühüm qərarlar qəbul edib. Qeyd etdiyiniz kimi, mən Milli Məclisin Aqrar siyasət daimi komitəsinin üzvüyəm və istərdim ki, öz sahəm üzrə qəbul olunan qanunlar barədə danışım. Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün hörmətli Prezidentimiz, cənab İlham Əliyevin uğurla davam etdirdiyi aqrar siyasət kursu nəticəsində ölkəmizdə bu sahədəki boşluqlar aradan qaldırılıb, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunub. “Ərzaq təhlükəsizliyi haqqında” Dövlət Proqramı, “Regionların iqtisadi inkişafı” Dövlət Proqramı məhz bu qəbildən olan sənədlərdir. Bu proqramlar sayəsində Azərbaycan öz ərzaq təhlükəsizliyinin təminatı istiqamətində mühüm bir addım atıb. Bu sənədlərdə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün atılmalı olan bütün məsələlər öz əksini tapır. Məncə, qarşıdakı illərdə bu proqram öz effektini daha qabarıq şəkildə göstərəcək. Yeri gəlmişkən, qeyd edim ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsində bizim yeganə problemimiz taxılla bağlıdır. Artıq Azərbaycan öz taxıl ehtiyacını ödəməyə demək olar ki, hazırdır. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızın taxıl məhsulları ilə təmin olunması üçün güclü resurslar mövcuddur. Hökumət ölkəmizin taxıla olan tələbatını təmin etmək və illik ehtiyatlar yaratmaq üçün Dövlət Taxıl Fondunu yaradıb. Gələcək illərdə məhsuldarlığın artırılması ilə tələbatımızı tam ödəyə biləcəyik. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində, 2012-ci ildən sonra Azərbaycan hətta taxıl ixracatçısına çevrilə bilər. Digər kənd təsərrüfatı məhsullarına tələbatımızı isə ödəyə bilirik. Fikrimcə, parlamentimiz, o cümlədən, Aqrar siyasət daimi komitəsi gələcəkdə də ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı yüksək səviyyəli qanun layihələri hazırlayacaq və bu inkişaf prosesi davamlı olacaq. Bu gün Azərbaycan tək iqtisadi göstəricilərinə görə deyil, fərqli sahələrin inkişafı baxımından aparıcı dövlətlərdən birinə çevrilib. Xüsusi olaraq vurğulamaq istərdim ki, ölkəmizin hərbi müdafiə xərclərini artırması bu sahəyə olan diqqətdən xəbər verir. Artıq dövlətimizin hərbi potensialı hər bir ölkəyə, o cümlədən, Ermənistana da bəllidir. Cənab Prezidentimizin apardığı xarici siyasət kursu ümummilli problemimiz olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsini şərtləndirib. Bu gün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməkdən başqa çıxış yolunun qalmadığını anlayır. Mən həm də NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Orada keçirdiyimiz görüşlər də bunu deməyə əsas verir ki, artıq Azərbaycan böyük beynəlxalq güclər tərəfindən dəstəklənir, apardığımız islahatlar, yeniliklər hər bir dövlət, beynəlxalq təşkilat tərəfindən qiymətləndirilir. Bu baxımdan inanıram ki, bu problemimiz də yaxın müddətdə öz həllini tapacaq.
- Seçki prosesinin təbliğat-təşviqat kampaniyasının birinci mərhələsi başa çatmaq üzrədir. Seçicilərlə keçirdiyiniz görüşlər sizdə hansı təəssüratı yaradıb?
- Mən ötən beş ildə də 54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı olmuşam. İlk növbədə, partiyamıza, YAP Sədri, hörmətli Prezidentimiz İlham Əliyev cənablarına mənə bir daha etimad göstərdikləri üçün öz təşəkkürümü bildirirəm. Qeyd etdiyim kimi, bu dairə, bu dairənin ərazisində yaşayan insanlar mənə çox əzizdir. Təşviqat kampaniyası çərçivəsində görüşlərimizdə də seçicilərim bildirirlər ki, birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklər. YAP qələbələr partiyasıdır. çünki bu partiya Ulu öndər Heydər Əliyev ideyaları əsasında formalaşıb, xalqın inamını və etimadını qazanıb, doğruldub. Hətta bir məsələni qeyd edim ki, kəndlərdə keçirdiyim görüşlərdə seçicilərim mənə bildirirlər ki, bu dairədən mənə rəqib olan insanlar onlarla görüşlərə gəlmirlər, öz fikirlərini seçicilərlə bölüşməkdən çəkinirlər. Bunun arxasında obyektiv səbəblər dayanır. Təmsil etdiyim Şabran, Siyəzən rayonlarındakı inkişaf göz önündədir. Son illərdə rayonumuzda yol çəkilişi, yeni infrastrukturların qurulması, müəssisələrin açılması istiqamətində əsaslı addımlar atılıb. ümumiyyətlə, ölkəmiz günü-gündən inkişaf edir, dəyişir, güclənir.
- Keçirdiyiniz görüşlərdə seçiciləriniz hansı istiqamətlərdə aparılan fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirir?
- Bir maraqlı fakta toxunum. Mən görüşlərimdə artıq seçicilərdən qaz, işıq, su və bu tipli kommunikasiya məsələləri ilə bağlı problemlər eşitmirəm. Artıq seçicilərimiz bizə rayonumuza investisiyaların cəlbi və bu kimi istiqamətlərdə təkliflər verirlər, yeni sənaye müəssisələrinin açılması məsələlərini qaldırırlar. Fermer təsərrüfatları yüksək səviyyədə inkişaf edir, onlara makrokreditlər ayrılır. Digər tərəfdən, gözəl turizm imkanlarına malik olan bu ərazidə turizmin inkişafı istiqamətində atılan addımların daha da sürətləndirilməsini xahiş edirlər. Yəni, seçicinin millət vəkilindən tələbləri də artıq fərqlidir. Bunun yeganə səbəbi Prezidentimiz, cənab İlham Əliyevin regionlarımıza xüsusi diqqət və qayğısıdır. Mən əminəm ki, seçicilərimiz bu görülən işləri dəyərləndirəcək və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. çünki Azərbaycanın inkişafına ən yüksək töhfələri bəxş edə biləcək yeganə partiya-Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası qurulduğu gündən dövlətçiliyimizin inkişafı istiqamətində böyük bir yol keçib. Mən bir daha seçicilərə səslənərək noyabrın 7-də seçki məntəqələrinə gəlib YAP-ın namizədlərinə etimad göstərməyə çağırıram.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22

