Korrupsiya və böhtan yuvası...
01.05.2024 [10:40]
Avropa Parlamentinin bəzi üzvləri təşkilatın ölkəmizə qarşı qərəzli mövqeyini qəbul etmir
Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibətini davam etdirir. Aprelin 25-də təşkilatın Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsi də bunu təsdiqləyir. Bu “sənəd”də də ölkəmiz haqqında qərəzli, yalan və saxta məlumatlar yer alır. Avropa Parlamenti torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı daha da aqressivləşib. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib.
Gəncə terrorunun ildönümündə Paşinyana “ehtiram”
Ümumiyyətlə, müstəqillik dövrümüzdə təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. Təşkilatın əvvəlki qətnamələrində Ermənistana və Qarabağ separatçılarına “sonsuz məhəbbət” həmin sənəddə öz əksini tapırdı.
Avropa Parlamenti özünü erməni sevgisini ötən ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyanı Brüsselə dəvət edib öz tribunasına çıxarması ilə də təsdiqləyib. Nəzərə alaq ki, Paşinyan Avropa Parlamentində 44 günlük müharibə dövründə Ermənistanın Gəncə əhalisinə qarşı terror hücumunun üçüncü ildönümü günündə çıxış etdi. Yəqin ki, bu təsadüf deyil, erməni xisləti və onların havadarlarının düşünülmüş addımıdır. Hansı ki, üç il əvvəl törədilmiş Gəncə terrorunda 15 nəfər mülki insan həlak olmuş, 55 nəfər isə yaralanmışdı. Terror hücumu nəticəsində çoxlu sayda mülki infrastruktura da ziyan dəymişdi. Bütün bunlar isə Avropa Parlamentinin demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir.
Tomaş Piotr təşkilatın işini niyə pislədi?
Yeri gəlmişkən, qeyd edək ki, aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Poreba ilə görüşüb. Görüş zamanı Səməd Seyidov Cənubi Qafqaz regionunun aparıcı ölkəsi kimi Azərbaycanın zəngin iqtisadi potensialı barədə danışıb, ölkəmizin unikal coğrafi mövqeyinin Avropa və Asiyanı birləşdirən mühüm körpü rolunu oynadığını bildirib. Azərbaycanın Mərkəzi Asiyanın resurslarla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirəcəyinə dair perspektivlərdən söz açan komitə sədri diqqətə çatdırıb ki, gələcəkdə regionun bütün ölkələri bu nəqliyyat platformasından faydalana biləcəklər.
Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra başda Fransa olmaqla bəzi ölkələrin, həmçinin bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini deyən Səməd Seyidov bu dairələr tərəfindən aparılan böhtan və qarayaxma kampaniyalarını pisləyib.
Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Poreba səfərinin məqsədləri barədə məlumat verib. İlyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq, regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub, Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib.
Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib.
Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Təşkilat erməni lobbisinin alətinə çevrilib
Tomaş Piotr Porebanın Avropa Parlamentinin ölkəmiz haqqında qərəzli mövqeyini pisləməsi onu göstərir ki, təşkilat daxilində obyektiv mövqe tutan deputatlar da var. Belə şəxslər haqlı olaraq digərləri ilə fikir ayrılığındadır və qeyri-obyektiv fəaliyyəti qəbul etmirlər. Amma Avropa Parlamentində obyektiv deputatların sayı çox deyil. Çünki təşkilat erməni lobbisinin əlində alətə çevrilib. Təsadüfi deyil ki, bu qurum siyasi korrupsiyanın yuvası hesab edilir. Ötən il Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya ilə gündəmə gəlməsi də buna sübutdur. İrqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamentinin rəhbər şəxslərindən birinin adının belə çirkin korrupsiya faktlarında hallanması təsdiqlədi ki, təşkilatda müxtəlif ölkələrlə bağlı qərarların verilməsində ədalət tərəzisinin əyilməsinə, beynəlxalq prinsiplərin arxa plana keçirilməsinə, lobbi maraqlarının önə çəkilməsinə, imperialist güc mərkəzlərinin maraqlarının birtərəfli qaydada təmin edilməsinə dair çoxsaylı faktların olması ilə bağlı informasiyalar həqiqəti əks etdirir. Nəzərə alaq ki, bu siyahı təkcə yunan deputatla yekunlaşmır. Ötən ilin fevralında Avropa Parlamentində öz mövqelərini dəstəkləmək müqabilində Qətər və Mərakeşdən rüşvət almaqda şübhəli bilinən Avropa Parlamentinin deputatları Andrea Kozzolino və Mark Tarabella həbs edilərək Brüssel prokurorluğunda dindiriliblər. Hər iki siyasətçi Avropa İttifaqında qərarlara təsir etmək üçün “üçüncü ölkələr”dən müavinət almaqda ittiham olunub.
Bütün bunlar göstərir ki, korrupsiya, şər-böhtan yuvası olan Avropa Parlamentinin ölkəmiz haqqında qəbul etdiyi qətnamələr tamamilə əsassızdır. Hüquqi qüvvəsi olmayan bu sənədlər əslində, kağız parçasından başqa bir şey deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

