İran Azərbaycana dost və qonşu ölkədir
16.10.2012 [00:33]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin etimadnaməsini qəbul edib. Azərbaycan ilə İran arasında əlaqələrin inkişafına toxunan dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın bu toplantıda iştirakının önəmini qeyd edib. İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Səfir Möhsün Pakayin İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Möhsün Pakayin deyib: “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin qurulmasında Ulu öndər Heydər Əliyev çox önəmli rol oynamışdır”.
Prezident İlham Əliyevə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayan səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd etmək yerinə düşər ki, İran və Azərbaycan dost və qonşu ölkələrdir. Tarixən xalqlarımız eyni imperiyanın tərkibində yaşayıb və xalqlarımız arasında mövcud olan müsbət əlaqələr qorunaraq günümüzə qədər gəlib, bu gün dövlətlərimizin əlaqələrinin inkişafında əsas hərəkətverici qüvvə kimi çıxış edir. Eyni zamanda, İranda 30 milyona yaxın soydaşımız yaşayır ki, bu da münasibətlərimizdə əsas həlledici faktorlardan biridir. Heç də təsadüfi deyil ki, ötən illərdə iki ölkə arasında yaxşı münasibətlər qurulub və Prezident İlham Əliyevin Tehrana səfərindən sonra bütün sahələrdə siyasi, ictimai, iqtisadi, mədəni, təhlükəsizlik sahələrində iki ölkə arasında əməkdaşlıqlar üçün yeni səhifə açılıb. İki ölkə arasında imzalanmış müqavilə və razılaşmalar əlaqələrin daha da inkişafı üçün yeni üfüqlər yaradır. İran İslam Respublikası öz siyasətində Azərbaycanla əlaqələrin inkişafına xüsusi yer ayırır. Tehranda belə hesab edirlər ki, İranın regiondakı rolu, qonşu ölkələrlə, xüsusilə, Azərbaycanla yaxşı münasibətləri, Azərbaycanla müştərək mədəniyyət, din və dilə sahib olması Azərbaycanın İran üçün xüsusi əhəmiyyət kəsb etməsinə dəlalət edir. Həm İran, həm Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətləri bundan sonra da mehriban qonşuluq, dostluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində davam etdirməyə hazır olduqlarını bəyan ediblər. Hazırda İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələr strateji səciyyə daşıyır və xalqlarımızın maraqlarına tam uyğundur.
Doğrudur, bir müddət əvvəl müəyyən maraqların da təsiri ilə İran-Azərbaycan münasibətlərində müəyyən ziddiyyətli məqamlar ortaya çıxmışdı. Bunda xüsusən, xarici maraqlı dairələrin və İran daxilindəki bəzi qüvvələrin “rolu” danılmaz idi. Xüsusən, bu ilin may ayında Bakıda “Eurovision” müsabiqəsinin keçirilməsi ərəfəsində əlaqələrə mənfi təsir göstərən bəzi xoşagəlməz hallar yaşanmışdı. Amma hadisələrin sonrakı mərhələsində istər Azərbaycanın, istərsə də İranın rəsmi dairələrinin ortaya qoyduğu iradə ikitərəfli münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağa şərait yaratdı. İran əvvəlcə, bu ölkədə həbs olunan azərbaycanlı gənc şairləri azad etdi, sonra isə Azərbaycan vətəndaşları üçün viza rejiminin tətbiq olunması ilə bağlı qərarını dəyişdirdi.
Bütün bunlar İranın xoş niyyətini ifadə etməklə, həm də təsdiqləmiş oldu ki, Tehran Azərbaycanla münaqişə vəziyyətində olmaq deyil, dostluq əlaqələrini möhkəmlətmək yolunu seçib. Tehranın bu jesti təbii ki, rəsmi Bakı tərəfindən lazımincə qiymətləndirilir və Azərbaycan dövləti də öz növbəsində İranla münasibətlərin inkişafında maraqlı olduğunu ifadə edib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında vurğulayıb ki, bizim xalqımızın iradəsi İranla dost olmaqdır: “İran hakimiyyəti də öz xalqının iradəsindən çıxış etsin. Bizim xalqımızın iradəsi dünyəvi dövlət qurmaqdır, İran xalqı isə dini dövlət qurmaq istəyir. Amma bunlar bizim müştərək əməkdaşlığımıza, tərəfdaşlığımıza mane olmur. Biz uzun müddət eyni imperiyaların tərkibində yaşamışıq, eyni mədəniyyəti, dini bölüşürük. İranda çoxlu azərbaycanlı yaşayır, biz onların maraqlarını nəzərə alırıq. Ona görə də, biz Azərbaycan olaraq Qərbin və dünya dövlətlərinin İrana qarşı hansısa hərəkətlərində iştirak etməyəcəyik. İran da bunu nəzərə alsın”.
İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı da İran-Azərbaycan münasibətlərini dostyana olaraq xarakterizə edib. A.Əraqçı deyib ki, son 20 ildə iki ölkə arasındakı əlaqələrdə enişli-yoxuşlu vəziyyət yaşanmasına baxmayaraq, hazırda İran-Azərbaycan münasibətləri səmimi və yaxşıdır: “Düzdür, bəziləri İranın xüsusilə qonşuları ilə əlaqələrini pozmağa çalışır. Ancaq biz buna imkan verməyəcəyik”.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

