“Troya atı” Avropa Məhkəməsi yolunda...
05.06.2024 [10:38]
Gürcüstanda vəziyyət kritik hal alır
Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə başlanan siyasi qalmaqal səngimək bilmir. Bir neçə gün öncə, mayın 28-də Gürcüstan parlamentinin prezident Salome Zurabişvilinin qanuna tətbiq etdiyi vetonu ləğv etməsi isə yeni siyasi mənzərə formalaşdırıb. Xatırladaq ki, mayın 28-də keçirilən səsvermədə qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib. Parlamentin gərgin keçən iclasında hətta insident də qeydə alınıb - “Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.
Yeni qanun parlament seçkilərinə hansı təsiri göstərə bilər?
Xüsusilə Qərbin diqqətində olan proses parlament seçkisi öncəsi real siyasi mənzərə üçün vasitə rolunu oynaya bilər. Belə ki, iki ay öncə GORBI-nin keçirdiyi sorğunun nəticələrinə görə, bu il oktyabrın 26-da baş tutacaq parlament seçkilərində cəmisi iki partiyanın - “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat”ın qanunverici orqana düşmə ehtimalı ortaya çıxıb. “İmedi” telekanalının sifarişi ilə keçirilən sorğunun nəticələrinə görə, parlament seçkilərinin apreldəki “virtual səsverməsində” “Gürcü arzusu” - 60,4 faiz, “Vahid Milli Hərəkat” - 12,6 fazi, “Gürcüstan üçün Lelo” - 4,7 faiz, “Avropa Gürcüstanı” - 4,5 faiz, “Gürcüstan üçün” - 3,7 faiz “səs toplayıb”. Gürcüstanda parlament seçkiləri 2024-cü ildən partiyalar üçün 5 faizlik baryer təyin edib - seçkilər yeni, tam proporsional sistemlə keçiriləcək. Bu qərarın yeni dövr üçün ortaya çıxacaq siyasi mənzərəyə təsirlərini aradan qaldırmaq üçün “qollar çırmanıb”.
Zurabişvili situasiyanı dəyişmək niyyətindədir
Beləliklə, Qərbin təsir imkanları yenidən işə düşür. Hətta “məğlubiyyət”lə barışmayan prezident Salome Zurabişvili də yeni müqavimət prosesi formalaşdırmaq niyyətindədir. Belə ki, Gürcüstanın 17 müxalifət partiyası ölkə başçısının “Gürcü Xartiyası” sənədini imzalayıb. Bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb. Qeyd olunur ki, prezidentin təklif etdiyi xartiya “ölkənin Avropa yoluna qaytarılması” üçün fəaliyyət planını nəzərdə tutur. Sənədə əsasən hökumət vəzifələrinin müəyyənləşdirilməsi prezidentlə kordinasiyalı şəkildə həyata keçiriləcək. Bu isə o deməkdir ki, qarşıdan gələn parlament seçkilərinə qədər Gürcüstanda yeni proseslərin başlanması istisna olunmur. Hətta bəzi siyasi mütəxəssislər yeni rəngli çevrilişlər və ya inqilablar anonsu belə səsləndirirlər. Bu fikirlər isə Qərbin aktiv şəkildə prosesə müdaxilə cəhdləri ilə əsaslandırılır. Təsadüfi deyil ki, Gürcüstan paytaxtında baş tutan kütləvi aksiyalarda tez-tez xarici ölkələrin millət parlamentarilərinə, hətta nazir səviyyəsində dövlət rəsmilərinə “rast gəlinir”. Bundan başqa, Qərb bu və ya digər şəkildə təsiretmə imkanlarından da istifadə edir. Baş nazir İrakli Kobaxidzeyə edilmiş sui-qəsd xəbərdardığı, eyni zamanda sanksiya hədələri də buna misaldır.
Gürcüstanın Aİ-yə sadiqliyi sınaqdan keçiriləcək...
Bu arada Qərb yenidən özünün illərdir “təsir rıçaqı” kimi istifadə etdiyi vasitələri işə salmaqdadır. Gürcüstan daxilində “Troya atı” adlandırılan bəzi QHT-lərin yeni qanunla bağlı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) hökumətə qarşı iddia-şikayət hazırladığı bəlli olub. Bu barədə “Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası” xəbər yayıb. “Biz xarici agentlər haqqında qanun əleyhinə Avropa İnsan Hüquqları Məhkəməsinə iddia təqdim etməyə hazırlaşırıq və lazımi vaxtda ona müraciət edəcəyik. Bütün qeyri-hökumət təşkilatları və media bu mübarizənin iştirakçısı olub bizə qoşula bilər”, - məlumatda deyilir.
Siyasi analitiklər bu məhkəmə predmetinin də xarici sifariş olması məsələsini gündəmə gətirirlər. Belə ki, bir müddət öncə Avropa İttifaqının iyunda “xarici təsir” qanununa görə Gürcüstana qarşı cavab tədbirlərini müzakirə edərək qərarlar qəbul edəcəyi ilə bağlı “xəbərdarlığı” vardı. Xatırladaq ki, bu xəbərdarlığı İttifaqın xarici siyasət üzrə rəhbəri Cozep Borrel X platformasında paylaşımında qeyd etmişdi. Borrel qanunun Aİ dəyərlərinə uyğun olmadığını, Gürcüstanın Aİ yoluna təsir göstərəcəyini bildirmişdi: “Xarici təsir qanunu Aİ dəyərlərinə uyğun gəlmir. Qanun qəbul olunarsa, bu, Gürcüstanın Aİ yoluna təsir edəcək. İyunda xarici işlər nazirləri şurasında Aİ-nin cavabını müzakirə edəcəyik və qərar qəbul edəcəyik. Oktyabr seçkiləri Gürcüstanın Aİ-nin gələcəyinə sadiqliyi üçün sınaq olacaq”.
İndiki halda isə artıq qanuna veto məsələsi də öz həllini tapıb - parlament veto hüququnu ləğv edib. Görünən budur ki, veto hüququnun ləğvi ilə ortaya çıxan situasiya Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə “kompensasiya” edilir. Çünki “veto” parlament tərəfindən ləğv edilirsə, bu həmin qanunun təxirəsalınmaz bir şəkildə qüvvəyə minməsini təmin edir. Nəzərə alsaq ki, Gürcüstan qanunvericiliyinə görə, prezident bu hüququndan yalnız bir dəfə istifadə edə bilər, demək ki, yeganə yol Avropa Məhkəməsini “işə qarışdırmaqdır”.
Qeyd edək ki, yeni qanuna əsasən, bir il ərzində xarici mənbələrdən nağd pul və ya köçürmələr şəklində “qeyri-kommersiya gəlirinin” 20 faizindən çoxunu əldə etmiş istənilən QHT “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyata alınır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

