Macarıstandan AŞPA-ya çağırış
21.05.2024 [10:38]
Assambleya həmfikirlərin klubu deyil, Azərbaycan nümayəndə heyəti işinə qayıtmalıdır
İslamofobiyanın kök saldığı beynəlxalq təşkilatlardan biri olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən 2024-cü ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul və ratifikasiya olunmaması ölkəmizə qarşı qərəzin bariz nümunəsidir. Təşkilatda iki müsəlman ölkəsindən biri olan Azərbaycan AŞPA-dakı islamofob ritorikaya cavab olaraq təşkilatdakı fəaliyyətini dayandırdı.
Assambleya tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi müxtəlif ölkələr tərəfindən də etirazla qarşılanmaqdadır. Bu günlərdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Apha News”a müsahibəsində Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini toxunaraq bildirib ki, “AŞPA həmfikirlərin klubu deyil, burada hamı təmsil olunmalıdır. Əgər bir ölkə ilə bağlı narahatlıq və ya tənqid üçün əsas varsa, onunla birbaşa qarşılaşmalısınız. Hesab edirəm ki, avropalı siyasətçilər kifayət qədər cəsarətli deyillər. Başqalarının olmadığı yerdə onları tənqid etmək asandır. Niyə bu tənqid elə bilavasitə təşkilatın daxilində edilməsin?”.
Nazirdən bir müddət əvvəl, fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlamışdı. Məktubda deyilirdi ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları, prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq: “Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə, onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlib. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir”.
Jolt Nemetin məktubunda qeyd olunurdu ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılıb, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarıb. Bu mənada, Macarıstan parlamentariləri hesab edir ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. “Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir”.
Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırmışdı.
Macarıstanla yanaşı, Türkiyə, Serbiya, QDİƏT PA və digərləri də Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin bərpası ilə bağlı AŞPA rəhbərliyinə çağırış etmişdilər. Maraqlı məqam bundan ibarətdir ki, bu çağırış edənlər arasında Avropa Şurası Nazirlər Komitəsinin rəhbəri də var.
Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti AŞPA-nın işində həmişə fəal iştirak edib, müzakirələrə çıxarılan məsələlərə öz münasibətini bildirib, deputatlarımız qurumun komitə sədrləri, məruzəçiləri qismində çalışıblar. Azərbaycan nümayəndə heyətinin fəaliyyətində ən əsas məsələ bu beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması olub. Lakin bu məsələdə hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik. Eyni zamanda, AŞPA-nın bəzi dairələrin əlində alətə çevrilməsi Azərbaycanın bu qurumdakı aktiv fəaliyyətinə obyektiv yanaşılmasına imkan verməyib. Yanvar ayında təşkilatın qəbul etdiyi qərəzli qərar da bunu təsdiqləyir. Aydındır ki, AŞPA-nın qərəzli qərarının gerçək səbəbi müsəlman ölkəsi olan Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. Lakin hər hansı ikili standartlar Azərbaycanın haqq yolunda irəliləməsinin qarşısını ala bilməz. Təşkilat gec-tez öz səhvini düzəltməli olacaq.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

