Sözdə “müttəfiqlik”, yoxsa əməli fəaliyyət?
13.06.2024 [10:54]
Ermənistan-ABŞ “strateji tərəfdaşlığı”nın heç bir iqtisadi-siyasi əsası yoxdur
İyunun 11-də İrəvanda ABŞ-Ermənistan Strateji Dialoqun yekun toplantısı keçirilib. Mahiyyətcə “5 aprel” görüşünün “davamı” kimi xarakterizə olunan bu toplantının Ermənistana verəcəyi “dividendlər” düşündürücüdür. Düzdür, Ermənistan mətbuatı məsələni şişirdərək ölkəsini az qala Cənubi Qafqazın “aparıcı ölkəsi” səviyyəsində təqdim etməyə çalışır. Amma unudulmamalıdır ki, cəmisi 20 gün öncə xalqına müraciətində baş nazir Paşinyan Ermənistanın hələ də dövlət qura bilməməsindən “gileylənirdi”.
Pafos xatirinə “bəyan”...
Əsas etibarı ilə istinad edilən Ermənistan və ABŞ arasındakı Strateji Dialoqun yekun iclasının birgə bəyanatında əks olunan məqamlara diqqət yetirdikdə, bu sənədin daha çox alt qatda izahatının yatdığını demək mümkündür. Vizual olaraq ABŞ-ın vədləri və ya təqdimat əsas deyil - əsas potensialın yaratdığı imkanlardır. Başqa sözlə, sənəddə qeyd edilən “ikitərəfli strateji əlaqələr”in inkişafının hansı sahələr üzrə olacağı, bu sahələrin real mövcudluğu, hətta əlaqələrin mümkünlüyü belə müzakirə predmetidir. İclasda toxunulan məsələrə göz gəzdirdikdə əsas məsələlərdən biri kimi ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə rast gəlinir ki, bu da siyasi leksikonda sadəcə riayət edilən bir etiketdir. Yəni, Ermənistan kimi mövcudluğu belə kənar təsirlərdən asılı olan bir “dövlətlə” ABŞ-ın hansı istiqamətlər üzrə bərabərtərəfli əlaqələrindən söhbət gedə bilər? Müstəqilliyi formal xarakter daşıyan, özünü suveren dövlət kimi xarakterizə edə bilməyən İrəvan bu yolla həm də sülhöncəsi “özünütəsdiq” imkanları yaratmaq niyyətindədir. Daha konkretləşdirsək, İrəvan özünün “dövlət” olduğunu, “layihə” statusu daşımadığını sübuta yetirmiş kimi görünməyə çalışır.
İqtisadi və enerji sahəsində əməkdaşlıq məsələsi də bu kontekstdə izah edilə bilər - yalnız söz xatirinə sözə çevrilmiş bu bəyannamədə vurğulanan “sanksiyalar və ixrac nəzarəti üzrə əməkdaşlıq”, “Ermənistanın enerji müstəqilliyinin dəstəklənməsi” kimi ifadələr isə əsl niyyəti üzə çıxarır. Demək ki, Ermənistandan yenə də keçmiş müttəfiqlərinə qarşı alət kimi istifadə olunur. Əks halda, hansı enerji müstəqilliyindən söhbət gedir? Ermənistanın hansı enerji ilə və necə təmin olunması ABŞ üçün də sirr deyil.
İki ölkə arasında təhlükəsizlik sahəsində “əməkdaşlığ”a gəldikdə isə, bu ölkənin təhlükəsizliyinə başqa dövlətlər cavabdehlik daşıyır. Ermənistanın heç özünün təhlükəsizliyini qorumağa, sərhədlərini qorumağa belə potensialı çatmır - söhbət hansı təhlükəsizlik əməkdaşlığından gedir, bunun izahata ehtiyacı var. O ki qaldı, regionda sülhə və rifaha təşviq etmək məsələsinə, burada da konturlar bəllidir. Azərbaycanın bölgədə formalaşdırdığı real siyasi mənzərə Ermənistanın gələcək inkişaf istiqaməti üçün bir mayakdır - əgər, İrəvan bölgədə sabitliyin, təhlükəsizliyin və özünün sosial inkişafının axtarışındadırsa, bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Azərbaycanla bağlanacaq sülh müqaviləsi bütün bunların ən geniş anlamda təmininə şərait yaradacaq.
