Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 11-ci beynəlxalq konfrans

11-ci beynəlxalq konfrans

22.06.2024 [10:10]

Fransanın müstəmləkəçilik siyasəti və təxribatları ifşa olunur

Azərbaycanın təklifləri əsasında formalaşan Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın müstəmləkəçilik siyasətinin ifşasını davam etdirir. Bununla bağlı müxtəlif səviyyələrdə silsilə tədbirlər keçirilir və müstəmləkə ölkələrinin təmsilçilərinin iştirakı ilə önəmli müzakirələr aparılır. BTQ tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans keçirilib.

8 ərazinin təmsilçilərinin iştirakı ilə baş tutan beynəlxalq konfrans

BTQ tərəfindən təşkil olunan beynəlxalq konfransda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda, El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya, Fələstin və Qəmər Adaları İttifaqının BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb.

Əvvəlcə Yeni Kaledoniyada bu günlərdə Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev bildirib ki, BTQ sayca 11-ci beynəlxalq konfransını təşkil edib və müstəmləkə ərazilərinin üzləşdiyi problemlər Fransanın tətbiq etdiyi blokadadan səmərəli şəkildə çıxmaqla dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov videomüraciətində qeyd edib ki, BTQ davamlı olaraq müstəmləkəçiliyə məruz qalmış regionlarda real vəziyyəti dünya ictimaiyyəti qarşısında qaldırır. Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlığı uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.

Yeni Kaledoniya çətin dönəmdən keçir

Tədbirdə Sent-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelup və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikləri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında baş tutan tədbirdə Korsikadakı vəziyyəti göstərmək üçün iştirak etmişik”. 

Bu sözləri KİV-ə açıqlamasında Korsika Assambleyasının sabiq prezidenti Jan-Qi Talamoni deyib. O bildirib ki, Korsika həqiqətən müstəmləkədir, müstəmləkəçiliyin bütün şərtləri bu ərazilərdə öz əksini tapıb. 

Yeni Kaledoniyanın xarici işlər naziri Mikhael Forrest xalqının çətin dönəmdən keçdiyini diqqətə çatdırıb və Fransa polisi tərəfindən öldürülən mülki şəxslərin xatirəsinin yad edildiyi üçün konfrans iştirakçılarına təşəkkür edib. Bildirib ki, Bakı Təşəbbüs Qrupunun bu konfransı Yeni Kaledoniya kimi müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz səslərini eşitdirmək imkanı yaradıb.

Xatırladaq ki, Yeni Kaledoniyada yerli kanak xalqı Yelisey Sarayının həyata keçirmək istədiyi “konstitusiya islahatları”na qarşı ayağa qalxıb. Bu mürtəce “islahatların” əsas hədəfi Yeni Kaledoniyada elektoratın tərkibini dəyişməkdir. 

BMT səviyyəsində təqdir olunan təşəbbüs

 “Dünyada olan müstəmləkə ərazilərinin nümayəndələrini bir araya toplamaq çox yaxşı təşəbbüsdür”. 

Bu sözləri KİV-ə açıqlamasında Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunan beynəlxalq konfransda iştirak edən BMT-nin idarəçilik üzrə eksperti Karlayl Korbin deyib. 

“Hər zaman eyni mövqedə olan insanlarla bir araya gəlib müzakirələr aparmaq mümkün olmur. Hekayələri dinləmək, ən əsası da birgə strategiyaları inkişaf etdirmək çox gözəl addımdır və Bakı Təşəbbüs Qrupu bunu edir. Ümid edirik ki, bu təmaslar davamlı olacaq”, - deyə BMT-nin eksperti bildirib. 

Fransa iç üzünü növbəti dəfə göstərdi

Fransa hakimiyyəti müstəmləkə ölkələrində törətdiyi cinayətləri beynəlxalq ictimaiyyətdən gizlətmək üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışır. Yelisey Sarayı bu dəfə də iç üzünü göstərib. Belə ki, Makron hökuməti tərəfindən BTQ-nun növbəti tədbirini pozmağa cəhdlər edilib.

Bu barədə Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev məlumat verib.  O,  dəvət olunmuş bəzi şəxslərin tədbirə qatıla bilməyəcəklərini vurğulayaraq deyib: “Bunun səbəbi Fransa hökumətinin əsas göstərmədən onları öz hava limanlarından buraxmamasıdır. Biz hesab edirik ki, bu, təzyiq vasitəsidir. Lakin onların buraxılmaması bizim mübarizəmizə heç bir mənfi təsir göstərməyəcək. Biz hər zaman müstəmləkələrin ədalətli mübarizəsini dəstəkləyirik”. 

MÜBARİZ 

Paylaş:
Baxılıb: 210 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31