Mübariz Qurbanlı: Morninqstar səfir kimi Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir göstərəcək
19.05.2012 [12:44]
- Prezident Barak Obama Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı Azərbaycanda ABŞ-ın səfiri vəzifəsinə təyin etmək istədiyini bəyan edib. Bu şəxsin namizədliyi Azərbaycan-Amerika münasibətlərinin inkişafı nöqteyi-nəzərindən nə qədər qəbulolunandır?
- Birləşmiş Ştatların öz səfirini Azərbaycana təyin etmək istəyi müsbət haldır. R.Morninqstarın namizədliyinin Barak Obama tərəfindən Azərbaycandakı səfir qismində seçilməsi məsələsinə gəldikdə isə hesab edirəm ki, bu ABŞ-ın maraqlarına cavab verir.
R.Morninqstar amerikalı diplomatlardan və siyasətçilərdən öz fəallığı ilə seçilir, o bölgəni kifayət qədər yaxşı tanıyır, dəfələrlə Azərbaycanda səfərdə olub, iş prinsipi Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının inkişaf etdirilməsinə xidmət edib.
Başqa sözlə desək, R.Morninqstar təcrübəli diplomat və siyasətçidir, iqtisadi prosesləri necə izləmək lazım olduğunu əla bilən ixtisaslı peşəkardır.
Hesab edirəm ki, əgər R.Morninqstarın namizədliyi ABŞ Senatı tərəfindən qəbul olunsa və o, Azərbaycanda ABŞ-ın səfiri səlahiyyətlərinin icrasına başlasa, bu Azərbaycan-Amerika münasibətlərinə kifayət qədər müsbət təsir göstərər. Bundan əlavə düşünürəm ki, R.Morninqstar Azərbaycanın siyasi elitası ilə diplomatik və şəxsi münasibətlər yaratmağa da qabil olacaq.
- ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsinin namizədliyinin irəli sürülməsi Amerika administrasiyasının Azərbaycana münasibətdə əsas prioritetinin enerji məsələsi olaraq qaldığı anlamına gəlirmi?
- Belə bir halda nəzərə almaq lazımdır ki, ABŞ xarici dövlətlərə öz səfirini təyin edərkən öz dövlət maraqlarını əsas götürür. Hansı vəzifəni tutmağından asılı olmayaraq, ABŞ Dövlət Departamentinin əməkdaşı bir qayda olaraq, öz ölkəsinin maraqlarını müdafiə etməklə məşğul olur. Buna görə də, Barak Obama tərəfindən ABŞ səfiri vəzifəsinə Qafqazda Birləşmiş Ştatların enerji siyasətini həyata keçirən şəxsin namizədliyinin irəli sürülməsi heç də təsadüfi məsələ deyil.
Eyni zamanda, Morninqstarın namizədliyə seçiminin ABŞ-ın Azərbaycanla münasibətlərdə enerji məsələsini prioritet hesab etməsi ilə əlaqədar olduğunu zənn etmək düzgün olmazdı.
ABŞ-ın Azərbaycanla əlaqələri bir neçə istiqaməti, xüsusilə də, geosiyasəti, enerji layihələrini, regional təhlükəsizliyin təmin olunması məsələlərini, humanitar əlaqələri, enerji ehtiyatlarının dünya bazarlarına çatdırılması məsələlərini və s. əhatə edir. Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi onun məşğul olduğu enerji məsələləri səbəbindən deyil, onun regionun problemlərini yaxşı bilməsi nəzərə alınaraq seçilib.
- Amerikalıların Azərbaycana səfir təyin etmə məsələsini uzatmaları Azərbaycan-Amerika münasibətlərinə hansı təsirləri göstərdi?
- Hesab edirəm ki, Azərbaycan və ABŞ arasında münasibətlər hətta səfir olmadan da inkişaf edir. Lakin, ümumilikdə, səfirin olmaması Azərbaycan-Amerika münasibətlərinin inkişafına əngəl törətdi. Amma, Bakıda Amerika səfirinin olmaması ABŞ-ın özünün maraqlarına zərər gətirdi. çünki, qeyd etmək lazımdır ki, səfir olmayan zamanda qəbul edən tərəfdən çox, öz nümayəndəsini təyin etməli olan ölkə itkiyə məruz qalır.
- Tezliklə Morninqstarın namizədliyinin təqdim olunacağı ABŞ Senatında bu namizədliklə bağlı hər hansı bir iddialar yarana bilərmi?
- ABŞ-ın Azərbaycandakı əvvəlki səfiri Metyu Brayza Morninqstara nisbətdə regionla daha çox tanış idi. Mənə elə gəlir ki, heç kim bu aksiomanın əksinə mübahisə etməz. Bildiyiniz kimi, Brayza öz fikirlərini nəinki diplomatik frazalarla, həm də açıq şəkildə ifadə edə bilən bir insandır.
Eyni zamanda, Brayzanın Azərbaycanda səfir vəzifəsinə təsdiqinə erməniyönlü senatorların maneəçik törətməsinin kökündə onun region problemlərinə ədalətli mövqe nümayiş etdirməsi, həmçinin onun ailəsi ilə bağlı məsələlər dururdu.
Məlum olduğu kimi, erməni lobbisindən bilavasitə maliyyə yardımı alan senatorlar ABŞ-ın Azərbaycan və Türkiyədəki səfirlərinin təsdiqi zamanı təxribat mahiyyətli suallar verməklə diplomatlara təzyiq göstərirlər.
Təbii ki, belə hallarda təyin olunan səfir ABŞ Administrasiyasının mövqeyindən çıxış edir. Ona görə, hesab edirəm ki, Morninqstar da ABŞ Senatında onun namizədliyinə baxılan zaman bir sıra senatorlar tərəfindən müəyyən hücumlara məruz qalacaq.
Bununla yanaşı Morninqstar bu hücumlarla şəxsi keyfiyyətlərindəki hansısa problemlər üzündən deyil, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən senatorların Azərbaycana təzyiq göstərmək üçün bütün imkanlardan istifadə etməsi səbəbindən üzləşəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24

