İran prezidentliyinə namizədlər...
12.06.2024 [11:13]
6 siyasətçi post uğrunda mübarizə aparacaq
İranda iyunun 28-də keçiriləcək prezident seçkilərində mübarizə aparacaq namizədlərin adları bəlli olub. Nəzarət Şurası İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı, Tehran meri Əlirza Zəkanini, Səid Cəlilini, prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədini, parlament sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə-Haşimini və parlament üzvü Məsud Pezeşkianı prezidentliyə namizəd olaraq müəyyən edib.
Xatırladaq ki, İranda prezident olmaq üçün mübarizəyə 80 iddiaçı namizədliyini irəli sürmüşdü. Onlardan 12-si isə qadın idi. Bu qadınların arasında ən məşhuru Zöhrə İlahian sayılırdı. O da prezidentliyə namizədlərin adları açıqlanmazdan bir gün əvvəl iddiasından imtina edib. 80 namizəd arasında isə adları çəkilən şəxslərin namizədliyi qeydə alınıb.
Ən şanslı namizəd...
Namizədliyi qeydə alınan və prezidentliyə ən real namizəd hazırki İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sayılır. SEPAH-a yaxın adam kimi tanınan Məhəmməd Bağır Qalibaf 1961-ci ildə İranın Xorasan vilayətinin Torqab ərazisində dünyaya gəlib. 2005-ci ildən 2017-ci ilə qədər Tehran şəhərinin meri olan Qalibaf bundan əvvəl 2000-2005-ci illərdə İranın polis rəisi və 1997-2000-ci illərdə İnqilab Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələrinin komandanı olub. Tarbiat Modares Universitetinin Siyasi Coğrafiya fakültəsinin elmlər namizədi elmi dərəcəsini qazanmış və həmin Universitetin professoru olan Qalibaf həm də sertifikatlı pilotdur. O, hərbi karyerasına 1980-ci ildə İran-İraq müharibəsi zamanı başlayıb. O, 1982-ci ildə İmam Rza briqadasının baş komandiri olub və 1983-1984-cü illərdə Nəsr diviziyasının baş komandiri olub. Müharibə başa çatdıqdan sonra o, 1996-cı ildə İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan və SEPAH Hərbi Hava Qüvvələrinin komandiri Əli Xamenei tərəfindən təyin edilmiş “Xatəm əl-Ənbiya” mühəndislik firmasının icraçı direktoru işləyib. Dörd il sonra isə İran polisinə rəhbər gətirilib - 1999-cu ildə tələbə etirazlarından sonra əvvəlki rəisin çıxarılması Qalibaf üçün tramplin olub. Qalibaf 2005-ci il və 2013-cü il seçkilərində də namizəd kimi iştirak edib. 2017-ci ildə isə seçkiyə qatılsa da, sonradan geri çəkilib. 2020-ci ildən İran parlamentinin üzvü və rəhbəridir. O bu vəzifədə hazırki prezidentlik üzrə mübarizəyə qatılmağa hazırlaşan Əli Laricanini əvəzləyib.
Tehran meri də mübarizəyə qoşulub
Digər namizəd Əlirza Zəkani isə 1966-cı ildə Rey şəhərində dünyaya gəlib. Mühafizəkar qanadın təmsilçisi və Tehranın hazırkı meri olan Zəkani 2004-2016, 2020-2021-ci illərdə İslam Məsləhət Şurasının üzvü olub. “Jahan News” və “Panjereh Weekly” vebsaytlarının sahibidir.
O, iki dəfə 2013 və 2017-ci illərdə ölkə prezidenti postuna namizədliyini irəli sürsə də, Nəzarət Şurası tərəfindən təsdiqlənməmişdi. 2021-ci ildə keçirilən seçkilərdə namizədliyi qeydə alınsa da, mərhum prezident İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürmüşdü. Qeyd edək ki, Zəkaninin ana babası Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindədir. O, İranın tanınmış şəxslərindən olan Hüseyn Zəkaninin oğludur. Zəkani Tehranın meri təyin edildikdən sonra bir sıra mühüm addımları ilə gündəmə gəlib, hətta onun ilə bağlı məhkəmə prosesi də baş tutub.
