/ / Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi onun beynəlxalq arenada ciddi təsir və nüfuzundan xəbər verir
Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi onun beynəlxalq arenada ciddi təsir və nüfuzundan xəbər verir
27.10.2011 [16:34]
“Trend”in xüsusilə “Yeni Azərbaycan” qəzeti üçün Trend Ekspertlər şurasının üzvü, Rusiyanın “Vestnik Kavkaza” analitik agentliyinin baş redaktoru, MDU-nun Tarix fakültəsinin dekan müavini Aleksey Vlasovla müsahibəsi:
- Azərbaycanın 155 səslə BTM TŞ-nin üzvlüyünə seçilməsi hansı məqamlardan xəbər verir və bu nəticə hansı təəssüratı yaradır?
- Bu nəticə Azərbaycanın beynəlxalq arenada malik olduğu ciddi təsir və nüfuzundan xəbər verir. Bu nüfuz isə bir gün ərzində qazanılmayıb və onun əsasında Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası durur. Hazırda bu xətti yeni şərtlər daxilində Prezident İlham Əliyev davam etdirir və məhz, bu davamlılıq və varislik Bakının BMT TŞ-yə üzv seçilməsi haqqında qərarın qəbulu zamanı həlledici faktor rolunu oynadı.
- Bu mövqedə Azərbaycan regional münaqişələrin həllində hansı rolu oynaya bilər?
- Əlbəttə ki, Azərbaycan mövcud olan problemli vəziyyətlərin, həmçinin, Cənubi Qafqazdakı münaqişənin həll edilməsi zamanı öz mövqeyini nümayiş etdirmək üçün ciddi kürsü əldə edib. Artıq ələ düşmüş bu imkandan istifadə etmək lazımdır. Amma mən əmin deyiləm ki, yaxın zamanlarda bu məsələləri “ölü nöqtə”dən tərpətmək mümkün olacaq. Lakin şübhə yoxdur ki, BMT-nin bu istiqamətdəki fəaliyyəti beynəlxalq təşkilatların sülhməramlı işinə töhfə olacaq.
- Ermənistanın BTM TŞ-nin üzvlüyünə namizədliyini irəli sürməsindən bir müddət sonra onu geri götürməsini necə şəhr edirsiniz?
- Mən düşünürəm ki, erməni nümayəndələr real imkanlarını hesablayıblar və qərara gəliblər ki, onların uğur qazanmaları üçün ciddi əsaslar yoxdur. Bunun fonunda Azərbaycanın namizədliyini irəli sürməsi daha ciddi görünürdü. Fikrimcə, bu, Bakının çox dəqiqliklə yürütdüyü çoxvektorlu siyasətin qanunauyğun nəticəsidir. Bundan başqa, İslam dünyası dövlətləri ilə qurulan isti münasibətlər və onların Azərbaycana dəstəyi var idi. Məhz, bu faktorlar Azərbaycana aid idi, Ermənistanın isə belə bir dəstəyi yox idi.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

