/ / Əli Əhmədov: Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin Avropa məkanında rolunun və əhəmiyyətinin artmasından xəbər verir
Əli Əhmədov: Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin Avropa məkanında rolunun və əhəmiyyətinin artmasından xəbər verir
12.12.2012 [01:34]
“Bir neçə gün əvvəl Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında çox əhəmiyyətli qərar qəbul olunub. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edib. Hesab edirəm ki, tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizin bütün dünyada sözün hər mənasında artan nüfuzunun birbaşa təzahürüdür”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin dünən keçirilən iclasındakı çıxışı zamanı deyib.
Əli Əhmədov bildirib ki, bu hadisə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir. Bir neçə ildir Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən Əli Əhmədov ölkəmizin may ayında nüfuzlu beynəlxalq musiqi yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə eləcə də, digər böyük əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladıb. “2015-ci ildə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından, eləcə də, Azərbaycanın Avropa məkanında rolunun və əhəmiyyətinin artmasından xəbər verir. Bu qərar onu göstərir ki, Azərbaycan Avropada və bütün dünyada müsbət imicə malik olan ölkə kimi qəbul olunur. Hesab edirəm ki, Azərbaycan hökuməti 2015-ci ildə tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarını keçirməklə, ölkəmizin müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaq. Bütün bunlar ölkəmizin imicinin daha da artması üçün başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin uğurlarıdır. Amma təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda müxalifət adını öz üzərinə götürmüş bəzi azsaylı qruplar var ki, ölkəmizin imicinə kölgə salmaqla məşğuldurlar. 10 dekabr - Ümumdünya İnsan Hüquqları Günündə Azərbaycanın imicinə xələl gətirmək üçün icazəsiz aksiyanın keçirilməsi cəhdi də bunu göstərir. Müxalifətin məhz həmin gün Azərbaycanın imicinə zərbə vurmaq məqsədilə az sayda cavan uşaqları küçələrə çıxardaraq şuluqluq salması və bununla da, guya ölkəmizdə insan hüquqlarının pozulması təsəvvürü yaraldılmasını qətiyyətlə pisləmək lazımdır. Bu hərəkətləri Azərbaycan vətəndaşları da qətiyyətlə pisləyirlər” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44

