Azərbaycan - Pakistan: Strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilir
01.08.2024 [10:20]
Azərbaycan və Pakistan iki dost ölkə kimi münasibətlərini davamlı olaraq inkişaf etdirilər. Yüksək dinamizmə malik olan siyasi dialoq müxtəlif səviyyələrdə aparılır. Elə bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Qasım Mohiuddinlə görüşüb.
Görüşdə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Azərbaycan Prezidentinin Pakistana son rəsmi səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planlar müzakirə edilib. Tərəflər iki dost və qardaş ölkə arasında strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.
Yüksək səviyyədə olan qarşılıqlı hörmət və ehtiram
Tarixin bütün dönəmlərində Azərbaycanda Pakistana, Pakistanda isə Azərbaycana xoş mərama əsaslanan münasibət sərgilənib. Eyni zamanda, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra Azərbaycan-Pakistan əlaqələri davamlı şəkildə inkişaf etməklə bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Bu gün Pakistanda Azərbaycana, Azərbaycanda isə Pakistana qarşılıqlı hörmət və ehtiram kifayət qədər yüksəkdir ki, buna da dövlət və hökumət başçılarının səfərləri, müntəzəm hal alan təmasları özünün müsbət təsiini göstərir. Son olaraq cari il iyulun əvvəlində Prezident İlham Əliyevin döst ölkəyə uğurlu səfəri baş tutdu.
Azərbaycan Prezidentinin dost ölkəyə son səfəri ilə bağlı bir məqamı xüsusi qeyd etmək istərdik. Səfər zamanı Prezident İlham Əliyevin təyyarəsinin Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən qarşılanması və enənədək müşayiət etməsi, dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılması Azərbaycana, onun Liderinə olan dərin hörmət və ehtiramın təzahürü idi.
Eyni zamanda, Azərbaycanda da dost, qardaş Pakistana belə səmimi münasibət bəslənilir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bütün Azərbaycan yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. İkinci Qarabağ müharibəsi zamanı rəsmi İslamabadın ölkəmizə ənənəvi siyasi dəstəyinin nəticəsi olaraq xalqımız böyük qələbə şənliklərinə əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları ilə çıxmışdılar.
İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar
Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Bu, əlbəttə ki, ölkələrimizin potensialından aşağı göstəricidir. Buna görə də həm Azərbaycan, həm də Pakistan perspektivdə qarşılıqlı ticarət dövriyyəsini artırmaq niyyətindədirlər. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Azərbaycan Pakistan ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyevin tapşırığı ilə, Pakistandan idxal olunan düyü məhsullarının idxal rüsumu birtərəfli güzəşt tətbiq edilməklə 2027-ci il dekabrın 31-dək 15 faizdən 0 faizə endirilib.
Azərbaycanla Pakistanın iqtisadi əməkdaşlığı üçün mühüm istiqamətlərdən biri nəqliyyat bağlantılarıdır. Belə ki, iki ölkə həm Orta Dəhliz, həm Şimal-Cənub, həm də Şərq -Qərb dəhlizlərində əməkdaşlıq imkanlarına malikdir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

