“Kim qanunu pozacaqsa, sərt sanksiyalar da ona tətbiq olunacaq”
18.10.2012 [00:05]
Siyavuş Novruzov qeyd edib ki, son zamanlar Milli Məclis Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə xeyli dəyişikliklər edib: “Vətəndaşların yol hərəkəti qaydalarını pozması, ağır tonnajlı maşınlara həddindən artıq yük vurulması, avtomobillərin icazəsiz nöqtələrdə saxlanması kimi məsələlərə görə cərimələr artırılıb, sanksiyalar sərtləşdirilib.
Kütləvi etiraz aksiyaları məsələsində qanun pozuntularına görə cərimələrin artırılması üçün də kifayət qədər əsas və fakt var. Bu yaxınlarda hicabla əlaqədar olaraq Təhsil Nazirliyinin qarşısında qanunsuz aksiya keçirildi. Həmin aksiyada bir nəfər də olsun qadın və yaşlı insan iştirak etmirdi, hamısı xüsusi hazırlıq keçmiş cavan insanlar idi. Artıq bunlar hicaba azadlıq adı altında təxribatla məşğul olmaq, dağıdıcı qüvvələrin tapşırıqlarını yerinə yetirmək üçün hərəkət edirlər. Bundan sonra bütün bu məsələlər qanunla tənzimlənəcək və hamı qanun qarşısında cavab verəcək.
Layihə hazırlananda dünya praktikasına istinad olunub. Dünya ölkələrində qanunsuz aksiyalara görə sanksiyalar, cərimələr sərtdir. ABŞ, Böyük Britaniya, Fransa, Almaniyada qanunsuz aksiya keçirənləri daha sərt formada cəzalandırırlar. Bizdə də kim qanunsuz hərəkət edəcəksə, qanunu pozacaqsa, digər şəxslərə xəsarət yetirəcəksə, onda daha sərt formada cəzasını alacaq”.
Cərimələrin məbləğinin böyük olmasına gəlincə, Siyavuş Novruzov deyib ki, məsələnin mahiyyəti bundan ibarət deyil, söhbət cərimənin miqdarının azlığından-çoxluğundan getmir: “Qanunu pozma. Qanunu pozan adam cərimə ödəməlidir”.
YAP İcra katibinin müavini “Beynəlxalq təşkilatlar bu dəyişikliklərə görə Azərbaycanı qınaya bilər” qeydinə belə reaksiya verib: “Azərbaycanın istənilən addımına neqativ yanaşırlar. Elə Avropa Şurası Venesiya Komissiyasının bir necə gün əvvəl “Dini etiqad azadlığı haqqında” Qanuna verdiyi rəyi götürək. Tam ədalətsiz rəy və təklifdir. Sadəcə olaraq Azərbaycana müdaxilə etmək istəyirlər. Müdaxilə üçün də belə bir vasitə seçiblər. Belə müdaxiləni ordumuzun zabiti Ramil Səfərovun Macarıstandan gətirilməsi və əfv edilməsi zamanı da gördük. Azərbaycan rəhbərliyi ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun addım atıb. Amma bəzi ölkələr, beynəlxalq təşkilatlar bu addımı ədalətsiz formada tənqid etdilər, özlərinin və erməni lobbisinin məkrli planlarına uyğun mövqe tutdular, ermənilərə himayəçilik etdilər. Ona görə də onların nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur.
Əsas məsələ odur ki, hansı siyasi partiyanın üzvü, hansı qurumu təmsil etməsindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyi, qanunu pozacağı halda isə cəzaı çəkəcəyi, cərimə ödəyəcəyi ortaya qoyulub. İstər YAP, istər Müsavat, istər AXCP üzvü olsun, istərsə də QHT təmsilçisi. Kim qanunu pozacaqsa, sərt sanksiyalar da ona tətbiq olunacaq.
Ümumiyyətlə, Azərbaycanda etiraz aksiyası keçirilmir. Bir qrup adamdır, düşüblər ortaya. Onların sosial bazası olmadığına görə şəhərin mərkəzi hissələrində aksiya keçirməyə, Fəvvarələr meydanına, Sahil bağına toplaşmağa çalışırlar. Oradan keçən insanların sayı hesabına guya izdihamlı mitinq keçirdiklərini göstərməyə, müxtəlif şəkillər çəkib beynəlxalq təşkilatlara, onları himayə edən qurumlara göndərib qrant almağa çalışırlar”.
Siyavuş Novruzov bildirib ki, dəyişikliklərin qarşıdan gələn 2013-cü il prezident seçkisi ilə bağlılığı yoxdur: “İndi 2012-ci ildir. Milli Məclisin hər bir üzvünün qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Deputat Rafael Cəbrayılov bu hüququndan istifadə edib. Komitə məsələyə baxacaq. Sonra məsələ Milli Məclisə gələcək. Qərarı Milli Məclis verəcək. Bunun prezident seçkisi ilə heç bir bağlılığı yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59

