Qərbin planları işə düşür...
04.09.2024 [09:55]
Ermənistan müharibəyə hazırlaşır
Rəsmi İrəvan sülh sazişi imzalamamasının tərəfdarı olduğunu bəyan etsə də, gerçəkdə bunun əksi baş verir. Çünki son zamanlar Ermənistanda revanşist çağırışlar artmaqdadır. Sentyabrın 2-də İrəvanda Qarabağdakı separatçı rejimin “ildönümü”nün qeyd edilməsi və müharibə çağırışları da bunu deməyə əsas verir. Məsələnin diqqətçəkən məqamı ondadır ki, hökumət orqanları erməni separatizmini “yad edən” və Azərbaycana qarşı müharibə çağırışları edən revanşistlər haqqında heç bir ölçü götürməyib.
Görünən odur ki, erməni separatizminin ildönümünü qeyd edənlərin Qarabağı qaytarmaq, silahlanmanı gücləndirmək və digər məsələlər barədə rəsmi İrəvanın seyrçi mövqeyi həqiqətən də gizli mətləblərdən xəbər verir. Xüsusilə, hərbiləşmə siyasəti, Qərblə bu istiqamətdə sıx əməkdaşlıq Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşması ehtimalını artırır. Rusiyanın təşəbbüsü ilə yaradılmış KTMT-nin üzvü olan Ermənistan nə qədər paradoksal olsa da, əks qütbün təmsilçiləri ilə hərbi əməkdaşlığı gücləndirir. ABŞ və Ermənistanın birgə hərbi təlim keçirməsi də bu baxımdan, diqqəti cəlb edir. Xatırladaq ki, 15-24 iyul tarixlərində Ermənistanda “Eagle Partner 2024” kod adlı ABŞ-Ermənistan birgə təlimləri keçirilib. Rəsmi məlumata görə, təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi və Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır. Birgə hərbi təlimləri ABŞ-ın Ermənistandakı səfiri də izləyib.
Qərb Ermənistanda hərbi mövcudluğunu gücləndirir
Əslində, bu, Ermənistanla ABŞ arasında ilk belə hərbi təlim deyildi. Ötən ilin sentyabrında da “Eagle Partner 2023” kod adlı ABŞ-Ermənistan birgə təlimləri keçirilmişdi. Erməni hərbi ekspert Leonid Nersisyan hesab edir ki, Ermənistanda keçirilən birgə hərbi təlimlər yalnız başlanğıcdır. Onun sözlərinə görə, hazırda Ermənistan ordusunun daha ciddi hərbi təlimlərə, məsələn, quru qoşunlarının təlimlərinə ehtiyacı var: “Söhbət təkcə hərbi təlimlər və ABŞ-la hərbi sahədə əməkdaşlıqdan getmir. Məsələn, artıq Amerika ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində işləməsi ilə bağlı qərar var ki, bunu da çox mühüm sayıram”. Bir müddət öncə ABŞ Dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya da “Hetq” nəşrinə müsahibəsində ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağını təsdiqləyib. Bu yaxınlarda ABŞ hərbi təyyarəsinin Ermənistana silah daşıması da deyilənləri təsdiqləyir.
Eyni zamanda, Fransa Ermənistanı fəal şəkildə silahlandırır. Bu ölkə də Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Təsadüfi deyil ki, Ermənistan ordusunun hərbi qulluqçuları ABŞ-la birgə təlimlər zamanı Hindistan istehsalı olan dəbilqəyə quraşdırılan termal görüntülü monokulyardan istifadə ediblər. Hindistanın “Tonbo Imaging” şirkətinin istehsalı olan bu avadanlıqlar Ermənistan ordusunda əvvəllər mövcud olmayıb.
Sarkisyandan revanşist çağırışlar
Ümumiyyətlə, məsələnin görünməyən tərəfi bütün region üçün narahatlıq doğuran perspektivlərlə bağlıdır. Burada bir sıra məqamlara diqqət yetirmək lazım gəlir. Məğlub Ermənistanda baş qaldıran revanşizmin birgə hərbi təlimlərin baş tutmasına səbəb olan əsas amillərdən biri kimi qeyd edə bilərik. Sülh prosesinin müəyyən qədər irəlilədiyi bir ərəfədə Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr fəallıqlarını artırıblar. Məsələn, Ermənistanın keçmiş prezidenti, Xocalı soyqırımının təşkilatçılarından biri olan Serj Sarkisyan Qarabağda separatçı erməni rejiminin ildönümü ilə bağlı “müraciət”ində deyib: “”Artsax” məsələsi beynəlxalq münasibətlərin gündəliyinə qayıtmalıdır. Kifayət qədər səy, məqsədyönlü iş, bütün mümkün üsullardan istifadə etməklə, uğur qazana bilərik. Təbii ki, bu məsələdə ilk növbədə dövlət səviyyəsində və milli maraqların müdafiəsi mövqeyindən maraqlı işlər görülməlidir ki, bunun üçün belə bir anlayışa malik hökumətin olması vacibdir”.
Təbii ki, revanşistlərin mövqeyi məlumdur. Lakin paralel şəkildə bu ölkədə hakimiyyətin də mövqeyinin sürüşkən olduğu sezilir. Digər məqam xəyanətkar xislətli Paşinyanın Rusiyadan qopmaq, Qərbə yaxınlaşmaq istəyini özündə ehtiva edir. İndiyədək Ermənistan Rusiyadan hərtərəfli şəkildə asılı olub. Bu ölkə mövcudluğuna görə məhz Rusiyaya borcludur. Bəs, Ermənistanın minnətdarlığı nədən ibarətdir? - Xəyanətdən. Deyə bilərik ki, bu ölkədə siyasi oriyentasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda məlum səbəblərdən Rusiyanın başı müharibəyə qarışıb. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər edir. Eyni zamanda, hazırda N.Paşinyan Rusiyanı öz hakimiyyəti üçün ən böyük təhlükə sayır.
İrəvan 44 günlük müharibənin nəticələrini unutmamalıdır
Başqa bir mühüm məqam isə Ermənistanın istəyi ilə Qərbin Cənubi Qafqaz siyasətinin üst-üstə düşməsi ilə bağlıdır. Cənubi Qafqazda Rusiyanı əvəzləmək və burada möhkəmlənmək Qərbin çoxdankı planlarına daxildir. Qərb dairələri Rusiyanın geostrateji mövqeyinin çətinləşdiyi, həmçinin N.Paşinyan iqtidarının sürüşkənliyi fonunda əzəli planlarının reallaşdırılması üçün ən uyğun zaman yetişdiyini düşünür.
Lakin Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda, həmin şərtlərə əməl etməklə münasibətlər qurulmalı və bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, revanşizmin artması, silahlanmanın davam etməsi və müharibəyə cəhd Ermənistanın özü üçün ciddi problemlər yaradacaq. Ən azı 44 günlük Vətən müharibəsinin və Qarabağda bir günlük anti-terror tədbirlərinin nəticələri unudulmamalıdır!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