Köhnə prokuror, yeni nümayəndə...
Prezidentliyə namizəd Səid Cəlili isə 1965-ci ildə Məşhəd şəhərində doğulub. İranın Ali Rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsidir. Tehranın İmam Sadiq Universitetində təhsil alan və siyasi elmlər üzrə fəlsəfə doktoru olan Cəlili İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət edib. O, İranın Ali Rəhbərinin aparat rəhbəri, daha sonra Avropa və Amerika üzrə xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.
1960-cı ildə Qum şəhərində anadan olmuş Mustafa Purməhəmmədi isə Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Purməhəmmədi 2005-2008-ci illərdə İranın daxili işlər naziri, 2013-2017-ci illərdə isə ədliyyə naziri postunu tutub. Qumdakı Haqqani Seminariyasında İslam fiqhi, fiqh prinsipləri və fəlsəfə sahəsində təhsil alıb. Daha sonra Məşhəd, Qum və Tehranda təhsilini davam etdirib. Fəlsəfə doktoru dərəcəsinə bərabər olan hüquq və İslam hüququ üzrə dördüncü səviyyəli dərəcəyə malikdir.
Mustafa Purməhəmmədi 1979-1986-cı illərdə Bəndər Abbas, Kirmanşah və Məşhəddə İnqilab Məhkəməsinin prokuroru olub. 1986-cı ildə Qərb Bölgələri Silahlı Qüvvələrinin İnqilab Məhkəməsində prokuror vəzifəsində çalışıb. 1987-ci ildə Əli Əkbər Haşimi Rəfsəncaninin hakimiyyəti dövründə o zamankı Kəşfiyyat Naziri Höccətülüslam Əli Fallahyanın yanında kəşfiyyat nazirinin müavini təyin edilib. O, həm də əks-kəşfiyyatın direktoru olub. 1997-1998-ci illərdə Purməhəmmədi xarici siyasət departamentinin direktoru vəzifəsində çalışıb.
2013-cü il prezident seçkilərində namizədliyini irəli sürən Purməhəmmədi sonradan Manuçehr Mottakinin xeyrinə namizədliyini geri götürüb. Seçilmiş prezident Həsən Ruhani isə onu ədliyyə naziri vəzifəsinə təqdim edib.
Ermənilərə etiraz edən azərbaycanlı namizəd...
Seyyid Əmir-Hüseyn Qazizadə Haşimi 1971-ci ildə anadan olub. Mühafizəkar siyasətçi hesab edilən Haşimi ixtisasca həkimdir. Eyni zamanda, Haşimi İran Əfqan və Şəhidlər Fondunun hazırkı vitse-prezidentidir. O, 2008-2021-ci illərdə İran parlamentində Məşhəd və Kalat seçki dairəsini təmsil edib. Haşimi İslam İnqilabı Sabitlik Cəbhəsinin üzvü olub və partiyanın sözçüsü vəzifəsində çalışıb.
Namizədlər arasında yeganə islahatçı qanad təmsilçisi sayılan və milliyyətcə azərbaycanlı olan Məsud Pezeşkiyan isə 1954-c? il Təbriz doğumludur. İran Parlamenti sədrinin birinci müavini və Təbrizi təmsil edən deputatı olub. Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı qaldırılan əsassız şüara etiraz edən şəxslərdən biri olub.
Xatəminin hakimiyyəti illərində səhiyyə naziri işləyib. 2013-cü ildə prezidentliyə namizədliyini açıqlasa da, daha sonra Əkbər Haşimi Rəfsəncaninin qeydə alınması səbəbindən namizədliyini geri götürüb. O, həmçinin prezident seçkiləri üçün 2021-ci ildə namizədliyini irəli sürüb, lakin Mühafizə Şurası onun məqsədəmüvafiqliyini təsdiq etməyib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