Vaşinqtonun etirafları
Azərbaycan isə Ermənistandan fərqli olaraq Cənubi Qafqazı qarşıdurma, rəqabət məkanı kimi deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanı kimi təqdim edir. Qlobal iqtisadi nizamda Cənubi Qafqazın fəal iştirakının təmini uğrunda mübarizə aparan ölkəmiz bütün kontekstlərdə yüksək səviyyəli əməkdaşlıqların formalaşmasında maraqlıdır - nəzərə alınmalıdır ki, siyasi münasibətlər sistemində strateji tərəfdaşlıq həm də şərait və zamanın tələbi ilə ortaya çıxan nəsnə kimi qəbul edilir. Azərbaycanın xarici siyasətinin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırki real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin kataklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını Cənubi Qafqazda cəmləyir - beləliklə, Azərbaycan bütün cəhətlər üzrə regionun əsas dövləti, kənar oyunçuların əsas istinad nöqtəsi olduğunu sübuta yetirir.
Təsadüfi deyil ki, Azərbaycan ilə yaxın strateji əlaqələrin inkişaf etdirilməsi rəsmi Vaşinqton üçün də vacib şərt kimi meydana çıxıb. Son dövrlərdə istər dövlət katibi Blinkenin ard-arda edilmiş telefon zəngləri zamanı, istərsə də prezident Baydenin rəsmi Bakıya ünvanladığı məktublarda bu fraza qırmızı xəttlə keçir. Bölgədə stabilləşdirici faktor kimi tanınan Azərbaycanın mövqeyi beynəlxalq aləm üçün, rəsmi Vaşinqton üçün də xüsusi əhəmiyyət daşıyır. Hətta məktubların birində prezident Bayden “Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir” frazası ilə Vaşinqtonun əsas siyasi vektorunu ortaya qoyur. Yəni, istər Vaşinqton, istərsə də digər beynəlxalq oyunçular üçün bölgədə əsas partnyor qismində məhz Azərbaycan çıxış edir...
Azərbaycan olmadan siyasət mümkünsüzdür
Yeni dövrdə ortaya çıxan reallıqlar həm də yeni perspektivlər yaradır. Azərbaycan bütövlükdə bölgənin gələcəyi üçün olduqca əlverişli zəmin formalaşdırıb. Yeni təhlükəsizlik seqmentinin yaradılması:
- İqtisadi intensivliyin daha da yüksəldilməsi üçün qlobal platforma təşkili imkanı verib;
- Azərbaycan Cənubi Qafqazı qlobal ticari münasibətlər sisteminə yeni sima ilə daxil edib;
- Şərq-Qərb tranziti üzrə sabit və stabil, effektiv və rentabelli yeni xətt “istifadəyə hazır” vəziyyətə gətirilib;
- Region həm də qlobal sabitlik üçün yeni nümunə kimi çıxış edir - yaradılacaq əməkdaşlıq platformaları qarşı qütbləri iqtisadi maraqlar üzərindən tərəfdaşlığa cəlb edir.
Bu qədər mühüm geostrateji üstünlüklərin və imkanların yaradılması isə bölgədə Azərbaycanın liderliyinin qəbul edilməsi üçün zəruri şərtə çevrilir. Beləliklə, vurğulandığı kimi, bütün qütblər və cəhətlər Azərbaycanın bölgənin iqtisadi-siyasi mərkəzi, hərbi lideri, tənzimləyici amili kimi təsdiqləyir. Dövlətimizin apardığı siyasi kurs, yürütdüyü siyasi xətt şəffaf və ortadadır - Azərbaycan hər zaman ədalətin və haqqın tərəfdarı kimi çıxış edir. Bütün addımlarda haqqa və beynəlxalq hüquqa istinad edilir - yeni iqtisadi münasibətlər sisteminin ana arteriyasının Cənubi Qafqaz hissəsi Azərbaycanın yaratdığı yeni reallıqlara əsaslanır. Bir sözlə, Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə Mərkəzi Asiyada, nə də yaxın regionda siyasətin aparılması mümkünsüzdür...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

