Ermənistanın KTMT “planları”...
29.06.2024 [11:05]
İrəvan Parisin vədlərinə inanacaqmı?
Nardar BAYRAMLI
İki ilə yaxındır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırıb. Hələ ötən ilin yayında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından imtina edib. Rəsmi İrəvan, həmçinin KTMT-nin ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri də təxirə salmışdı. Hansı ki, Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Amma baş nazir Nikol Paşinyan İrəvanın bu təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirmişdi. N.Paşinyan hətta nümayişkəranə şəkildə ötən il noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə də qatılmadı. Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar. Rəsmi İrəvanın “incikliyi” 2022-ci ilin sentyabrında şərti sərhəddə baş verən hərbi toqquşma zamanı KTMT-nin onu müdafiə etməməsi ilə bağlıdır. Halbuki, şərti sərhəddə Azərbaycana qarşı hərbi təxribat törədən məhz erməni hərbi birləşmələri idi. Belə olan halda, KTMT nə üçün təxribatçını müdafiə etməlidir? Görünən odur ki, Paşinyan hakimiyyəti bu hadisədən təşkilatla körpüləri yandırmaq üçün bir bəhanə kimi istifadə edib.
Bundan əlavə, Ermənistan KTMT-yə üzvlük haqqı ödəməyi də dayandırıb. İyunun 12-də parlamentin iclasında isə N.Paşinyan Ermənistanın təşkilatı tərk edəcəyi barədə mesaj verib. Lakin bunun nə vaxt reallaşacağını açıqlamayıb. Ardınca isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 21-də KTMT Xarici İşlər Nazirləri Şurasının Almatıda keçirilən iclasında iştirak etməyib.
Bütün bunlar Ermənistanın regionda Rusiyanın maraqlarına zidd olan addımlar atmaqda davam etdiyini göstərir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı münasibəti Moskva tərəfindən qəbulolunmaz hesab edilir. Ona görə də, Ermənistan hökuməti bir tərəfdən Qərbdən dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyatlanır. Bəs rəsmi İrəvan KTMT ilə bağlı atdığı addımlarda kimə güvənir? Proseslər göstərir ki, bu məsələdə də Fransa əsas rol oynayır.
Məlumdur ki, son dövrlər Ermənistanın rəsmi şəxslərinin Fransaya səfərlərinin sayı artıb. Bu günlərdə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidentinin xarici məsələlər üzrə müşaviri Emmanuel Bonn ilə görüşüb. Bundan əlavə, onun Makronun digər müşaviri Emmanuel Buxvalter və diplomat Bris Rokfeylə də görüşü baş tutub. Qriqoryanla eyni vaxtda müdafiə naziri Suren Papikyan da Parisə səfər edib. Məhz bu səfərdən sonra Ermənistana SEZAR özüyeriyən haubitsasının verilməsi qərara alınıb. İş burasındadır ki, Fransa təkbaşına deyil, kollektiv Qərbdən Ermənistanın KTMT-dən çıxması üçün dəstək almağa çalışır. İrəvanın istəyi odur ki, KTMT-ni tərk edəcəyi halda Avropa İttifaqına və NATO-ya üzv olsun. Bunun üçün Aİ ölkələrinin, Qərbin dəstəyi lazımdır. İrəvanı buna həvəsləndirən isə Parisdir. Əgər bu dəstək olmayacaqsa, Ermənistan hakimiyyəti KTMT və Rusiyaya qarşı ritorikasını yumşalda bilər.
Rəsmi Paris Ermənistanın KTMT-ni tezliklə tərk etməsinin tərəfdarıdır. Çünki bu ölkə Ermənistanı Cənubi Qafqazda Rusiyaya qarşı “mərkəzə” çevirməyə çalışır. Yəni, Paris Paşinyan hakimiyyəti sayəsində Cənubi Qafqaza daxil olaraq Rusiyanı neytrallaşdırmaq istəyir. Ssenari də belədir ki, erməni hakimiyyət orqanları KTMT-də böhran yaradacaq, nəticədə Rusiya hərbi bazasını ölkədən çıxaracaq, hərbi iştirakını itirdikdən sonra KTMT İrəvanı öz sıralarından xaric edəcək. Bu ssenarinin həyata keçib-keçməməsini isə zaman göstərəcək. Amma fakt faktlığında qalır ki, Ermənistan regionda marağı olan böyük güclərin əlində alətə çevrilib. Hansısa qüvvənin əlində alət olmaq isə İrəvana yaxşı heç nə vəd etmir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

