Cozef Borrelin “Peter Stano layihəsi”
31.05.2024 [10:25]
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətə uyğun olaraq ölkəmizdə davamlı olaraq amnistiya aktları qəbul olunur, eləcə də əfv sərəncamları imzalanır. Mayın 25-də dövlət başçısı tərəfindən 28 May Müstəqillik Günü münasibətilə növbəti əfv sərəncamının imzalanması da humanizm siyasətinin davamıdır. Sayca 70-ci olan bu əfv sərəncamı 154 nəfərə şamil edilib.
Azərbaycan cəmiyyəti dövlətin humanizm addımlarını rəğbətlə qarşılayır. Lakin müəyyən xarici dairələr Azərbaycanda ənənə halını almış humanizm missiyasına kölgə salmağa çalışırlar. Mayın 29-da Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano Azərbaycanda əfv aktı ilə bağlı bəyanatı da bunun göstəricisidir. Bəyanatda iddia olunur ki, “keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslər daxil edilməyib”. “Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırmaqda davam edir”,-deyə bəyanatda iddia edilib.
İslamofob və türkofob Peter Stano
Aİ rəsmisi dolayısı ilə ölkəmizi şantaj etməyə çalışıb və bu məqsədlə COP29-u xatırladıb: “Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal Konfransının (COP29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır”.
Peter Stanonun ölkəmiz haqqında qərəzli fikirlər səsləndirməsi ilk dəfə deyil. Milliyyətcə slovak olan Stano xeyli müddətdir ki, Avropa İttifaqında çalışır. O, Aİ-nin komissarı Cozef Borrelin rəhbərlik etdiyi sahə üzrə mətbuat katibi vəzifəsini yetirir. Belə demək mümkünsə, P.Stano Cozef Borrelin layihəsidir. Onun fəaliyyətinə nəzər yetirdikdə, islamofob, türkofob və Azərbaycan əleyhinə xeyli bəyanatlarını görmək mümkündür.
XİN: Aİ nümayəndəsinin bəyanatı açıq-aşkar saxtakarlıqlarla doludur
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddiaların əks olunduğu bəyanatına münasibət bildirib. O qeyd edib ki, mayın 29-da Peter Stano tərəfindən səsləndirilən qərəzli və qəbuledilməz bəyanatı tamamilə rədd edirik: “Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. Müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir. Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir. Bununla yanaşı, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Aİ tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar”.
A.Hacızadə deyib ki, Aİ-nin bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır. Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur. Eyni zamanda, Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir. “Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır”, - deyə XİN-in rəsmi nümayəndəsi vurğulayıb.
İcma: Avropa İttifaqının bu davranışı ayrı-seçkili və təxribatçı xarakter daşıyır
Qərbi Azərbaycan İcması da Aİ-nin nümayəndəsinin Azərbaycanın daxili işinə qarışan və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməyə cəhd edən bəyanatını sərt şəkildə qınayıb. Bununla bağlı İcmanın bəyanatında bildirilib ki, Azərbaycana saxta ittihamlarla insan hüquqları sahəsində dərs verməyə çalışan Avropa İttifaqı ilk öncə bu cür səlahiyyəti haradan aldığına dair izahat verməlidir. Bundan başqa, Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmaqla, mülkiyyətindən və mədəni irsindən məhrum edilməklə hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının taleyinə biganə qalmış Avropa İttifaqının bu davranışı ayrı-seçkilik və təxribatçı xarakter daşıyır. Bu cür qərəzli və ayrı-seçkili davranışı ilə Avropa İttifaqı ali dəyərlər olan insan hüquqlarına zərər vurur və regionda davamlı sülh istiqamətində müşahidə olunan müsbət dinamikanı pozmağa çalışır.
Qərbi Azərbaycan İcması Avropa İttifaqından bu cür qərəzli və ziyanlı siyasətindən əl çəkməyi, regionda sülhə mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək verməklə insan hüquqlarına sadiqliyini əməldə göstərməyi tələb edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

