Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev Oksfordda İsveçrə Prezidenti ilə söhbət edib

İlham Əliyev Oksfordda İsveçrə Prezidenti ilə söhbət edib

18.07.2024 [13:57]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olundu.

Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş:
Baxılıb: 816 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30