Çox kadr yetişdirilərsə...
01.07.2022 [10:37]
Necə edək ki, xarici turistlər yenidən ölkəmizə üz tutsunlar?
Azərbaycanda turizm sahəsi durmadan inkişaf edir və yenilənir. Bunu rayonlarımıza səfər edərkən daha aydın duymaq olur. Belə səfərlərimizdən biri də Nuhun diyarı - Naxçıvana idi. Səfər zamanı turizm sahəsində çalışan bir çox insanlarla tanış olmaq imkanı əldə etdik. Belə insanlardan biri də “Səyahət, sağlamlıq və turizm” şirkətinin rəhbəri Tərlan Quliyevdir. Müsahibəmiz ilə birlikdə Batabatın havasını ciyərlərimizə çəkə-çəkə söhbətləşdik
- Naxçıvanın turizm potensialını necə qiymətləndirirsiniz?
- Naxçıvanın turizm potensialı biz turizmçilərə yaxşı bələddir. Artıq 4-cü dəfədir ki, Naxçıvandayam. Biz vaxtaşırı Naxçıvana səyahət edir, yaxından tanış oluruq. Bu, bizə həm turizm məhsulunu yaxından görmək, həm də daha yaxşı tanıtmaq imkanı verir. Hər il gəldiyimizdə daha yeni mənzərələrlə qarşılaşırıq. Əminliklə deyə bilərik ki, Naxçıvan turizmi artıq dünyaya açılıb. İstər öz ölkəmizdən, istər MDB məkanından, istərsə də körfəz ölkələrindən çox sayda turistlər buraya axın edir. Naxçıvanı, ilk növbədə, özümüzə tanıtmalıyıq. Öz vətəndaşlarımızı cəlb etməliyik. Ona görə də bir neçə turizm şirkətlərindən nümayəndələrlə, eləcə də media orqanları ilə buraya təşrif buyurmuşuq. Naxçıvanın turizm potensialının təbliğatında bu qurumların çox böyük rolu var.
Biz körfəz ölkələrinin turistlərinə fokslanmalıyıq
- Duzdağ Azərbaycanda unikal turizm sahəsidir. Bu sahənin inkişafı və dünyanı Duzdağa cəlb etmək üçün hansı addımlar atılmalıdır?
- Müşahidə etdikcə görürəm ki, Naxçıvanın Duzdağı beynəlxalq sərgilərdə, konfranslarda, eləcə də infoturlarda müalicə kompleksi kimi yüksək səviyyədə təqdim olunur. Körfəz ölkələrində bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanların sayı çoxdur. Hədəf o kütlə olmalıdır. Biz həmin körfəz ölkələrinə fokuslansaq, Duzdağa, eləcə də analoqu olmayan Naftalana pasiyentləri cəlb edə bilsək, sayını artıra bilsək, bu gəlir baxımından çox qazanclı olacaq. Naftalan hələ sovet dövründə günə 5 min insanı qəbul edirdi. Çağdaş dövrdə yeni 5 ulduzlu otellər tikməklə, daha yaxşı xidmət, keyfiyyət və müalicə kompleksi ilə yenə MDB məkanından biz daha çox turist cəlb edə bilərik.
- Turizm sahəsində hansı çatışmazlıqlar var?
- Azərbaycana turistlər cəlb etməklə iş bitmir. Xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq, turizm ixtisaslı kadrların sayını artırmaq, burada həmin xidmətin keyfiyyətinə təsir edən amilləri, infrastrukturu daha da təkmilləşdirmək lazımdır. Düşünürəm ki, ölkəmizi fenomen bir distinasiyaya çevirə bilərik.
- Çox gözəl bir məqamı vurğuladınız. Həqiqətən də insanları cəlb etməyə başlamışıq, görəsən, onlar buraya ikinci dəfə də üz tutacaqlarmı? Axı çox vaxt xidmətdən razı qalmırlar.
- Fakt odur ki, bizim cəlb etdirdiyimiz turistlər çox vaxt xidmətin keyfiyyətinin aşağı olmasından narazılıq edirlər. İstər iaşə obyektlərində, istərsə də otellərin özündə müəyyən problemlər var. Bunun da ən başlıca səbəbi turizm ixtisaslı kadrların olmamasıdır. Daha doğrusu, az olmasıdır. İxtisaslı kadrlar Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) artıq 2006-cı ildən fəaliyyət göstərir, kadrlar yetişdirdi. Mən universitetin ilk məzunlarındanam. Əfsuslar olsun ki, məzunların bir çox hissəsi turizm sektorunda fəaliyyət göstərmir. Ona görə ki, burada müəyyən boşluqlar var. Əvvəla, universitet ilə turizm bazarı arasında ciddi bir bağ formalaşmalıdır. Bu gün şirkətlərin 80 faizi kommersiya ilə məşğuldur və kadr yetişdirməkdə, təkmilləşdirməkdə maraqlı deyillər. Turizm sahəsi olduqca çətindir. Burada çalışmaq səbr və əzmkarlıq tələb edir. Dünyanın ən inkişaf etmiş turizm ölkələrində belə kadr problemi yaşanır. Çünki turizm sürətlə inkişaf edir, onunla ayaqlaşmaq lazımdır.
- Peşəkar kadrları bu sahəyə cəlb etsək, həmin o rayonlarda yaşayanların işsiz qalmasına yol açmarıqmı? Onların da çörəksiz qalmaması üçün hansı addımlar atılmalıdır?
- Regionlardakı gənclərin turizm sahəsində işlə təmin olunması təqdirəlayiqdir. Bununla da regionlardan paytaxta işçi qüvvəsinin axınının qarşısı alınır. Bildiyiniz kimi, Dövlət Turizm Agentliyinin tərkibində DMO -lar fəaliyyət göstərir. Məqsəd yerli sakinləri turizm sektoruna cəlb etmək və kadrların xidmət səviyyəsini artırmaq, onların karyerasını təkmilləşdirməkdir. Əgər profesional kadrlar işlə təmin olunarsa, həmin gənclərin işsiz qalmasından söz belə gedə bilməz. Turizm sektoru o qədər dərin bir sahədir ki, nə qədər çox kadr yetişdirilərsə, bir o qədər yaxşıdır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31

